Cin


Gözə görünməyən məxluqların böyük hissəsini cinlər təşkil edir. Bunlar baş gözüylə görünməyən şüurlu varlıqlardır. Atəşdən yarandıqları Quranın ayələrindən məlumdur. Cinlər iradə və zəka ilə birlikdə bir sıra başqa xüsusiyyətləri ilə insana bənzəyirlər. Yer üzünün insanlardan sonra ən mühüm sakinləridirlər. Kainatda insanlardan əvvəl cinlərin yarandığı, imtahana tabe olduqları, üsyan etmələri səbəbiylə bir qisminin məhv edildiyi də ayələrdən məlumdur. Qurani Kərim onların da kitabı olub, Peyğəmbərimiz həm insanlara, həm də cinlərə vəzifələndirilmişdir. Cin surəsi ilə bir qrup cinin Peyğəmbərimizə doğru gələrək necə müsəlman olduğu anlatılır. Həzrət Ömərin rəvayətinə görə Qəza Hamə adlı bir cin Peyğəmbərin yanına gələrək iman etdiyini orada olan insanlar görmüşdülər.
Cinlərin kafir və günahkar olanları da vardır, bunlara şeytan deyilir, ataları iblisdir(el arasında \\”cin ayrı, şeytan ayrı\\” misalı da elə bundan götürülmüşdür). Hz. Adəmə sitayiş etməyərək Allaha üsyan etmiş, işi insanları və həmcinsləri olan cinləri haqq yolundan yayındırmaqdır.Necə insanlar içində yolunu azmışlar varsa, cinlər arasında da belələri var.
Cinlər də heyvanlar kimi cürbəcür olurlar. Azğınlarına ifrit adı verilmişdir, bunların yer altında məskənləri olduğu bir çox mənbələrdə göstərilmişdir. Cinlərin bir qismi insanlara bənzəməklə yanaşı, bəzi cəhətlərinə görə çox fərqlidirlər. Hər şeydən əvvəl uzun ömürlüdürlər, müxtəlif şəkillərə girə bilirlər. Təqlid etmə qabiliyyətləri mükəmməldir. Bəzi alimlər cinlərin erkək və dişi olaraq iki cinsli olduğunu söyləyirlər. Digər alimlər isə onların cinsiyyətinin olmadığını, sadəcə erkək və dişi kimi görünə bildiklərini qeyd edirlər. Toplum şəklində yaşayırlar. Müsəlman cinlər ibadət və itaətlə yaşadıqları halda, digər şeytanlaşmıs cinlər üsyandan geri qalmazlar. Ruh çağırma deyilən fal masalarında çağırışa gələn elə bu şeytanlaşmış cinlərdir. Zəkaları, qüvvətli yaddaşları, zaman və məkan anlayışından bir dərəcə azad olmaları, üstün təqlid qabiliyyətləri bu işdə onlara yardım edir. Buna baxmayaraq ümumi müqayisədə cinlər insanlardan üstün deyillər. Əksinə, insanlar daha mükəmməl yaradılmışlar. Cinlər insanlardan aldığını yenə insanlara satarlar.Cinlərlə təmasın tarixi insanlıq tarixi qədər qədimdir desək, mübaliğə olmaz. Keçmişdə bu cür təmas quran kimsələrə kahin və ya cinçi deyirdilər. Onlar bir və ya bir neçə cinlə əlaqə yaradar, onlardan xəbərlər alar, öyrəndiklərini digər insanlara çatdırardılar. Cinlər bəzən səmaya qalxar, mələklərdən gələcəyə aid xəbərlər almaq üçün qulaq oğurluğu edər, aldıqları məlumatı kahinlər vasitəsilə insanlara çatdırardılar.İndiki ruh cağıran falçıların vəziyyəti elə bu kahinlər kimidir. Fərq odur ki, kahinlər əlaqə yaratdıqları adamların cin olduğunu bilirdilər, amma , falçılar isə bunu da bilmirlər.
Peyğəmbərimizin dövründə səma yolları qapandı, cinlərin səma ilə əlaqəsi kəsildi. \\”İstədik göyə çıxaq, yanar odla sılahlı, güclü keşikçilərlə(mələklərlə) dolu gördük biz göyü. Göyə qulaq vermək üçün( mələklərin söhbətini eşitmək üçün) göyün bəzi yerlərində yer tutub oturardıq. İndi göyün söhbətini kim dinləmək istəsə ona tuş gələcək bir alovla rastlaşar. Şərmı istənilmiş yer üzündə olanlara,xeyirmi diləmiş Rəbbi onlara, bilmərik. Aramızda yaxşılar da var, pislər də. Ayrı-ayrı yolların yolçularıyıq. İndi anlamışıq, yer üzündə qalsaq belə, başqa məkana qaçsaq belə aciz qoya bilmərik biz Allahı. Doğru yolu nişan verən Quranı dinləmişik, ona iman gətirmişik.\\” Cin surəsi, ayələr 8-13.

Pestimist...

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    qorxuram cinlerden oxumadim dontknow

  2. Sweet_Love dedi ki:

    sona kimi oxudum cox maraqli idi )) duzu cox qorxuram goze gorunmuyen pis varliqlardan

    Tewekkurler……………!!!!

  3. ...::EMERALD::... dedi ki:

    COX SAG OL

  4. gulben dedi ki:

    emo15,
    AYNENNNNN

  5. MURAD_X dedi ki:

    cox sagol xebere gore..

  6. Pestimist... dedi ki:

    painter girl,
    vallah bilmirem… xeberi redakde edende sekili qoyublar

  7. EMO GRIL dedi ki:

    narahat olmayin cin gormezsiz xexexe

  8. painter girl dedi ki:

    muellife sualim var sekil SUPERNATURAL filminden goturulub eledii? sekildeki oglan DEAN WINCEHSTR 2-SEZON

    men o cinin qipnoz elediyi oglanii seviiireeeeeeem cry

    qardasi SEM WINCEHSRT

  9. ASKO dedi ki:

    maraqli xeber ucun twk size 1soz deyim dinimzde deyilirdi cinlerin adini cekmek olmaz onlarin adini cekende derhal hemin adamin yanina gelir insan qiyafesinede gire bilerler thnak you

  10. bY_GenC dedi ki:

    Hmmm,Maraqli Idi Chox Sag Ol Xebere Gore !!!

  11. emo15 dedi ki:

    annem paris.indi men yugumda cinleri gorecem vay

  12. merry-girl dedi ki:

    cinlere ALLAH LENET ELLESIN

  13. QISMET_1995 dedi ki:

    maraqlidi twk

  14. saida aliyeva dedi ki:

    HHHmmmm cox maraqlidi TWK

  15. ROYS dedi ki:

    mene ciinn demeyinnn.birinin zulmunden gucle qurtardim.bu yazilanlari men yasamisam. cry ama artiq qorxmuram.Allaha sigindiqdan soraa hec ne sizlere toxuna bilmezz.

  16. Pestimist... dedi ki:

    haminiza maraqli qorxmalaq… qorxun… shok
    emo15,
    qorxma gormersen…
    ROYS,
    senin bedenine ne vaxtsa cin girib???
    merry-girl,
    AMIN

  17. Emo_Girl dedi ki:

    TESEKKURLER COX OXUMADIM

  18. Pestimist... dedi ki:

    )))) . ..