Yaxşılıq

Atına minmiş getməkdə olan bir bəy, yatmaqda olan adamın ağzından içəri ilanın girdiyini gördü.
Yetişib müdaxilə etmək istədisə də müvəffəqiyyətli ola bilmədi.
İlan yatan adamın ağızından içəri qaçdı. Ağıllı biri olan bu bəy, yatan
adama bir neçə toppuz zərbəsi vurdu. Adamı yaxınlarda olan alma
ağaclarının altına qədər qovdu. Ağacların altında çürük almalar vardı.
Bəy çürük almaları yeməsi üçün adama təzyiq etdi.
Zorla çürük almaları yeyən adam bir tərəfdən də, ”Mən sənə nə etdim?
Zülmünün səbəbi nədir? Canıma qəsdin varsa, vur öldür, amma işgəncə etmə’
‘ deyə deynirdi. Adam, ”Bunları yedikdən sonra qaçmağa başlayacaqsan” dedi.
Yuxusuzluğun və yorğunluğun üzərinə, qarını tox olan adam,
yandırıcı günəşin altında bəyə lənətlər oxuyaraq qaçırdı.
Sonunda adamın mədəsi bulandı, ödü qabardı. Qusmağa başladı.
Bütün yediklərini çıxardı. çıxardıqları arasında böyük qara ilanı görüncə,
bəyin özünə nə üçün belə davrandığını anladı.
Etdiyi qarğışlardan peşman oldu. Bəydən üzr istədi. Məlumatsızlığını bağışlamasını istədi.
”Nə üçün etdiyini söyləsəydiniz sizə təhqir etməzdim” dedi.
Bəy, ”Mədənə ilan girdiyini söyləsəydim, nə alma yeməyə nə qaçmağa
nə də qusmağa gücün qalardı. Qorxudan ölərdin” dedi.
İlandan xilas olan adam, bəyə dualar edərək yanından ayrıldı.

Nəticə: Bir şeyin səbəbini bilmədən heç vaxt fikir yürüdüb peşmançılıq yaşamayın.

ASKO

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    maraqli idi Tewekkurler………………..

  2. ...::EMERALD::... dedi ki:

    TESEKKUR

  3. ASKO dedi ki:

    reyler gore thank you saolun dostikler

  4. ROYS dedi ki:

    tesekkurler teki her kezin niyyeti eziyyet ederken bele yaxsiliq ucun olsun.xeber ucun tesekkurl.amma menimde ureyim bulandii oxuyanda ilandan irgeniremmm

  5. Miss_KaPRizZ of_cAdI dedi ki:

    ela ellerine saglik

  6. Pestimist... dedi ki:

    bu yaxsiliga gore tesekkurler…

  7. bY_GenC dedi ki:
    Kimlerese Chox yaxwiliq Eledim Sonradan Her Weyin Qarwiligini Gordum ,Indi Hech Adami Da Saymir….Hemin InSan Sehv Elediyini Sonradan Bawa Duwecek Ona Gore Yaxwiliq Lazim Deyil !!!

  8. sabinocka dedi ki:

    zehlem gedir ilandan onu fikrime getirende de qorxuram…

  9. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…