Maraqlı məlumatlar

ABŞ-a yollanmaq fikrində olan soydaşlarımız bir qədər ehtiyatlı olmalıdırlar.
Britaniyalı yazıçı Enni Taker Morqan ştatların yerli qanunvericiliklərini araşdıraraq absurd yasaqların siyahısını hazırlayıb.
Həmin yasaqların bəzilərini təqdim edirik.

Alabama: Burada saxta bığ vurub kilsəyə getmək və camaatı güldürmək olmaz.
Alyaska: Sığın ovunda olan adamın qulağına nə isə pıçıldamaq olmaz.
Arizona: Kaktus kəsəni 25 il həbs gözləyir.
Arkanzas: Ştatın adını yanlış söyləmək olmaz.
Kaliforniya: Hamamda portağal yemək qadağandır.
Kolorado: Tozsoranı qonşuya vermək olmaz.
Konnektikut: Masaya atanda bir yerdə durmayan duzlu xiyarı satmaq olmaz.
Delaver: Mərclə evlənmək olmaz.
Vaşinqton: Kiminsə dueldən imtina etdiyinə görə onu qorxaq adlandırmaq olmaz.
Florida: Avtomobil dayanacağında fil saxlayan maşın sahibi kimi pul ödəməlidir.
Corciya: Vitrindəki manekenin paltarını çıxarıb geyinmək qadağandır.
Havay: Qayıq sürə bilməyənlər cərimələnir.
Aydaho: Kişi sevdiyi qadına çəkisi 12 kq-dan az konfet qutusunu hədiyyə edə bilməz.
İllinoys: Fransız pudeli cinsli köpəyi operaya aparmaq olmaz.
İndiana: “Pi” əmsalı bütün dünyadakı kimi 3,1415 yox, 4-ə bərabərdir.
Ayova: Bir qolu olmayan pianoçular pulsuz ifa etməlidirlər.
Kanzas: Zolaqlı kostyum geyinmiş kişilərə bıçaq atmaq olmaz.
Kentukki: Hər sakin heç olmasa, ildə bir dəfə çimməlidir.
Luiziana: Protez dişlərlə kimisə dişləmək cinayətdir.
Men: Yanvarın 14-dən sonra evdə bəzəkli yolka saxlamaq cinayətdir.
Merilend: Qabyuyanı yumaq qadağandır.
Massaçusets: Maşının arxa oturacağında qorilla daşımaq yasaqdır.
Miçiqan: Ərin icazəsi olmadan qadın saçlarını kəsərək qısalda bilməz.
Minnesota: Sərçəni tutuquşu kimi satmaq olmaz.
Missisipi: İtə “it paltarı” geyindirməmiş küçədə gəzdirmək qadağandır.
Missuri: Uşaqların dükandan oyuncaq almaları qadağandır.
Montana: Ərə gəlmiş məktubu arvadın oxuması qadağandır.
Nebraska: Şorba bişməyən barda pivə satıla bilməz.
Nevada: Bığlı kişilərin qadınları öpmələri yasaqdır.
Nyu-Hempşir: Qumar borcunu ödəmək üçün əyindəki paltarı çıxarıb satmaq yasaqdır.
Nyu-Meko: üzlərini qırxmayan qadınların küçəyə çıxması qadağandır:
Nyu-York: Liftdə olanda danışmaq, əlləri cütləyib liftin qapısı tərəfə baxmamaq qadağandır.
Şimali Karolina: Səsi olmayanın oxuması yasaqdır.
Şimali Dakota: Ayaqqabılı yatmaq olmaz.
Oklahoma: Başqasının buterbrodunu dişləmək yasaqdır.
Rod-Aylend: Kiminsə ayağını dişləmək cinayətdir.
Texas: Otelin ikinci mərtəbəsindən öküzə atəş açmaq olmaz.
Yuta: Süd içməmək yasaqdır.
Vermont: Qadın protez diş taxmaq üçün ərindən yazılı icazə almalıdır.
Virciniya: Qadını qıdıqlamaq olmaz.

Optimist...

Şərhlər:

  1. emo15 dedi ki:

    HMMMMM THANK YOU

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    shok xa xa ne qeder guldum ne qeribeler dance2

  3. HeYaTiM dedi ki:

    xa xa hem maraqli hem qeribe sagol))

  4. ASKO dedi ki:

    mraqli melumatlar ucun tewkulerrrr bye byeeeeeeeeee

  5. _Aynur_ dedi ki:

    Maraqli melumata gore cox saq ol…

  6. MURAD_X dedi ki:

    Qeribedir ve cOx maraqlidir.. twk

  7. Pestimist... dedi ki:

    tessekkurler

  8. Optimist... dedi ki:

    reyleriniz ucun tesekkurler

  9. _TaNeM_ dedi ki:

    Optimist…,
    suuuper doosi xeyal

  10. _Anonimka_ dedi ki:

    Coxu qeribedir maraqli idi

  11. ...::EMERALD::... dedi ki:

    BEYENDİM.SAG OL…