Qiyamət üçün geri sayım başladı

İnanışa görə Mardukla görüşə 21.12.2011 tarixindən etibarən tam bir il qaldı. Hər nə qədər NASA planetin dünyaya dəyməyəcəyini açıqlasa da, insanların ‘qiyamət’i gözləməsi davam edir. Bundan 28 il əvvəl ABŞ-ın Kaliforniya ştatında IRAS peyki aydın olmayan bir cisim göstərdi. İlk başlarda nə olduğuna qərar verilə bilməyən və elm insanları arasında müxtəlif müzakirələrə mövzu olan bu cismin bir qalaktika sistemi olduğu sonra aydın olsada amerikan mətbuatı çoxdan bu cisimi yeni bir planet olaraq ictimaiyyətə tanıtmışdı belə. Bu xəbərlə birlikdə hər 10 ildə bir baş verən qiyamət söz-söhbətləri yeni başdan yazıldı. Əfsanəyə görə hər 3 min 661 ildə bir Günəşin orbitinə girərək dünyanın yaxınından keçən Marduk, digər adı Nibiru 21 dekabr 2012-də planetimizə dəyəcək və “gözlənilən sonu” gətirərək insanlığa dair bütün izləri yox edəcəkdi. IRAS peykinin o gün kəşf etdiyi şey isə bütün bu qaçınılmazın səbəbkarı Marduk idi.

Nəzəriyyənin ortaya atıldığı vaxtlarda ortaya çıxan bu fəlakət söz-söhbətləri müəyyən bir seqment xaricində çox maraqla qarşılanmadı amma söz mövzusu əfsanə mifoloji qaynaqlarla gücləndirilincə qiyamət ssenariləri ictimaiyyətin gündəminə bir anda oturdu. Bu qaynaqlara görə 12-ci planet olaraq xarakterizə edilən Marduk, ən son miladdan əvvəl 1649-cu ildə Dünyaya çox yaxın keçmiş və səbəb olduğu sel fəlakətləri, volkanik partlamalar və böyük zəlzələlər nə qədər sivilizasiyanı tarixə basdırmışdı.

Böyük günə bir il qaldı.

Qiyamətin qopacağı iddia edilən 21 dekabr 2012 tarixinə bir illik geri sayım başladı. Kimisi fəlakətlərə qarşı tədbirini alır, kimisi olacaqların qaçınılmaz olduğunu söyləyərək özünü həyatın gözəlliklərinə həsr edir, kimisi də Mardukun heç bir şeyi dəyişdirməyəcəyini söyləyərək ortada gəzən söz-söhbətlərə qulaq asmır. Ancaq bu naməlumluğun içində bəzi suallar maraq oyandırır. Marduk nədir, nə deyil? 21 dekabr tarixində Dünyaya bir cisim dəyəcəkmi? Köhnə Mesopotamiya tanrılarından biri olan Marduk, bu coğrafiyadan günümüzə çatmış bir çox kitabədə adı çəkilən bir simvoldur. Hətta Babil yaradılış dastanı Enimə Elişə görə şəhərin baştanrısı, qədim misirlilərə görə ‘milyonlarla ilin planeti,’ mayalara görə isə beşinci günəş çağının bitmə səbəbidir. Bütün bu tarixi tapıntıları ələ aldığımızda dünyanın sonu yaxınlaşır kimi görünür. 2012-də dünyanın yox olacağına inanan on minlərlə insan mövzuyla bağlı NASA-nı e-mail bombardmanına tutunca, təşkilat rəsmi bir məlumat vermək məcburiyyətində qaldı. Şərhdə 2012-ci ildə planetimizə heç bir şeyin dəyməyəcəyi deyildisə də insanların içi çox rahatlamadı. Şərhin ictimaiyyəti çaxnaşmaya sövq etməmək üçün CIA tərəfindən edildiyini dilə gətirən geniş bir seqment hələ də 21 dekabr 2012-ci il də planetin daha əvvəl heç görmədiyi bir fəlakətlə qarşı-qarşıya qalacağına inanır.

Nəzəriyyə yalanlandı amma.
Dünyaya hər hansı bir cismin dəyməyəcəyinin açıqlanmasının ardından bu dəfə ortaya atılan nəzəriyyələr də dəyişdi. Son tənzimləmələrlə birlikdə Mardukun dünyaya çox yaxın keçəcəyi və yaranan maqnetik qüvvətlə bir silsilə astronomik hadisənin yaşanacağı iddia edildi. Məsələn bunların ən çox bilinəni, 21 dekabr 2012 tarixində Mardukun ikinci bir günəş kimi təpədə iştirak edəcəyi və ay ilə hardasa eyni böyüklükdə görünəcəyidir. Buna görə planet iki dəfə dünyamıza yaxınlaşacaq və ilk yaxınlaşma 7 Sentyabrda reallaşacaq. Bu yaxınlaşma əsnasında ortaya çıxan maqnetik qüvvətlə bərabər bənzəri görülməmiş zəlzələlər, sellər və fırtınalar yaşanacaq. Yüz milyonlarla insan həyatını itirərkən, həyatda qalanlar isə aclıq və susuzluğun səbəb olduğu döyüşlərdə öləcək. Amma ən sonunda gün gələcək, dövran dönəcək və Marduk, günəş sistemini 1 İyul 2014-də tərk edərək maqnetik təsirin azalmasını təmin edəcək.

Ortaya atılan ikinci iddianın nisbətən daha qorxunc olmasından ötəri başda ABŞ-da olmaq üzrə dünyanın bir çox yerində insanlar tədbirlər görür. Məsələn New Hampshire əyalətindəki Matrix İnstitutuna üzv minlərlə adam fəlakətlərə qarşı hazırlıqlar etməyə başladı belə. Hazırlıqların təməlini isə Amerikalı kahin Gordon Michael Scallionun çəkdiyi “Yeni Dünya Xəritəsi” meydana gətirir. Xəritəyə görə Avropa qitəsi adalara ayrılaraq tamamilə yox olarkən, Anadolu coğrafiyası qəzadan bəladan xilas olmuş bir şəkildə varlığına davam edir. Amerika min parçaya ayrılmış, Afrikanın ortasından iki böyük dəniz keçir, Rusiyanın yerində isə yellər əsir. Ayrıca institut, üzvlərinə bu xəritənin yanında “fəlakətə 72 saatda hazır olma kitleri” və ABŞ-da çox az adamın bildiyi “saxlanacaq sığınacaqların ünvanlarını” satır.

Mardukçular internetdə təşkilatlanır.
Dünyada bunlar olub bitərkən türk xalqı Marduk əfsanəsiylə bir az gec tanış oldu. 2003-cü ildə yazar Burak Əldəm tərəfindən qələmə alınan “2012: Mardukla Görüş” kitabı məlum fəlakəti xəbər verirdi. Burak Əldəm, mövzuya bir də siyasi perspektiv gətirib, “Yeni Dünya Nizamı” suverenlərincə tətbiq olunan siyasi manevrlərin bu dövrə hazırlıq olduğunu müdafiə edirdi. Kitab böyük maraq gördü və doqquzdan çox nəşr olundu. Geri sayım başlamışkən ölkəmizdə də Marduk mövzusu ciddi-ciddi müzakirə edilir. İnternet üzərindən təşkilatlanan bir çox adam, ictimai paylaşma saytlarında qurduğu qruplarda “qaçınılmaz sonun” nə vaxt gələcəyinin müzakirəsini edir və bu sona qarşı nə kimi tədbirlər alına biləcəyini danışır. Mardukdan qaçış planı edən kəslərin qruplar meydana gətirdiyi və fəlakətdən əvvəl sığınacaqların hara ediləcəyi, ərzaqların necə saxlanacağı kimi mövzular təyin olunmuşdur.

Kino bu fikri çox sevdi.
Qiyamətin yaxın zamanda qopacağını tez-tez dilə gətirən rejissor Roland Emmerich də Maya təqvimi istiqamətində yaşanması gözlənilən qiyaməti 2012 adıyla ağ- pərdəyə köçürmüşdü. “2012: Doomsday” adlı film isə eyni ssenari əsasında çəkildi. Robert Silverbergin rejissor olduğu “The Second Trip”… “2012: Supernova” və “I Spit On Your Rave” isə 2012 əvvəli və sonrası yaşanacaqları çox əvvəldən xəbər verən fəlakət filmlərindən yalnız bir neçəsidir.

Qiyamət 2000-də də qopacaqdı.
Məşhur kahin Nostradamusun kəhanətlərinə söykənərək 2000-ci ildə Dünyanın yox olacağı iddia edilmişdi. Hətta dijital qiyamətin yaşanması və insanlığın xaosa süründürülməsi gözlənilirdi. Nəysə ki dünya milenyuma sağ-salamat girdi. Argentinalı qapıçı Carlos Roa da qiyamət qopacaq deyə karierinin zirvəsində futbolu buraxıb ibadətə başlamışdı amma bir şey olmayınca o da köhnə komandasına Mallorcaya geri döndü. Rusiyada isə bir keşiş müqəddəs kitabdakı riyazi şifrələrdən yola çıxaraq 21 May 2011 tarixində tanrının yer üzünə gələcəyini elan etdi. 20 May gecəsi kilsələri dolduran və dualar yoldaşlığında səhərləyən xalq, qiyamət qopmayınca dərin bir nəfəs aldı.

bY_GenC

Şərhlər:

  1. saida aliyeva dedi ki:

    bele seylere bos bos vaxt itirmek lazim deyil …onu ALLAH dan basqa hec kim bile bilmez.eziyyete gore minnatdarammm!!!

  2. seher kuleyi-gunel dedi ki:

    axret gunun tarixini yalniz allah biler…..onsuzda dunya dagilmalidir ki yeniden yaransin , pislikler mehf olsun ve gunahlar islenmesin…….allah bilen meslehetdir

  3. mata..))) dedi ki:

    aman ALLAH sen qoru bizi hele cavaniq ureyimizde nece arzumuz var qoy onlarada cataq AMIN

  4. ELIK28 dedi ki:

    twk allah elemesin

  5. mR_bAkiNec dedi ki:

    Sağol Xəbərə Görə…Kstati Sözüm Yoxdur

  6. Sweet_Love dedi ki:

    duzu bu xeberi oxudum cox qorxdum. genc yawimda olmek istemirem amma yene de Allah bilen meslehetdir.
    Dunyanin dagilalacaqina inanmiram . amma felaketler olacaqina inaniram. filmlerde de hardasa dogruluq var. 2012 filminde bir epizod vardi yaponiyada baw vermiw sunami neticesinde eyni ile o goruntu real olaraq yawanmiwdi.
    nece deyibler her kelamda bir hikmet var.

    Tewekkurler……….

  7. SURA_WKA dedi ki:

    ALLAHIN adini boyuk herfle yazsaxx ela olaree uwaxlar.duz deyiil?

  8. kelli dedi ki:

    offffffff yene bu xeber allah bilen meselediiiii allah istese indi eleyer

  9. new girl dedi ki:

    xebere gore tewekkur ama men inanmiram bele weylere ALLAH bilen meslehetdir!!!

  10. Anara 21 dedi ki:

    HƏR BİR ŞEY ALLAHIN ƏLİNDƏDİR….ALLAH NƏYİ NƏ NAXTA YAZIBSA ONDAN QAÇMAQ QEYRİ MÜMKÜNDÜR…….ALLAH AXIRIMIZI XEYİRLİ ELƏSİN.AMİN

  11. merry-girl dedi ki:

    Men Allahdan basqasina inanmiram .

  12. N_I_C_L_E dedi ki:

    Bunu hec kimii bilemez….Her wey ALLAHIN elindedir…

  13. Miss_KaPRizZ of_cAdI dedi ki:

    inanmiram gunahdiye bunu danismaq bele qiyameti yalniz Allah bilir yaradan bilir

  14. TARKAN dedi ki:

    Allah axirimizi yaxsi elesin amin qaldiki dunyaya onu birce dunyani yaradan bilir ne vax dagidacagini xebere gore sag ol

  15. ASKO dedi ki:

    ALLAH buyurdu Ya-Muhammedbenedlerime deki Qiyamet haqqidir hec kim qiyametin ne vaxt gelisni dye bilmez yalniz ALLAH istediyi sexse bunu bildirer Qurani Kerimden ayeler……….eziyytegore tewkurlerr

  16. LA_VIE_ET_LA_MORT dedi ki:

    Inwallah Allah gunahlarimizi bagiwliyar

  17. Pestimist... dedi ki:

    ALLAHDAN BASQA HEC KIM QIYAMETIN NE VAXT GELECEYINI BILMIR

  18. ZoRRo_BaKu dedi ki:

    QaQulik saol xeberi bizle paylawdigin ucun axira qeder oxudum ama Maduruk olmayacaq ewi O goydeki Allah bilir eeeeeeeeee her weyi yende cox saol maraqli geldi hekaye kimi

  19. Sweet_Love dedi ki:

    axwamnan oxudum bu yazini heqiqeten cox qorxdum.olan qalan yuxumda qacdi. genc yawimda olmek istemem yene de allah bilen meslehetdi. dunyanin dagilacaqina inanmiram onu hec kim bile bilmez.ama deyilen tarixde hansisa felaket olacaqina inaniram. Dunyanin sonu haqqinda cekilmiw filmde bezi goruntuler var yaponiyada baw vermiw sunami zamani o bezi goruntuler real olaraq yawanmiwdi.filmlerde de hardasa realliq var. Ne deyim Tanri bizleri qorusun…

  20. SURA_WKA dedi ki:

    ayda ne qiyameteee

    helem AGAMIZZ ( ALLAHIN salami olsun onaa) geleceyy.butun dunyaaa muselman olacaxxx.hami dine qayidacaxx,,,,INWALLAH

    helemmm olmazzz.men qiyametin qopacagini yox AGAMIZIN ( ALLAHIN salami olsun onaa) geleceyini gozduyurem.

    HESRETINDEYEM ZUHUR EYLE GEL AGAMMMMM cry

  21. King_Of_THE_SKY dedi ki:

    ALLAH BILEN MESLEHETDIRR

  22. SENSIZ HEYAT dedi ki:

    ALLAH ne buyursa oda olacaq

  23. yAgmurlar dedi ki:

    MURAD_X,
    ALLAH bilen meslehetdir.
    xebere gore tewekkurler

  24. ROYS dedi ki:

    onu Allahdan basqa hec kim bilmir bilede bilemz.ondan gelen neyse qebulumuzdur.xeber ucun tesekkurler

  25. MURAD_X dedi ki:

    ALLAH bilen meslehetdir. twk