Sadəcə oxuyun



Hər gözün güzgüsündə fərqli görünürəm. Keçdiyim ürəklərdən tutmuş, maraqlara qədər ani olub hər şey. Sual axtarmışam həmişə. Sonra cavab. Sonra yenə sual. Duyğular səyyahına çevrildiyimin fərqinə belə varmadan logikamda azmaq ən sevimli məşğuliyyətim olub. Gözəlliyin cavabını tapanda çirkinləşmişdim. Xöşbəxtliyin anlamını dərk edəndə bədbəxt olmaqdan qorxuram. Avanqard üslubda geyinib, kubizmdən, surrealizmdən danışmaq istəmirəm, ətrafıma maraqlı olum deyə. Heç tünd kostyumun ciddiliyində boğularaq statistik məlumatlarla narkomanların, homoseksualların, dini təriqətlər arasındakı faiz nisbətləri sayı haqda da saatlarla danışmaq istəmirəm. Əzalarımı örtəcək azad geyimdə azad fikrimi kiməsə çatdırmağı bacarsam bəs edir. Tarixdə qalmaq naminə gözümü çıxarıb yemək, təyyarədən paraşutsuz tullanmaq kimi fikirlərim yox. Şəhərdən zövq alaraq fikirlərsiz gəzmək istəyirəm. Saata baxmadan,telefon zənglərinə əhəmiyyət vermədən… Ey şəhər, salam! Bu mənəm! Sənin ən dəli sakinin. Sən dəyişmədin məni,bacarmadın! Fərqli deyiləm, yox! Sən öyrəşmisən axı,öyrəşmisən hamını öz qabında görməyi. Stamatoloq saqqız çeynəməli,bankir kostyum geyməli, fahişə atası üçün də soyunmalı. Sənin dilənçin cins itlərinin yeməyinə belə həsəd aparır. İnsanlar haqda yazanda nəzərə alarsan… Sənin nə toyun, nə soyun mənə lazım deyil. Əslin türkdü ya afrikan, özgə planetlərdə həyat var ya yox… Bilsən nə olacaq ki… Nə dəyişəcək ki? Bizi qəbirdə kim sevəcək ki? Ölməyimdən qorxuram… Cəhənnəmi düşünməkdən çox ilk dəfə özümün öz həyatıma müdaxilə edə bilməyəcəyini düşünmək əsəbləşdirir məni… Atacaqlar qəbrə. Bir iki gül də düzəcəklər torpağıma,simvolik olaraq… Bayramdan bayrama gəlib yasin oxutdurub, bitməsini tez arzulayıb, axmaq baxışlara dalacaqlar… Onda bu şəhərin gülüşü mənim ilk və son məğlubiyyətim olacaq!

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. ELIK28 dedi ki:

    cox sagol. minetdaram

  2. ...::EMERALD::... dedi ki:

    SAG OL DOSİ…

  3. bY_GenC dedi ki:

    Chox Sag OI Maraqli Idi !!!

  4. Optimist... dedi ki:

    oxudum…maraqlidir…

  5. HeYaTiM dedi ki:
    gozel yazi idi sagol
  6. MURAD_X dedi ki:
    cox maraqlidir.. twk
  7. merry-girl dedi ki:

    Gozel yazi idi ellerine sagliq

  8. SEBERT dedi ki:

    maraqli idi tesekkurler

  9. yAgmurlar dedi ki:

    oxudum tewekkurler

  10. Pestimist... dedi ki:

    oxudum…

  11. ASKO dedi ki:

    gozeldi eziyyte gore tewkulerr miendtarram xeyal

  12. emo15 dedi ki:

    saba oxuyaram thank you

  13. Hilary Duff dedi ki:

    maraqlidi tewekkur