“Ruhlar. Onlar bizi nəyə görə narahat edirlər?”…

alt

Bizim zəmanəmizdə ruhlardan danışmaq qəbahət deyil. İnkvizisiya dövrləri çoxdan arxada qalıb, maq və ekstrasenslərə isə hər addımda rast gəlmək mümkündür. Təəssüf ki, müasir maqların, ekstrasenslərin çoxu başqalarının hesabına, yalanla, hiylə ilə haram pul qazananlar və son ümidlərini itirmiş sadəlövh insanların axırıncı qəpiklərini ələ keçirənlərdir.

Şarlatan ekstrasenslər başqa söhbətin mövzusudur.

Desəm ki, adi insanlar da hərdən özlərində ekstrasenslik istedad aşkar edirlər, yanılmaram. Məsələn mən, düşünürəm ki, insan ya ekstrasens hisslərinə malikdir, ya – yox. Ekstrasensorikanı sonradan qazanmaq mümkün deyil. Bu xüsusi vergidir. O, ya var, ya -yoxdur! Həyatda elə anlar da olur ki, inanmadığımız şeyləri qəbul edib inanmalı oluruq, faktlar bizi məcbur edir.

Bir neçə il əvvəl mənim başıma iki belə əhvalat gəlmişdi.

Məktəbdə oxuduğum vaxtlarda məni bir oğlan sevirdi. Mənim də ona qarşı hisslərim müsbət idi. Lakin o vaxtlar sevgi etiraflarını etmək elə də dəbdə deyildi, bir-birimizin yanından utanaraq ötüb keçirdik. Vaxt keçirdi, o məktəbi məndən bir il tez bitirdi. Sonra isə bir-birimizi tam itirdik.

İllər ötürdü, biz böyüyürdük, dəyişirdik. Günlərin bir günü isə o mənə sevgi etirafı ilə bir məktub yazdı. Məktub məni çox təsirləndirdi. Məlum oldu ki, o sadəcə məni axtarıb tapa bilmirdi. Xoşbəxt günlərimiz çox sürmədi. İnternetdə məktublaşırdıq, zəngləşirdik. Sonra isə…Mənə onun faciəli ölümü haqqında xəbər gəlib çatdı.

alt

Mən bu xəbəri qəbul edə bilmirdim. Ürəyim, beynim, bütün varlığımla bu xəbəri rədd edirdi, inana bilmirdim. Bu dərdlə yaşamaq çətin idi. Lakin məsələnin digər çətin bir tərəfi də var idi…Mən uzun müddət onun nəfəsini duyurdum, elə bil kimsə məni güdürdü. Həyatım artıq qorxu içində keçirdi. Bu hisslər məndən asılı deyildi. Bu azmış kimi, üç aydan sonra mənim bir tanışımı da, Ənvər adlı oğlanı öldürdülər. Taleyin acı oyunlarına dözə bilmirdim, başımı itirmişdim. Lakin Ənvərin ruhunu yanımda hiss etmirdim. Birinci tanışımın ruhu isə mənim hər addımımı izləyirdi. Reallıqla, yuxunu səhv salıb, hərdən onunla hətta danışmağa başlayırdım. Sonra isə bir yuxu gördüm. Gözəl kostyum geyinmiş yaraşıqlı gənc əllərini uzadıb məni yayına çağırırdı. Ağlamaq istəyəndə o məni sakitləşdirmək istədi və cansız əlini uzatdı. Mən isə onunla getmək istəmədim. Ağlayandan sonra o getdi və bir daha məni narahat etmədi.

Həyatımda belə əhvalat da olub. Yuxuma bir kədərli gəlin gəlib dedi ki, sevgilisi onu toy günü atıb. Buna görə o, toy paltarında toydan qaçıb mənim yanıma gəlib. Sonralar bu hadisəni yaxınlarıma danışandan sonra eşitdim ki, ölülərin ruhu bizə o dünya ilə əlaqə saxlamaq üçün müraciət edirlər. Beləliklə, bu gəlin məndən kömək istədi. Sonralar eşitdim ki, yuxuma gələn gəlin toyu baş tutmadıqdan sonra özünə qəsd etmişdi. Biz qaranlıq bir meşə ilə getdik və qazmaq üçün yer tapdıq. Bu yeri mən ona işarə etdim və qazandan sonra – onun öldürülmüş sevgilisini tapdıq. Məlum oldu ki, oğlanı toy günü öldürüblər. Sevgilisini tapan kimi, gəlin bir anda yox oldu. Mən anladım ki, onun yorulmuş ruhu artıq özünə rahatlıq tapıb. Bu əhvalatın real olub olmadığına indi də şübhə edirəm. Bircə şeyi əminliklə deyə bilərəm – gördüklərim təsadüf deyildi.

Eşitdiyimə görə, belə müəmmalı hadisələr çoxlarının başına gəlib. Belə bir söz eşitmişəm: “Ölülərdən deyil, dirilərdən qorxmaq lazımdır”. Həyatda müxtəlif hadisələr baş verir. Mənim qismətimə ölü ilə bir otaqda bir saat qalmaq düşmüşdü. Tanışımız rus idi, və onu böyük bir tabuta özü açıq qoymuşdular. Bir saat mənim üçün bir əsrə bərabər oldu. Bu hadisə mənim “ilk təcrübəm idi”. Qorxulu deməzdim – cox vahiməli idi…

Görəsən ruhla qarşılaşan insana nə məsləhət vermək olar? Bəlkə sakitlik, yenə də sakitlik? Qorxu ilə bu məsələni həll etmək mümkün deyil. Ruhlar bizi qorxuya salmaq üçün bu dünyaya öz tutmurlar. Onlar canlılardan yalnız kömək və rahatlıq istəyirlər. Sevdiyimiz, doğma insanı itirəndən sonra qəlbimiz, ürəyimiz rahatlıq tapmır, bu hisslər ölmüş insanın da ruhunu narahat edir, onları bu dünyadan ratat köçməyə qoymur.

Nənə-babalarımızdan eşitmişik ki, ruhları müxtəlif dualarla, əməllərlə evdən çıxartmaq olar. Bu əməlləri ruslarda keşişlər, müsəlmanlarda isə mollalar edirlər. Müasir zəmanədə ruhlardan mediumların köməyi ilə azad olmaq mümkündür. Bir çox ruhlar isə bizə məlum olmayan səbəblərdən bu dünyaya baş çəkirlər, sonra isə – istədiklərinə çatandan sonra – bu dünyanı əbədi olaraq tərk edirlər…

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    ayda bacish ureyim dayandi bu nedi qoxurame ruhlardan

  2. Badi_Seba dedi ki:

    Canim bacim menim..qoydugun xeber o qeder maraqliydiki…cooox xowum geldi.. cox sagol ellerin derd gormesin,,,Ruhlar haqqinda oxumaq oyrenmek menim ucun cox maraqlidi…

  3. Angelocka dedi ki:

    MILAQROS,
    Cannn qoxma bitanem bax men yanindayam friends

    badi_Seba,
    Cann awkim awkim sevindim ki xowuna geldi..Amma bir sehv oldu orda bir soze gore (tkm) olmali idi bu defe bagiwladim seni roll axirinci sefer olsun roll

  4. Avtosh_227 dedi ki:

    super.cox sagol… applause

  5. МиниК_Сердце dedi ki:

    cox sagol

  6. 300 spartali dedi ki:

    oxudum maraqli idi