Britaniyalılar qəsdən donuz qripinə yoluxmağa çalışırlar

Britaniyalılar qəsdən donuz qripinə yoluxmağa çalışırlar

Britaniyada xüsusi təşkil olunmuş axşamlarda insanlar qəsdən donuz qripinə yoluxmağa cəhd göstərirlər ki, bu da ölkənin tibb işçilərinin narahatçılığına səbəb olur. Belə axşamların keçirilməsini britaniyalılar onunla izah edirlər ki, qışda virus daha təhlükəli olacaq. Bu səbəbdən də onlar indi bu xəstəliyə tutulub immunitet qazanmaq istəyirlər.
Britaniya Tibbi Assoisiasiyasının Əhalinin sağlamlığı komitəsinin başçısı bu hərəkəti kəskin tənqid edib. Onun dediyinə görə A/H1N1 virusu aqressiv olmasa da o bu axşamlarda iştirak edən insanlar üçün və onları əhatə edənlər üçün təhlükəlidir.
Ekspert qeyd edib ki, bu virusla könüllü yoluxma səhiyyə işçilərinin epidemiyanın həcminin azalmasına yönəlmiş bütün işlərini yoxa gətirib çıxarır.
Hal-hazırda Britaniya alimləri xəstəliyə yoluxanların izolyasiyası və onlarla kontaktda olmuş şəxslərə virus əleyhinə dərmanların təyin olunması yolu ilə virusun yayılmasını məhdudlaşdırmağa çalışırlar. Belə axşamların iştirakçıları isə öz hərəkətləri ilə virusun yayılmasına və onun daha aqressiv formalara mutasiya olmasına səbəb olurlar.

dreamy

Şərhlər:

  1. )(akker dedi ki:
    [center]xebere gore cox saqol

    [/center] applause

  2. Angelocka dedi ki:

    Hmm.. book Cox sagol canim maraqli idi..Yorulmayasan.. flower

  3. Avtosh_227 dedi ki:

    super.cox sagol… applause