Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur.

Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox müsəlmanların İslam vaciblərindən yayınsalar belə özlərinə bəraət qazandırmalarına səbəb olur.

Allahın insana imtahan kimi verdiyi bu düynada insanlar öz əməlinə, əxlaqına və ən mühümü də təqvalarına (təqva – Allah əmrlərinə tabe olmaq, Allahın səni görmək istədiyi yerlərdə hazır, görmək istəmədiyi yerlərdə qaib olmaqdır) görə fərqlənirlər. Kimisi İslam qanunlarına tabedir və daha da üstün şəkildə tabe olmağa hər vaxt çalışır, kimisi qismən tabedir və bunu özünə kifayət hesab edir, kimisi tabe deyil və bunu vacib hesab etmir, kimisi ümumiyyətlə bu qanunlardan xəbərsizdir və bu barədə danışılanda hətta qulaqlarını da tıxayır ki, eşitməsin və s. Bu növlərin arasında daha bir növ insanlar var ki, onlar İslamdan cüzi məlumatlı olmaqla kifayətlənir və baş verən hər bir məsələnin sırf Allaha aid olduğunu vurğulayır. Bu xırda yazıdan da məqsəd məhz bu növ insanların fikirləridir.
Allah-Təala Qurani-Kərimdə çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və Sahib də odur. “…Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!” (Əl-Bəqərə, 116), “…Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (Təğabün, 64). Və bir ayə daha var ki, konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid, 57).

Allah-Təala əməl ediləcək bu tövsiyyələrin nəticəsinin də insanın elə özünə xeyrili olacağını vurğulayır.

Bir kəsdən sual edirsən: – “Sağlamlığın təhlükə altındadır. Nə üçün müalicə almırsan?” Cavab gəlir: – “Qismət Allahdandır. Allah şəfa versin. Əgər qismətimdə yoxdursa, demək sağalmayacam.” Bu, çox primitiv bir fikirdir. Ən azından həkimlərin varlığı buna sübutdur. Təbii ki, şəfanı verən Allahdır. Amma vasitəçi olaraq həkimlərin həyatımızda rolunu danmaq olmaz axı. Belə isə, onda insana rahatlığı, istini və soyuğu, can saglamlığını verən Allahdırsa, paltar geyinmək nəyə lazımdır? Qış vaxtı qısa köynəklə bayıra çıxaq ki, xəstələnsəm, qismətdəndir? Yaxud yolu keçəndə qəsdən özümüzü ataq maşın altına ki, ölüm qismətimdədir, ona görə belə oldu?! Qismətdə olduğu danılmır, amma sənin ölümünə səbəb qismət deyil, sən özün olursan o halda. Qismətdədir onun üçün ki, Allahın əzəli elmi bundan xəbərdardır. Amma qismətdə deyil ondan ötrü ki, ölümünə səbəb o qismət oldu.

Bir kəsdən sual edirsən: – “Namaz qılırsan?” Cavab gəlir ki: – “Xeyr”. Səbəbini soruşursan, səbəbi bir neçə cür izah edilir. Kimisi hələ hidayət olunmadığı ilə, kimisi hazır olmadığı ilə, kimisi ürək təmizliyi ilə bəhanə verir. Bəziləri isə “hər şey Allahın əlindədir, O nə vaxt məsləhət bilsə, o vaxt da namaz qılacam”, “hələ Allah qismət etməyib, qismət olanda namaz qılacam”, “namaz qılmıramsa, demək alın yazım belədir” kimi fikirlər deyir. Bu fikir özü-özlüyündə Qurani-Kərimə ziddir. çünki, Allah-Təala elə Quranda namazın vacibatını insana başa salır:

“(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43). Namaz barəsində, onun vacibatı barəsində ayələr çoxdur, birini göstərməklə kifayətlənirəm. İndi baxaq, necə ola bilər ki, Allah-Təala insana namazı vacib hesab edir, amma sonra Özü qəsdən elə edir ki, insan namaz qılmasın?! Yenə də vurğulana bilər ki, bəli, Allah-Təala bu insanın əvvəlcədən namaz qılmayacağını bilir və odur ki, qismətində də bu vardır, buna Allahın əzəli elmi imkan verir. Amma bu halda, qismət deyil insanı namazdan ayıran, insanın öz naqisliyidir ki, namaza yaxın durmur. Ən azından onu qeyd etmək olar ki, sadə dillə desək, Allah-Təala Qurani-Kərimdə insanlara yaxşı əməl əvəzində Cənnəti, pis əməl əvəzində Cəhənnəmi göstərir. Əgər ki, namazdan yayına bir insan, onda ona Cənnət vəd etməyin nədir əhəmiyyəti? Belə olan halda, Qurani-Kərim səhvmi tövsiyyə verir bizlərə?

Gəlin hər hərəkətimizdə İslama uyğunluq məsələsinə diqqət edək və yanlış atdığımız addımlar olarsa (Allah belə addımlardan hifz etsin!), bunu qismətin üstün atmaqla bəhanə etməyək, Haqq-Təalanın bizə bəxş etdiyi ağıl kimi nemətdən lazımınca yararlanaq!

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. Pestimist... dedi ki:

    Allah razi olsun

  2. mR_bAkiNec dedi ki:

    Sağol xəbərçün )

  3. Sweet_Love dedi ki:

    Allah razi olsunnnn…..!

  4. emo15 dedi ki:

    allah razi olsun

  5. MURAD_X dedi ki:

    maralqi xeberdir.. twk

  6. ASKO dedi ki:

    ALLAH razi olsun alin ayzi movuddur twk gozel xebr ucun

  7. merry-girl dedi ki:

    ellerine sagliq

  8. kuckuck dedi ki:
    Gəlin hər hərəkətimizdə İslama uyğunluq məsələsinə diqqət edək və yanlış atdığımız addımlar olarsa (Allah belə addımlardan hifz etsin!), bunu qismətin üstün atmaqla bəhanə etməyək, Haqq-Təalanın bizə bəxş etdiyi ağıl kimi nemətdən lazımınca yararlanaq!

    TESHEKKURLER…………………..

  9. ROYS dedi ki:

    Gəlin hər hərəkətimizdə İslama uyğunluq məsələsinə diqqət edək və yanlış atdığımız addımlar olarsa (Allah belə addımlardan hifz etsin!), bunu qismətin üstün atmaqla bəhanə etməyək, Haqq-Təalanın bizə bəxş etdiyi ağıl kimi nemətdən lazımınca yararlanaq!
    TAMAMILE RAZIYAM.
    AMMA ELE SEYLERDE VARKI INSAN NE QEDER ISTESEDE NE QEDER CALISSADA ONA NAIL OLA BILMIRKI BILMIR,HER ZAMAN BIR MANE CIXIR ONUN QARSISINA.INSANIN ELINDE OLMAYAN SEYLERDE VAR….

  10. yAgmurlar dedi ki:

    Allah razi olsun gozel xeberdi

  11. HeYaTiM dedi ki:

    Allah razi olsun gozel idi

  12. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…