Qadınların dodaqlarına

Dolu dodaqlar

Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub. Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki… Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər. Ən çox sevdikləri isə səyahətə çıxmaqdır. Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Nazik dodaqlar

Bu qadınların bəxti sevgidə heç vaxt gətirmir. Lakin onlar bundan sıxılmırlar. Bu iradəli gözəllər çətin anlarında kimdənsə aman diləməyi ağıllarından belə keçirmirlər. İnsanları ram etməyi bacaran nazik dodaqlı xanımlar müstəqilliyi çox sevirlər. Bəzən o qədər sərbəst olurlar ki, həyatlarının sonuna kimi onları qane edən tənhalığa qapılırlar. Nazik dodaqlı qadınların bir mənfi cəhəti var ki, bu da onların şan-şöhrət əsiri olmalarıdır.

Alt dodaq üst dodaqdan qalındırsa

Sən demə, kişilərin 80 faizində alt dodaq üst dodaqdan qalındır. Bu da kişilərin daha çox xəyanətindən xəbər verir. Çünki alt dodağı üst dodaqdan qalın olanlar vəfasızdırlar. Belələrindən sadiqlik gözləmək mənasızdır. Onlar üçün «sadiqlik» sözü zəmanənin təlabatına uyğun gəlməyən köhnəlmiş ifadə anlamındadır. Bu cür dodaqlı qadınlar da kişilərdən geri qalmırlar. Bu, onların ömür boyu yeni partnyorlar və əyləncələr axtaracaqlarına işarədir. Sözügedən insanlar həm də çox tənbəldirlər.

Üst dodaq alt dodaqdan qalın

Bu cür dodaqlı qadınları avropalılar nəzakətli, sadə, işvəli, naz-qəmzəli və ailəcanlı sayırlar. Ancaq asiyalılarda əksinə, belə dodaqlar ikiüzlüyün, süniliyin əlaməti hesab olunur. Avropalıların fikrincə, belə qadınlar yaxşı yemək hazırladıqlarından həyat yoldaşları tərəfindən həmişə sevilirlər. Üst dodağı qalın olan qadınları kişilər əsl tapıntı hesab edirlər.

Simmetriyasız dodaqlar

Onlar sadiq olurlar. Ümumiyyətlə, simmetriyasız dodağı olanlar qollarını çirməyib, ancaq öz imiclərini dəyişməyə çalışırlar. Belə xanımlar yalan danışır, öz xasiyyətlərini həddindən artıq şişirtməyi xoşlayır, ətrafdakılara utanmadan şər atırlar. Buna görə də belələri sevgidə uğradıqları məğlubiyyətə asanlıqla dözürlər.

«Gülümsəyən» dodaqlar

Belə dodaqlar tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özlərinə cəlb edirlər. Həmişə optimistdirlər. Bəzən zəhlətökən pərəstişkarlarını uzaqlaşdırmaq üçün özlərini həddindən artıq soyuqqanlı, və ciddi göstərməyə calışırlar. Ancaq gülümsəyən dodaqları onlara bu hiylənin öhdəsindən gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

«Qəmli» dodaqlar

Təəssüf ki, dodaqlarının kənarları aşağı sallanan qadınlar sadiq pərəstişkarları ilə öyünə bilmirlər. Nədənsə belələrinin qarşısına çıxanlar yalancı və hiyləgər olur. Nəticədə, onlar insanlara qarşı ümidlərini itirirlər. Belələri heç nəyə inanmırlar. Onlar həmişə özlərini lazımsız hesab edirlər.

Best my life

Şərhlər:

  1. MILAQROS dedi ki:

    oyyyy men daje bilmirem mende necedi,gerek guzguye baxam xaxa

  2. fanya_ya dedi ki:

    Chox maraqlidi chox saq ol)

  3. merry-girl dedi ki:

    Teşkuler marali idi

  4. fanya_ya dedi ki:

    xebere gore sanxx xamisi duzdu

  5. EttO dedi ki:

    Teşkuler marali idi

  6. Бакинка dedi ki:

    valla catmadie mene=)

  7. BLACK STAR dedi ki:

    qadin dodaqi…ohhhhhhhhh…..hmmm cox vaxt dadli olurr..)))xi xi xi…xebere gore cox saol..))

    qadin dodaqi…ohhhhhhhhh…..hmmm cox vaxt dadli olurr..)))xi xi xi…xebere gore cox saol…))

    ….

  8. Angelocka dedi ki:

    MILAQROS,
    badi_Seba,
    star,
    heyyy ay baciwkalarim mende qowula biyeyem size?? utan mende biymiyem ee biyabirstva xaxa

  9. Badi_Seba dedi ki:

    star,
    caaaan sende gel qowul bize… mosking

  10. star dedi ki:

    Menda bilmirem neterdi.

  11. Admin dedi ki:

    Sən demə, kişilərin 80 faizində alt dodaq ьst dodaqdan qalındır. Bu da kişilərin daha зox xəyanətindən xəbər verir.

    YOX BIRRR PODUMAEWW nea

  12. MILAQROS dedi ki:

    Sitat: badi_Seba
    MILAQROS,
    aydaaaaa Mili inanki hec mende bilmirem mende necedi….biyabirstva…

    aaaa baji gedek menle guzguye baxaq xaxa

  13. Badi_Seba dedi ki:

    MILAQROS,
    aydaaaaa Mili inanki hec mende bilmirem mende necedi….biyabirstva… xaxa xaxa

  14. aznetin_gozeli dedi ki:

    «Gьlьmsəyən» dodaqlar

    Belə dodaqlar tьkənməyən sevinc və xoşbəxtlik зeşməsi kimi insanları цzlərinə cəlb edirlər. Həmişə optimistdirlər. Bəzən zəhlətцkən pərəstişkarlarını uzaqlaşdırmaq ьзьn цzlərini həddindən artıq soyuqqanlı, və ciddi gцstərməyə calışırlar. Ancaq gьlьmsəyən dodaqları onlara bu hiylənin цhdəsindən gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

    :))))

  15. Nik_Qalmiyib dedi ki:

    ewi dodaq dodagdida teki opmeye dodagin olsun sarcasti
    [color=#FF0000]