Gözlər məni utandırdı

Dərslər başlayıb. Qiyabi təhsil aldığım üçün seminar, imtahanlar üst-üste düşür. Sözün qısası patok hər birisi ilə danışıb, tanış olmağa vaxtım yoxdur. Nəzərə alsaq ki, 90 tələbə var, bu ehtimal daha da azalır. Adını fəxrlə çəkə biləcəyim bir qrup yoldaşım bu gün məni heyrətə gətirdi.

Heyrətimi, düşüncəmi,beynimdə və ureyimdə baş qaldıran təlatümləri izah etməyə bəlkə də sözlər çətinlik çəkəcək. Qrup yoldaşımın adını çəkməyəcəm. Bunu təəssüflə qeyd edirəm. çünki hər birinizin onu tanımasını istərdim. Ancaq hər halda ehtiyat edirəm…

Mən onu başqa tələbələrdən fəallığı ilə fərqləndirirdim. Seminarlarda inanılmaz dərəcədə mükəmməl dərs danışması, imtahanlardan əla nəticələrlə çıxması heç şübhə yeri yaratmırdı. Mənə elə gəlirdi ki, onun gözləri zəif görür. Düşünürdüm ki, yəqin kitabla sıx əlaqədə olduğundan və ya başqa səbələrdən dolayı gözlərindı problem var. Ancaq bu mənim diqqətimi o qədər də çəkmirdi. çünki mən özümdə eynəkdən istifadə edirəm. Yanılmışam mən.. Onun gözləri doğulduğu andan GÖRMƏ qabiliyyətin itiribmiş. Bəli, neçə vaxtdır bir otaqda oturduğum, dərs danışarkən dinlədiyim qızın gözləri görmürmüş. çox təəccübləndim. Axı necə ola bilərdi? Necə hiss etməmişdim? Dəsrlərinə bu qədər mekəmməl necə hazırlaşa bilirdi?

Öyrəndim ki, anasında hər gün dərsini yüksək səslə oxumasını istəyir və beləliklə
mükkəməlin üstendə bir yaddaşa sahib olduğu üçün dinləyərək öyrənirmiş. Heç hiss olunmurdu…
Ancaq mən nədənsə bunu öyrənəndə ona yazığım gəlmədi, kövrəlmədim. Bizə YAZIĞIM gəldi. O bizə ki- görə bilən, danışa bilən, eşidə bilən, gəzə bilən biz sahib olduqlarımızın dəyərini bilmirik. Həyat sanki bizə hər zaman hər şeyi bəxş edəcəkmış kimi yaşayırıq. Halbuki heç kim hər zaman üçün görə biləmkdən və ya gəzə bilməkdən siğortalanmayıb. Zaman-zaman özümündı naşükürlük etdiyimi xatirladım. Amma nə haqla? Mənə verilən gözdən, qulaqdan, əldən, ayaqdan utandım. Təbii ki, mən istisna hal deyiləm. Aramızda belələrimiz çoxdur.

Bizə bəxş olunanların dəyərini yalnız itirəndən sonra anlayırıq. Cəsarətimi toplayıb onunla danışmaq istədim. Amma bacarmadım. çünki insan özünü güclü biri ilə qarşı qarşıya qoymaq istəmir. Məğlub ola biləcəyindın ehtiyat edir. Yəqin ki, mən də buna görə danışa bilmədim.Onun cəsarəti, müsbət enerjisi mənim cəsarətimi boğdu. Anladım ki, insanın gücü onun yalniz beynində, qəlbində, ruhunda ola bilər…

Bu yazını yazmaqda məqsədim sadəcə həyatı GÖRMƏYİNİZİ istəmək arzusundan gəldi.
O gözlər ki, cisimləri, varlıqları görmədən, sevgi ilə görə bilməyi bacarmaqdır…

HeYaTiM

Şərhlər:

  1. ASKO dedi ki:

    maraqli ve gozel yazi ucun tewkulerr

  2. MURAD_X dedi ki:

    maraqlidir.. twk

  3. Ninaska dedi ki:

    heqiqeten supeeer twk hmmm

  4. mR_bAkiNec dedi ki:

    Sagol xebere gore

  5. merry-girl dedi ki:

    xebere gore cox sag ol maraqlidi

  6. kuckuck dedi ki:

    elaaaaaaaaaaaa super, soz ola bilmez dushuncelerine, amma heqiqeten de biz bize verilen hec neyin qedrini bilmirik, shukr etmeyi bacarmiriq

  7. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore maraqlidi….

  8. Anara 21 dedi ki:
    thanksssssssssssssssssss:::)))
  9. _Anonimka_ dedi ki:

    Superrrrrrrrrrrr cox sagol

  10. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Elbette Bu gunumuze Bu halimiza wukur .. tewekkur

  11. _TaNeM_ dedi ki:

    Cooox sagol cooox super twk… bye