Dünya bu qəribə məxluq haqda danışır

Dünya bu varlığı danışır

Elm adamları təəccüblənib: DNT-i yox!

Mekada 2007də bir cütçü tərəfindən tapıldı və öldürüldü. Cansız
bədəni araşdırıldıqca qəribəliklər bir-birini izlədi. Kiminə görə yad
planetli, kiminə görə hələ kəşf edilməmiş bir heyvan növü. Elm adamları
isə “DNT-i yox” deyə çaşmış. Kiminə görə isə hər şey mübahisəlidir.

Mekada kosmosdan gəldiyi düşünülən varlığın görüldüyü danışılır.

İşçi Francisco Garcia: “Yaşayan ikinci bir varlıq gördüm. Gördüyüm 70
sm. boyunda bir insancıq idi. Onu ferma qapısından çıxarkən gördüm,
sonra sürətlicə oradan uzaqlaşdı” dedi. İlk varlıq, Mekada 2007-ci
ildə tapıldığında böyük bir şok yaşanmışdı.

Müxtəlif araşdırmalar sonunda bəzi UFO (Uçan Naməlum Cisim)
mütəxəssisləri bu varlığı `yad planetli` olaraq xarakterizə edərkən,
bəzi mütəxəssislər isə varlığın hələ kəşf edilməmiş bir heyvan növü ola
biləcəyini müdafiə edir: Tutulan ilk varlıq üzərində edilən DNT
testlərindən hər hansı bir nəticə çıxmadı.

`Bild am SONNTAG` qəzeti müxbiri Michael Remke, varlığı görmək üçün
Mekadakı Metepec şəhərinə getdi. Təəssüratlarını köçürərkən, “Göz
çuxurları, insan üzərində qorxuducu bir təsir yaradır” ifadəsini
istifadə etdi.

Baytar Marco Salazar, varlığı tapan əkinçinin, bir anlıq qorxuyla onu
boğaraq öldürməsinin dərhal ardından araşdırma fürsətinə sahib olduğunu
izah edərkən “Bu ana qədər hər növdən heyvanı görmə imkanım oldu, amma
belə bir şey daha əvvəl heç görməmişdim” dedi.

Ətcil bir heyvanın xarici quruluşuna sahib bu varlığın; eyni zamanda
baş quruluşu etibarilə də digər heyvanlara görə zəka səviyyəsinə sahib
olduğu düşünülür. Xarici quruluşu, kərtənkələyə bənzəyən varlıq; oynaq
və iç qulaqları quruluşuyla insana bənzədiyi deyilir.

Dörd ayrı labaratoriyada ən müasir texnikalarla DNT quruluşu həll
edilməyə çalışıldı ancaq bir nəticə alına bilmədi. Mütəxəssislər “DNT-i
yox. Ya da var amma bu texnikalarla biz araşdıra bilmirik” deyir.

Tapılan varlığın hüceyrə testlərində, bədənini incə bir dəri
təbəqəsinin örtdüyü və daha əvvəl təyin olunmamış, primitiv varlıqlara
görə çox daha inkişaf etmiş gözlərə və iç qulağa sahib olan bir canlı
olduğu qeyd edildi.


 


 


 


 


 


 


 


 

amgport.com

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Hiiiiiiiiiiiiiiii aydaaaa Cinaaa bu nedi bele…..bawim agridi lap… surprised

    cox sagol dostik…. book

  2. Admin dedi ki:

    Amma mene helede catmadi bu ne mexluqdu bele xaxa

  3. Badi_Seba dedi ki:

    Admin,hele menede…. scratch

  4. dreamy dedi ki:

    ALIENS ARE EVERYWHERE

  5. MILAQROS dedi ki:

    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa bu nedi

  6. Angelocka dedi ki:

    Admin,
    Vayyyyyyyyyyy shock shock dostikim bu ne mexluqdu bele aydaa qorxdum eee scares allah qorusun..Qorxulu ve maraqli xebere gore cox sagol dostikim heat

  7. Avtosh_227 dedi ki:

    super.cox sagol… applause