Gedənə Dur Demə…

çox sevdiyiniz biri var, onu elə çox sevirsiniz ki onsuz həyatınızın davam etməyəcəyini zənn edərsiniz
Sizi çox sevdiyini də deyə bilər, yenə də hər cümləsinin qabağında “amma” eşitməli olursunuz
Siz də çox yaxşı bilirsiniz ki, “amma” ilə başlayan cümlələr ya şərt, ya da bəhanə şəraiti yaradacaqdır

Siz onu bu qədər çox sevdiyiniz halda, o tez-tez bəhanələrlə “Səni Sevirəm amma…” ilə davam edən cümlələr qurmaqdadır
Hətta hər söhbətinizin axırını ayrılmağa da gətirə bilər

Sizin sevginiz get-gedə artsa da, yaranan ümidsizlik və hər söhbətin sonunda olan ayrılaq sözünü eşitmək qorxusu sizi həm yormaqda, həm də bezdirməkdədir.

Bunlardan başqa aranızda keçən o qədər vaxta da heyfiniz gəlir, getdiyiniz yerlər, etdikləriniz, verdiyiniz qərarlar, o sevgi sözləri həmişə ağlınızdadır və bu sizi daha da pis hala salmaqdadır

Bir gün sizə daha iddialı olaraq “Hər şey bitsin, qərarımdan da dönən deyiləm” dediyi halda

İNANIN Kİ, dəyməz gedənə Dur demək… Axı

Gedənə dur demək sənin böyük səhvindir
Gedənə dur demək sənin acizliyindir
Gedənə dur demək sənin məcbur sahib olma istəyindir
Gedənə dur demək özünü aldatmağındır
Gedənə dur demək boş ümidlənməyindir
Gedənə dur demək dəyərinin itməsidir
Gedənə dur demək gedişini gecikdirməkdir
Gedənə dur demək sevməyənə sev deməkdir
Gedənə dur demək boş zaman itkisidir
Gedənə dur demək qürurunun itməsidir
Gedənə dur demək qarşılıqsız istəkdir
Gedənə dur demək ……..

ONU BİLİN Kİ, ürəkdən sevən şərtsiz sevər, bəhanəsiz sevər, ən pis halla belə yenə Səni sevər. “Amma”lar olmaz, yenə də sevər.
“Gedənə dur deməsəm sabah peşman olaram” deyə düşünməyin, sən bunu artıq deyə biləcəyin qədər demisən. Bu andan sonra gedənə dur demək faydasız, nəticəsiz olacaqdır, çox şey itirəcəksən bu halda, ən əsas özünü itirəcəksən…

Bir gün ürəyində olan bu sevginin əslində o qədər də böyük olmadığını anlayacaqsan. Zaman hər şeyi həll edəcək.

BİR DƏ ONU BİLİN Kİ, əgər o bir gün sizə geri dönməyi özü seçərsə, sizin ona qarşı olan sevginiz əvvəlki kimi olmayacaq, əvvəlki sevginin yerini doldurmayacaq…

Təbii olaraq, sevən həqiqətən sevirsə onsuz da geri dönəcək. Amma gedib bir daha qayıtmırsa, deməli onun dərdi də başqa imiş.

Eyni zamanda belə düşünün: Gedənə qal dediyin halda qaldısa, bundan sonra onunla davam etmək səni qane edəcəkmi?
Gedən getməsi üçün səbəblər var, əvvəlki dəyərin qalmamış ola bilər, ya da nəsə çatışmamazlıq var. Qərarsızlıq halında olsa və qalsa belə o çatışmamazlıqları həmişə hiss etmiş olacaq.

Gedənə deyilir: “Yolun açıq olsun”

Ən dərin sevgi yaraları belə sonsuza qədər davam etmir, unutmayın. Keçər, bu da keçər, sadəcə səbrli olun.

Optimist...

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    ela redaktadi ha sekilde supa twk

  2. su_perisi dedi ki:

    xm sevginin ne oldugunu bilen varmi goresen??

  3. _TaNeM_ dedi ki:

    Optimist…,
    Dosi suuuper twk

  4. Hilary Duff dedi ki:

    maraqli idi tewekkur

  5. ...::EMERALD::... dedi ki:

    THANKS….

  6. bY_GenC dedi ki:

    LadyGirl,

    Butun Wekilleri Sen Hazirlayirsan Da =)

    Chox Sag Ol Xebere Gore !!!

  7. s_y_a_m_a dedi ki:

    cox sagolun maraqli idi

  8. ROYS dedi ki:

    gozel ve menali xeberdir.gedene dur deme.tamamile duzgundur

  9. HeYaTiM dedi ki:

    supa supa supa sekil de ki oz yerinde xeyal

  10. merry-girl dedi ki:

    Superrrrrrrr beyendim

  11. Sweet_Love dedi ki:

    ONU BİLİN Kİ, Ürəkdən sevən şərtsiz sevər, bəhanəsiz sevər, ən pis halla belə yenə Səni sevər. "Amma"lar olmaz, yenə də sevər.

    heqiqeten de beledir urek

    Sevsem bele gedene hec vaxt dur demerem cunki sevse getmezzz…..

    gozel xeber idi twk

  12. SEBERT dedi ki:

    heqiqi beledi.ancaq keske bele olmayaydi.her kes bir-birini ccccoooooooxxxxx seveydi.hec kim sevgilisine bitdi deye bilmeseydi.
    maraqli idi tesekkurler

  13. Ninaska dedi ki:

    ONU BİLİN Kİ, Ürəkdən sevən şərtsiz sevər, bəhanəsiz sevər, ən pis halla belə yenə Səni sevər. "Amma"lar olmaz, yenə də sevər. supeeeer xeyal twk

  14. Pestimist... dedi ki:

    tesekkurler…

  15. Miss_KaPRizZ of_cAdI dedi ki:

    İNANIN Kİ, dəyməz gedənə Dur demək super

  16. ASKO dedi ki:

    cox saq ol gozeldi ama men onu cox sevirem o getse ALLAH elemesin ele bil men olmusem eee

  17. Optimist... dedi ki:

    redakteye ve yazdiginiz reylere gore sagolun…

  18. _Sia_ dedi ki:

    Qemli hekaye olsa da, derin menali sozlerdir.

    Gozel dusunceniz var.