Unutma, mən səni unutmamışam!

Unutma, mən səni unutmamışam…
Yurd salıb getmisən ürəyimdə sən.
Qəlbimi kimləsə ovutmamışam,
çünki həmişəlik ürəyimdəsən.

Unutma, mən səni sevirəm hələ,
Bu sevgi azalmır, artır günbəgün.
Qayıdıb bir daha dönməsən belə,
Ruhum qovuşacaq ruhuna bir gün.

Sən – yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən…
Sən – mənim ömrümün Beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən.

Bilmirəm, heç nələr dəyişdi səni,
Durub-düşünürəm hər səhər-axşam…
Bircə istəyim var: unutma məni!
Unutma, mən səni unutmamışam!

Unutma, mən səni unutmamışam!

:..Şans Mələyi..:

Şərhlər:

  1. emo15 dedi ki:

    bu tam mene aiddi thank you

  2. _Sia_ dedi ki:

    SEVE BILMEZSEN HEYATDA HEC KESI,
    AXI, SEN KONLUNU ONA VERMISEN.
    QELBI YOXDUR ONUN AMMA VAR SESI,
    HEYAT DAVAM EDIR UNUTMA GEL SEN.

    GORESEN SEN NIYE DUSUNMEYIRSEN?
    QELBIMIN SEN UMID QAPILARINI,
    GAH ACIRSAN,GAH DA QAPAYIRSAN SEN,
    MEN AYRILIGI CEKENDEN OLANI.

    MEN UNUTDUM SEN DE UNUT BUNLARI,
    NECE KI, O ARTIQ UNUDUB SENI.
    AMMA EVEN QELB UNUTMAZ BUNLARI,
    SEVE BILMEZSEN HEYATDA HEC KESI…….

  3. Lonely_AT_DarK dedi ki:

    Super….. Thanks….

  4. :..Şans Mələyi..: dedi ki:

    beyendiyinize sevindim. tesekkurler

  5. HeYaTiM dedi ki:
    unutma men seni unutmamisam
  6. Optimist... dedi ki:

    qesengdi tesekkurler

  7. ANGEL16 dedi ki:

    gozel seirdi tewekkurler

  8. Pestimist... dedi ki:

    unutma men seni unutmamisam

  9. ROYS dedi ki:

    minnetdaram cox sagolunnn

  10. s_y_a_m_a dedi ki:

    TESEKKURLER GOZEL SEIR IDI twk

  11. saida aliyeva dedi ki:

    TWEWKKURLER SANKI HEYATDAN GOTURLMUW KIMI….

  12. merry-girl dedi ki:

    TEEWEKKUR MARAQLIDI

  13. Sweet_Love dedi ki:

    Bilmirəm, heç nələr dəyişdi səni,
    Durub-düşünürəm hər səhər-axşam…
    Bircə istəyim var: unutma məni!
    Unutma, mən səni unutmamışam!

    applause

  14. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Unutma, mən səni unutmamışam… yerivar

  15. ASKO dedi ki:

    yeri var heee eladi eziyyte gore tewekulerr

  16. Zerishka dedi ki:

    Bilmirəm, heç nələr dəyişdi səni,
    Durub-düşünürəm hər səhər-axşam…
    Bircə istəyim var: unutma məni!
    Unutma, mən səni unutmamışam!

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.