Bakı maşrutlarında gediş haqları qaldırılır

Paytaxt nəqliyyatının mərkəzləşdirilmiş intellektual idarəetmə sistemi gələn ildən etibarən istifadəyə veriləcək. Artıq marşurut avtobuslarında, taksilərdə və dayanacaqlarda xüsusi qurğuların quraşdırılması başa çatıb. Bu qurğuların sərnişinlərə və sürücülərə hansı xeyrinin olub-olmayacağı barədə kiçik bir araşdırma apardıq.

Gediş haqları qalxa bilər

Marşurut avtobuslarda quraşdırılan xüsusi monitor vasitəsilə sürücülər daim görüntülənir. Sərnişinlər əldə etdikləri kartlarla dayanacaqlarda quraşdırılan xüsusi monitorlar vasitəsi ilə hansı avtobusun hansı istiqamətə getdiyini asanlıqla öyrənə biləcəklər. Sistem Nəqliyyat Nazirliyinin işini də asanlaşdıracaq. İntellektual İdarəetmə Sistemi ilkin mərhələdə Bakı şəhərini, daha sonra isə bir qədər də genişləndirilərək, Abşeron yarımadasını əhatə edəcək. Hazırda layihənin əhatə dairəsinə Bakı şəhərini əhatə edən əsas çevrə və çevrədaxili paylayıcı yollar və paytaxtın mərkəzini ətraf hissələrlə birləşdirən istiqamətlər daxildir. İntellektual İdarəetmə Sistemi marşrutlar üzrə avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsinə, avtomatik rejimdə sürücülərə göstərişlərin verilməsi və ona nəzarətin həyata keçirilməsinə, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşınan sərnişinlərin miqdarı haqqında məlumatların toplanmasına, sıradan çıxmış avtobusların xətdən çıxarılması və ehtiyat avtobusların xəttə daxil edilməsi proseslərinin avtomatik idarə olunmasına və ona nəzarətə, “pik” saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək. Bundan əlavə, yeni sistem avtomobillərin sıxlığından asılı olaraq svetoforların tam avtomatik idarə olunmasına, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə edilməsinin təşkilinə, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsinə imkan verəcək. Növbəti mərhələdə isə elektron-kart ödəmə sistemi tətbiq ediləcək. Elektron-kart ödəmə sistemi ilə avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, digər ictimai obyektlərdə quraşdırılacaq post-terminallar vasitəsilə sərnişinlər nəqliyyatın bütün növləri üzrə optimal marşrutlar haqqında məlumatlandırılacaqlar. Eyni zamanda post-terminallarda seçilmiş marşrut üzrə biletlərin mərkəzləşdirilmiş satışının həyata keçirilməsi yolu ilə sərnişinlərə müasir servis xidmətinin göstərilməsinin təmin edilməsi də nəzərdə tutulub. Məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov marşurutlarda gediş haqlarının 20 qəpikdən 30 qəpiyə qaldırılması haqda Tarif Şurasına müraciət edib. Müstəqil ekspertlər də belə hesab edirlər ki, gələn il qiymət artımı gözlənilir.

100 milyonluq projedən narazı sürücülər

Nəqliyyat Nazirliyi mətbuata rəsmi açıqlamasında qeyd edib ki, Bakıda nəqliyyatın mərkəzləşdirilmiş intellektual idarəetmə sisteminə layihə üzrə 77 milyon manat nəzərdə tutulubmuş. Lakin daha sonra projenin dəyəri 100 milyona yüksəlib.

Metronun “Qara Qarayev” stansiyası yaxınlığındakı dayanacaqdan Bakı kəndlərinə gedən marşurut avtobuslarının sürücüləri yeni sistemdən şikayətlənirlər. Onların sözlərinə görə, onsuz da dayanacaqlar çox yöndəmsiz yerlərdə qurulub: “Dərnəgül şossesində iki dayanacaq var ki, onları düz ağacların içində, avtobusların girişi üçün qapalı olan yerdə qurublar. Aydın başa düşmək olar ki, bunların məqsədi nəqliyyat üçün hansısa bir yaxşı iş görmək yox, dövlət büdcəsini bir bəhanə ilə talamaqdır”.

Qeyd edək ki, Bakıda “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” layihəsi Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın “SKS” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirir.

bY_GenC

Şərhlər:

  1. King_Of_THE_SKY dedi ki:

    normaldi

  2. Hilary Duff dedi ki:

    xebere gore tewekkur

  3. ASKO dedi ki:

    daha ne deyek bezdirdilerde bizi her wey qalxir telikle Imamizi yetiwib bizi bu derden xilas etse ela olar twk xebre gore

  4. bY_GenC dedi ki:

    En Yaxwisi 11 Nomrelerdi !!!

    yol
  5. Sweet_Love dedi ki:

    ROYS,

    duz diyirsen en yaxwi ele velosibetdi

    qaldirsinlar daha bilmirler ne etsinler milleti yavaw yavaw oldurur (( ne maaw verir ki her gun birweyin qiymetini qaldirir

    melumatlandirdiqin ucun tewekkurler

  6. EMO GRIL dedi ki:

    bunu bilirdim eh

  7. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ciblerini duwunurler anca not

  8. MURAD_X dedi ki:

    hec ozleri bilmirler neynesinlere.. twk

  9. Pestimist... dedi ki:

    not istemiyoruz not istemiyoruz
    xebere gore tesekkurler

  10. ELIK28 dedi ki:

    shok OLDU XEBERCUN SAGOL

  11. Pî§KøpÂT dedi ki:

    aydaaa bele sey olarrr!!!!!!

  12. ROYS dedi ki:

    himmm velosibet almaq vaxti gelib catib.)) hec olmasa az mesafeli yerlere onula gerik. velosiped

  13. SENSIZ HEYAT dedi ki:

    uyda bu nedi filfiloluq eleyirler

  14. ...::EMERALD::... dedi ki:

    QALXSA EDALETSİZLİK OLAR