Sənətçilərimiz nə arzuladı?
Fəxriyyə Xələfova: “31 dekabr həm də mənim ad günümdür. Yeni il gecəsi doğulmaq mənim həyatdakı ən böyük uğurumdur. Bu fakt mənim həyatıma nağıl əhval-ruhiyyəsi və böyük xoşbəxtlik hissi gətirib. Hiss etdiklərimi isə işlərim, kolleksiyalarım və ətirlərimdə çatdırmağa çalışdım. Hər birimizə uğurlar arzu edirəm.”
Eldar Qasımov: “Bu il mənim üçün çox uğurlu keçdi. 2011-ci il bəlkə də ömrümün ən xoşbəxt ili idi. çalışaram ki, növbəti illər də belə uğurlu olsun. Mən çox istərdim ki, qarşımıza gələn ildə ancaq sevinc anları yaşayasınız. Sizin gülərüz olmağınız məni çox sevindirir.”
Eyyub Yaqubov: “Cənubi, Şimali, bir sözlə, dünya azərbaycanlılarını təbrik edirəm. 2012-ci ildə İnşallah həqiqətən həmrəy olarıq.”
Lalə Məmmədova: “Təkcə bu gün deyil, bütün 2012-ci ili bayram əhval-ruhiyyəli keçirməyinizi Ulu Tanrıdan diləyirəm. İndiki illərə qədər yerinə yetməyən bütün arzularınız sözdə deyil, özdə yerinə yetər. Allah hər kəsi bu ildə sevdiklərinə qovuşdursun.”
Səbinə Babayeva: “Bütün sevimli və yaxşı insanları təbrik edirəm!Arzu edirəm ki, həyatınızda hər şey şokolad kimi sehrli olsun. Yeni il elə yaxşı olsun ki, sevincdən dəli olaq. Həyatımız gözəl, dünyamız isə doğma olsun. Xoşbəxt olun!”
Samir Cavadzadə: “Yeni iliniz mübarək! Arzu edirəm ki, əjdaha kimi səbrli, güclü, sağlam, uzun ömürlü olaq. Yaxşı xəbərlərimiz çox, lazımsız söz-söhbətlər az olsun. Gözəl bayram günləri arzu edirem.”
Miri Yusif: “2011-də son siqaretimi yandırıb, sizi düşünürəm. Adınızla bağlı bir şərab və yeni ildə yeni nəfəsə yaranan ilham. Sizdən olmaz əziz dinləyicilər, 2012-ci iliniz mübarək!”
Aysel Teymurzadə: “Əziz insanlar, Yeni iliniz mübarək! Sizi sevirəm!”
Roza Zərgərli: “Qoy bu bayram sizə xoşluq, uğur, sevgi, sağlamlıq və istədiyiniz arzuları sizlərə versin! Bayramınız mübarək!”
Oksana Rəsulova: “Bu gözəl bayram münasibətilə hamınızı təbrik edirəm. Yeni ildə sizə sağlamlıq, gözəllik, xoşbəxtlik və uğur arzu edirem!”
Prodüser Tolik: “Bu yeni ildə hamıya can sağlığı, ailənizlə bahəm xoş, firavan günlər arzu edirəm. 2012-ci il üçün tutduğunuz bütün planlarınız reallaşsın. Qəlbinizdən sevgi, mərhəmət əskik olmasın. Qoy yeni il həyatınızda yeni səhifələr açsın. Həmrəy olub qədrimizi bilək. çünki biz Azərbaycanlıyıq.”
İlhamə Qasımova: “Yeni ili çox gözəl bir ab-havada qarşıladım. 2012-ci il mənim ilimdir. Hamınızı xoşbəxtlik və çoxlu pul arzu edirəm.”
Elnur: “Əziz Azərbaycanlılarım. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilimiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzularınız çin olsun. 2012 hər birimizə düşərli olsun. Amin!”
çingiz Mustafayev: “Yeni iliniz mübarək! Bütün arzularınız həyata keçsin. Hər zaman xoşbəxt olasınız. Yeni ildə hər şey keçən ildən də yaxşı olsun.”
Emma Ələkbərzadə: “Hamımıza arzu edirəm ki, ilimiz uğurlu, xeyrili və xoşbəxtliklə dolu olsun. Bütün arzularımız çin olsun. Allah hamımıza sağlamlıq və sevgi bəxş etsin.”
Yenilənib:
xebere gore
TEWEKKURLER
ZoRRo_BaKu,
neyniyek dosim werait ele getirir =)))
deymez buyurun
tesekkurler
tesekkurler
HeYaTiM,
Az niye gec gec gelirsen he dosim??))
maraqli xeberdi tesekkurler…
Tewekkur…
Amin.. tewekkur xebere gore
ALLAH HAMINI ARZUSUNA CATDIRSIN AMIN!!!
Hmm maraqli idi….Mene deye bilersiz ROZA ZErGERLI kimdi
thank you
Səbinə Babayeva kimdi bilen vay?
minedttaram xebe rucun eziyyte gore thnak you
deymez