2012-ci ilin MƏZƏLİ ulduz falı

Yanvar: Ciddi və hirsli biridir. Necə deyərlər “Dişləri incidəndir, dili can incidəndir”. Ağıllı və planlı iş görür. çünki avtobusda işləyir, plan verir. Duyarlı və dərin hissləri var. Marian çökəkliyində yaşayır.

Fevral: Dəyişkəndir. Bakseldə işləyir və “dəyişək inkişaf edək” prinsipi ilə yaşayır. Düzgündür. İnadkardır. İnadlaldır və inadkordur. Özünə güvəni yoxdur. İtirib. Tapanlar Baksellə əlaqə saxlasın. Xəyalların ardınca gedir. Amma Xəyallar onu azdıra bilmir. Qonşularında düz 8 dənə Xəyal var.

Mart: Utancaqdır. 4 oğul atasıdır. Tez hirslənir, güllələniləcək oy bağışlayın guvəlinəcək adamdır. İntiqamlıdır, qardaşı da Ehtiramlıdır. Bir sözlə ailəlikcə meyxanaçı İntiqam və Ehtirama pərəstiş edirlər.

Aprel: Aktiv və enerji doludur. Hər gün 5 ədəd Redbul içir. Təsəlli verməyi sevir. Can həkimidir. Yaddaşı güclüdür – 4GB. Tez-tez baş ağrıları olur. Hələ Antivirus yükləməyib.

May: Anlayışlıdır. Onu qovmaq lazım deyil, özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qaçır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.

İyun: Şirindildir. Buna görə də evlərində yay, qış qarışqa olur. Eyni anda bir çox şey haqda düşünməyi bacarır. Ona görə də özü-özünə danışır. çoxdanışandır. Qərar verməyi bacarmır. Ancaq qərar alır.

İyul: Yaxşı sirdaşdır. Kin saxlaya bilmir. Gücü çatmır. Kin cox ağırdı deyə. Yalnızlığı sevmir. Düz 4 dəfə yalnızlığa otval verib. Onun öz istədiyi var. Dost acısı çəkməyi bacarmır. Sinəsinə duşmür. Yalnız Yava çəkir.

Avqust: Zarafatcıldır. Qorxusuzdur. Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun üçün Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir. Gələcəkdə Yol Polisi işləmək istəyir.

Sentyabr: Elmə fikir verir. Hər gün 1 paçka fikir verir əvəzində ondan 1 siqaret alır. ünsiyyətdə seçilir. İnsanların eyiblərini dolayı yolla da çatdırır. Probka olanda başqa yollarla da çatdırır. Amma özü qətiyyən güzgüyə baxmaq istəmir. çünki evə güzgü almaqdan beziblər.

Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı üstə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xususilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. çünki qonşuları hər gün o balkonun altından keçəndə onun başına təsir tökür.

Noyabr: çalışqandır. Alışqandır. Yapışqandır belə sözləri xoşlamır. çünki pəltəkdir “ş” hərfini deyə
bilmir. İradəsi güclüdür. İstədiyi qız İradə idmana gedir. Hamını olduğu kimi qəbul edir. Amma hamı onu görünüşünə görə yola salır.

Dekabr: Səbirsizdir. 4 oyundur ki, “sə” “bir” ata bilmir. Və 3 oyundur ki, bütün nərd yoldaşlarına
Marsla uduzur. Dostlara bağlı olur. Hər gün ən azı bir dostuyla düyünə düşür. Sevildiyini daim hiss etmək istəyir. Qripdir deyə burnu iy hiss eləmir.

ZoRRo_BaKu

Şərhlər:

  1. new girl dedi ki:
    "MAY" superrr tewekkurler
  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    sarcasti maraqliydi haa ellerine saglik

  3. BlAcKsTaRiN dedi ki:
    Avqust: Zarafatcıldır. Qorxusuzdur. Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun üçün Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir. Gələcəkdə Yol Polisi işləmək istəyir.

    yol polisi yx,ama polis olceydim mama imkan vermedi…:(

  4. N_I_C_L_E dedi ki:

    Yanvar: Ciddi və hirsli biridir. Necə deyərlər "Dişləri incidəndir, dili can incidəndir". Ağıllı və planlı iş görür. Çünki avtobusda işləyir, plan verir. Duyarlı və dərin hissləri var. Marian çökəkliyində yaşayır.

  5. su_perisi dedi ki:

    xe xe avgusttt

  6. neymar dedi ki:

    bunu bilirdim ki

  7. niqushkina dedi ki:

    May: Anlayışlıdır. Onu qovmaq lazım deyil, özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qaçır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.

  8. bY_GenC dedi ki:

    Super Chox Sag Ol !!!

  9. saida aliyeva dedi ki:

    Hmmmm maraqlidi twk

  10. MURAD_X dedi ki:

    xebere gore tesekkurler..twk

  11. WHITE STAR dedi ki:

    avqustam cox saol :)))

  12. Sweet_Love dedi ki:

    May: Anlayışlıdır. Onu qovmaq lazım deyil, özü durub gedir. Ədəbiyyat və incəsənətlə maraqlanır. Amma ədəbiyyat və incəsənət ondan qaçır. Evdə oturmağı sevmir. Bütün günü uzanır.

    uygun gelib evde oturmaqla heeeeec aram yoxdu nea

  13. .::Miss Sladka::. dedi ki:

    twk bezileri uygun olmadi)))

  14. Optimist... dedi ki:

    Fevral: Dəyişkəndir. Bakseldə işləyir və "dəyişək inkişaf edək" prinsipi ilə yaşayır. Düzgündür. İnadkardır. İnadlaldır və inadkordur. Özünə güvəni yoxdur. İtirib. Tapanlar Baksellə əlaqə saxlasın. Xəyalların ardınca gedir. Amma Xəyallar onu azdıra bilmir. Qonşularında düz 8 dənə Xəyal var.

  15. Hilary Duff dedi ki:

    SUPER SUPER TEWEKKUR kubok

  16. KESHA SEBERT dedi ki:

    tesekkurler dostum

  17. SEBERT dedi ki:

    ZoRRo_BaKu,
    xebere gore tesekkurler

  18. QISMET_1995 dedi ki:

    [center]Oktyabr: Hamı ilə sözü tutur. Sonra birdən buraxır söz başı üstə yerə düşür. Yaxşı dostdur. Dostlara fikir verir. Xususilə də ayaqqabılarına. Tez küsüb, tez barışandır. Təsir altına tez düşür. Çünki qonşuları hər gün o balkonun altından keçəndə onun başına təsir tökür.

    [/center]

  19. ASKO dedi ki:

    Eladi xe xexexex tewkurler minetdram bye bye ela idi

  20. ...::EMERALD::... dedi ki:

    BUNU BILIRDIM.SAG OL…

  21. SURA_WKA dedi ki:

    "İyun" ela dediz haaa..exxexexe.

  22. King_Of_THE_SKY dedi ki:

    Avqust: Zarafatcıldır. Qorxusuzdur. Liderliyi sevir. ATV-liyi bəyənmir. RomanTikdir. Atasından onun üçün Roman adlı şadlıq sarayı tikdirməsini istəyir. Yol gostərməyi sevir. Gələcəkdə Yol Polisi işləmək istəyir.

    xaxaxa . SUPERRRR

  23. Pestimist... dedi ki:

    emeye gore tesekkurler