Unuduluram..

Dəyişmir heç bir yenilik içimdəki köhnələri.Heç bir gələn unutdurmur gedəni.Dostlar içində düşmən tez gözə görünür.Yeni dogan günəşim yenə zülmətə bölünür.çıxa bilmirəm kədərin qollarından,hüzn dənizində boğuluram indi.Səbəbi yoxdur,yada sənsizlikdir adı.
Unudacam deyərkən,unuduluram indi.Hər yeni sabahı başqa ümidlə açıram.Hər gecəm köhnə xəyalların eyni göz yaşı ilə başlayır və uzun-uzadı sükut…Heç bitməyəcəkmiş kimi.Sevmişdim səni mən,heç getməyəcəkmiş kimi gəlmişdin sən.Nə deyim ki,indi?Yolun açıq olsun.Bağlayaq səhifələri,yeni rənglər kəşf edək.Yağışlar yağsın üzərimizə,yuyaq izimizi.Bus bütün islanaq,yeni addımlar ataq.

Qiymətini bilmədik o sevginin,ya sən günahkarsan,yada ki mən.Nə fərqi var?Bitdi hər şey.Nə edə bilərik ki,indi?!Ağlamağın faydası yoxdu,göz yaşı hədərdir artıq.Heç bir keçmiş gələcək qədər önəmli deyil,içində Sən olan dünənlərim dəyərsiz deyil.

Tozlu rəfdə unudulsada,unutmuram o əsəri mən.Baş rolda sən olan,hər sətrində adım,ikimizin mahnısı,filmlərdən sitatlar,güldüyümüz o xoşbəxt kadrlar, bizdən bəhs edir

dediyimiz ağ-qara kinolarda indi başqa sevgilərindir.Qismət…sən özgəyə,mən özgəyə.Nədir axı bizi yenə görüşdürən?!Nədir səni düşündürən?!

Niyə gəlirsən yuxularıma?Niyə çıxmırsan ağlımdan?!Bir dəfəlik getmişdin halbuki!

Qalsaydın hec bu qədər darıxmazdım sənin üçün.Gedərkən unudacagıma əmin idim,damla-damla unuduluram indi.Bir qəribə soyuqluq üşüdür ürəyimi.Düşünürəm itirdiklərimi..gedən əzizlərimi.Həyatımdan qoparıb atdıqlarımın qanayan yeri incidir qəlbimi.Hündür divarlar qoruya bilmədi sevgimizi,ayrılığın zəhərli gülləsi ilə öldürdü ikimizi.Unudacaqdim….amma unuduluram indi.İşıqda bəzədim otağımı,çıxdım qaranlıqdan.Tərk etdim bu sevginin yasını….amma yenədə bir küncdə büküb dizlərimi təslim olmuşam yoxluğuna.Quruda bilmirəm gözlərimin yaşını.Hər şeyi dünəndə qoyub gəlmişdim bu günümə.İtirsəmdə,qazanırdım yenə….qazandıqca itirirəm indi.Unudacam deyərkən unuduluram indi.

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. Pestimist... dedi ki:

    maraqli hekayedir tesekkurler

  2. ASKO dedi ki:

    maraqli yaziycun thnak you minedtaaram

  3. ROYS dedi ki:

    qesendi qesen sagolasiz cray

  4. Sweet_Love dedi ki:

    Niyə gəlirsən yuxularıma?Niyə çıxmırsan ağlımdan?!Bir dəfəlik getmişdin halbuki!

    cox xowuma geldi twk

  5. ...::EMERALD::... dedi ki:

    twk DOSİ

  6. SENSIZ HEYAT dedi ki:

    eziyyete gore coxxxxx sag ol yerivar

  7. merry-girl dedi ki:

    ellerine sagliq

  8. gecenin_sehr dedi ki:

    maraqlydi twk

  9. bY_GenC dedi ki:
    Maraqlidi Chox Sag Ol !!!
  10. MURAD_X dedi ki:

    maraqlidir.. twk

  11. Pî§KøpÂT dedi ki:

    tewekkurler

  12. s_y_a_m_a dedi ki:

    Maraqli idi cox sagolun