Yalnız Sən sev məni

Yalnız Sən sev məni…
Rəhman və rəhimli olan Sən !

Bütün dərdlərə, ağrılara dərmansan Sən…
Dərdliyəm, dərman dilənənəm mən…

Qarşılıqsız min bir nemət verən Səndən xəcalətlə əfv diləyən məni sevməndir diləyim…
Hər şeyi yoxdan var edənsən sən.. Bezmədən etdiyimiz günahları bağışlayansan sən…

Hər şeyi bilən, görən, bacaransan Sən…
Var olan tək gerçək, haqsan Sən…
Varlığı açıq – aşkar dəlillərlə zahir olansan Sən…

Günahını gözyaşınla yuyanam mən…
Eşqimə qibləsən , tək sevdamsan deyənəm mən…
Ey Tanrım eşqinə möhtac bir qulam mən…

Zindanım olan yalan dünyada,qəlbi sevdana həsrət qalmışam mən…

Elm və qüdrətinlə, hər şeyə şahidsən Sən…
Eşqimə şahid ol, yolunda şəhid olsam mən…

Hər şeyə hökm edən, hakimsən Sən, nə olar hökm et ürəyimə…
ürəyimdəki eşqinin düşməni olan şeytan və onun yoldaşlarından Sənə sığınıram mən…

Zəngin olan, zəngin edənsən Sən…
Sevgindən bəslənib, nəfəs, məftun olanam mən …

Heç kim sevməsin məni…
YETƏR Kİ, SƏN SEV MƏNİ .

ASKO

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    Allah razi olsun gozel xeberdi

  2. SENSIZ HEYAT dedi ki:

    ALLAH RAZI OLSUN

  3. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Heç kim sevməsin məni…
    YETƏR Kİ, SƏN SEV MƏNİ … Ellerine saglik

  4. Sweet_Love dedi ki:

    gozel yazi idi. Allah razi olsun

  5. bY_GenC dedi ki:

    Chox Sag Ol !!!

  6. MURAD_X dedi ki:

    twk maraqlidir..

  7. ASKO dedi ki:

    reylere gor etewkurler dostiklerim Biz hmise ireldeyik ForgenC Ailesi

  8. ZoRRo_BaKu dedi ki:

    Allah razi olsun dosim

  9. Pestimist... dedi ki:

    tesekkurler belke daha sonra oxudum…

  10. King_Of_THE_SKY dedi ki:

    Allah Her zaman Komeyinde Duruns Ela Xeberdi

  11. kilipton dedi ki:

    qeseng idi twk

  12. SURA_WKA dedi ki:

    "ILAHI Heç kim sevməsin məni…
    YETƏR Kİ, SƏN SEV MƏNİ "

    heckes ALLAHdan coxx seve bilmez bendeleri.

    ALLAHIMMM YETERKI SEN SEV MENII

  13. EMO GRIL dedi ki:

    qeseng idi sag ol

  14. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK

  15. ELIK28 dedi ki:

    sagol ALLAH razi qalsin

  16. QISMET_1995 dedi ki:

    MARAQLIDI

  17. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…