Səhər gimnastikasının orqanizmə təsirə

Səhər gimnastikasının orqanizmə təsirə

Yəqin ki, bir çoxlarınız özünüzə dəfələrlə “artıq bazar ertəsindən gimnastikaya başlayacam.Sadəcə bunun üçün 10-15 dəqiqə tez durmalıyam” tipli sözlər vermisiniz.Amma tənbəllik və yuxunun şirinliyi həmişə qalib gəlir və bir neçə günlük gimnastikadan sonra yenə bunları unuduruq.Halbuki gimnastika vərdişini özümüzdə yaratmaq çox asandır. Bunun üçün işə yaradıcılıqla yanaşmaq lazımdır.İlk olaraq bilməliyik ki, gimnastikanın bir çox faydası vardır:həm fiziki, həm əqli baxımdan.Yatdığımız zaman qanın dövranı orqanizmimizdə zəifləyir və ürək daha zəif döyünür.Sinir sistemi də həmçinin istirahət edir.Yuxudan oyandıqdan sonra bədən hələ fəaliyyətini bərpa edə bilmir,fiziki və əqli iş qabiliyyəti zəif olur.Belə vəziyyət uzun müddət – iki saata yaxın davam edə bilər. Səhər gimnastikası oyanmağa kömək edir,gümrahlıq və ruh yüksəkliyi ilə doldurur.10-15 dəqiqəlik gimnastika bütün orqanizmi fəaliyyətə keçirir.Ümumiyyətlə səhər gimnastikası sağlamlıq üçün xeyirlidir.Lakin çalışmaq lazımdır ki, bədənə çox güc verəcək məşqlər edilməsin.Çünki yuxudan oyandıqda bədən hələ ağır hərəkətlərə hazır olmur.Hətta axşamdan bəzi planlar qurun.Səhərki gününüzün necə keçəcəyi barəsində düşünün.Bu da səhər tezdən əhval – ruhiyyənizə təsir edəcək.Yataqdan qalxan kimi gimnastikaya keçməyin.Sakitcə qalxın, musiqini qoşun, otağın pəncərələrini açıb təmiz hava qəbul edin, yuyunub ondan sonra səhər gimnastikasına başlayın.Bu sizin bütün gününüzə müsbət təsir edəcək.

MILAQROS

Şərhlər:

  1. Badi_Seba dedi ki:
    MELUMATLANDIRDIGINA GORE COX SAGOL CANIM MENIM…. opucuk
  2. )(akker dedi ki:
    [center]xebere gore cox saqol[/center]
  3. MILAQROS dedi ki:

    Sitat: badi_Seba
    MELUMATLANDIRDIGINA GORE COX SAGOL CANIM MENIM….


    deyemz shirin
    )(akker,sende sagol

  4. )(akker dedi ki:

    xebere gore cox saqol

    applause

  5. Angelocka dedi ki:

    MILAQROS,
    Cooxx sagol canim baciwkam..Ellerine sagliq heart

  6. MILAQROS dedi ki:

    Angelocka,deymez bacish

  7. Avtosh_227 dedi ki:

    super.cox sagol… applause minnetdaram… twk…

  8. ceyhun.kral dedi ki:

    cox qesengdir mene uyar