İnsanlara insanlıq dərsi

İNSANLIQ DƏRSİ

çanaqqala döyüşlərində döyüşüb, bir qolu ilə bir ayağını itirən Fransız
Generalı Bridges, evinə qayıtdıqdan sonra izah etdiyi bir döyüş xatirəsində belə deyir:
«Fransızlar, Türklər kimi mərd bir millətlə döyüşdüləri üçün daim fəxr etməlidir.
Hələ də xatirimdədir. Müharibə ərazisində döyüş bitmişdi.
Yaralı və ölülərin arasında gəzirdik, Türk və Fransız əsgərləri süngü süngüyə
gəlib ağır itki vermişdilər. Bu vaxt gördüyüm bir hadisəni ömrüm boyu unuda bilmərəm.
»Yerdə bir fransız əsgəri uzanıb, bir türk əsgəri öz köynəyini cırıb onun yarasını
sarıyır, qanını təmizləyirdi. Tərcüməçi vasitəsi ilə belə bir dialoq oldu:
— Nə üçün öldürmək istədiyin əsgərə kömək edirsən? Taqətsiz halda olan türk əsgəri bu cavabı verir:
«Bu Fransız yaralanınca cibindən yaşlı bir qadın rəsmi çıxardı.
Nəsə dedi, anlamadım ama hər halda anası idi. Mənim isə heç kimim yoxdu.
İstədim ki, o xilas olsun, anasının yanına dönsün».
Bu alicənab hiss qarşısında hönkür-hönkür ağlamağa başladım.
Bu vaxt zabitimin biri türk əsgərinin yaxasını açdı.
O anda gördüyüm mənzərədən yanaqlarımdan süzülən yaşların donduğunu hiss elədim.
çünkü, Türk əsgərinin sinəsində bizim əsgərinkindən də çox ağır bir süngü
yarası vardı və bu yaraya od basmışdı. Az sonra ikisi də öldü…

ASKO

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    Yawasin turk esgeri
    cox maraqlidi tewekkurler

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Ellerine saglik coxx maraqlidi

  3. ASKO dedi ki:

    reylere gore minnetdaram twk xeyal

  4. kuckuck dedi ki:

    ela xeberdi, teshekkurle )))))

  5. su_perisi dedi ki:

    her zaman ki kimi super yazi ellerina sagliq

  6. _Anonimka_ dedi ki:

    Tesekkurrrr

  7. _TaNeM_ dedi ki:

    Emeye hormet…