Mən sən deyiləmki

Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.
Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.
Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.
Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.
Qıdıqladım hissləri.
Hər dəfə qaranlıqda sildikcə gözləri…
Sən unutmuşdun məni dünənin yağışı kimi.
Qaralamanda ağarırdım pozan sildikcə…
Xatirənin mirası, əcaib naxışı kimi…
Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.
Bu sevgiyə hicranı əmanət illərin,əsrin.
Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?
Yox !
Bəlkə yox, amma…
Ən dəli, arsızı.
Mən bir roman və sən bu romanın abzası.
Düşüncənlə sərxoşlaşan gözlərimdən soruş məni.
Əllərinlə sağollaşan ayaqlardan soruş məni.
Yoxluğunla pıçıldaşan həsrətimdən soruş məni.
Bağırmaq sənsizliyi hər sevənin qulağına.
Yas tutmaq əllərin nişan düşmüş barmağına.
Günahkar axtarıb.
Günah gəzmək.
Səbəbkar axtarıb.
Səbəb gəzmək.
Nə günah var, nə günahkar.
Nə səbəb var, nə səbəbkar.
Bəhanəyə ovunmaq vərdişi.
Boğaza kimi dolmaq və sıxmaq dişi.
Sənli nə varsa cırmaq, yandırmaq, tullamaq.
Duyğuları soyunmaq və…
Güzgülərdə çatlamaq.
Əllərimi ciblərimdə basdırmaqdan yorulmuşam.
Belimə düşən ağrıları qanad bilib, çırpınmaqdan yorulmuşam.
Yaşda o yaş deyil.
Bu mənimlə onun şeiri.
Sizə aid deyil.
Bu gün rəngsizəm, monoton, məsum.
Söz vermişdim susmağı, susdum.
Yazan mən deyiləm ki…
Unudum ?
Mən sən deyiləm ki…

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. _TaNeM_ dedi ki:

    hmmm oxumuwam bunu coxdan cox xowuma gelir twk

  2. Sweet_Love dedi ki:

    Unudum ?
    Mən sən deyiləm ki… applause

  3. gulben dedi ki:

    Hər sabah beynimi qaşıyan ümüdlərin barmaqlarından oyandım.
    Ətrin gələn hər dükan, hər küçə, dalana boylandım.
    Hər gecə səhər səninlə barışacağım düşüncəsini qucaqladım.
    Hər yazımla sənin yoxluğundan qocaldığımı açıqladım.
    Qıdıqladım hissləri.
    Hər dəfə qaranlıqda sildikcə gözləri…
    Sən unutmuşdun məni dünənin yağışı kimi.
    Qaralamanda ağarırdım pozan sildikcə…
    Xatirənin mirası, əcaib naxışı kimi…
    Otağımı bəzəyir üzümə gülümsəyən rəsmin.
    Bu sevgiyə hicranı əmanət illərin,əsrin.
    Sən bu şəhərin, bəlkə bu ölkənin ən gözəl qızı ?
    Yox !
    Bəlkə yox, amma…
    Ən dəli, arsızı.
    Mən bir roman və sən bu romanın abzası.
    Düşüncənlə sərxoşlaşan gözlərimdən soruş məni.
    Əllərinlə sağollaşan ayaqlardan soruş məni.
    Yoxluğunla pıçıldaşan həsrətimdən soruş məni.
    Bağırmaq sənsizliyi hər sevənin qulağına.
    Yas tutmaq əllərin nişan düşmüş barmağına.
    Günahkar axtarıb.
    Günah gəzmək.
    Səbəbkar axtarıb.
    Səbəb gəzmək.
    Nə günah var, nə günahkar.
    Nə səbəb var, nə səbəbkar.
    Bəhanəyə ovunmaq vərdişi.
    Boğaza kimi dolmaq və sıxmaq dişi.
    Sənli nə varsa cırmaq, yandırmaq, tullamaq.
    Duyğuları soyunmaq və…
    Güzgülərdə çatlamaq.
    Əllərimi ciblərimdə basdırmaqdan yorulmuşam.
    Belimə düşən ağrıları qanad bilib, çırpınmaqdan yorulmuşam.
    Yaşda o yaş deyil.
    Bu mənimlə onun şeiri.
    Sizə aid deyil.
    Bu gün rəngsizəm, monoton, məsum.
    Söz vermişdim susmağı, susdum.
    Yazan mən deyiləm ki…
    Unudum ?
    Mən sən deyiləm ki…

  4. merry-girl dedi ki:

    elaaaaaaaaaaaaaaaa

  5. Gunes dedi ki:

    maraqliydi tesekurler

  6. kuckuck dedi ki:

    Mən bir roman və sən bu romanın abzası.
    Düşüncənlə sərxoşlaşan gözlərimdən soruş məni.
    Əllərinlə sağollaşan ayaqlardan soruş məni.
    Yoxluğunla pıçıldaşan həsrətimdən soruş məni.
    Bağırmaq sənsizliyi hər sevənin qulağına.
    Yas tutmaq əllərin nişan düşmüş barmağına.

    елааааааа тешеккурлер

  7. ASKO dedi ki:

    gozel yazii ucun tewkulerrrrrr

  8. Ninaska dedi ki:

    suuupeeeer xeyal
    twk twk

  9. mR_bAkiNec dedi ki:

    Off (( Super