Olmek Yox Olamqdimi

İnsan doğulur, yaşayır, ölür.

Bəli, darıxdırıcı cümlədir. Gündəlik həyatımızda bu cümləni ən gözləmədiyiniz zamanda və məkanda, ən gözləmədiyiniz adamdan eşidə bilərsiniz. Niyə darıxdırıcı olduğuna gəlsək, bu cümlənin bir insan tərəfindən bir insana qurulması qədər axmaq və darıxdırıcı bir vəziyyət daha ola bilməz. Onsuz da hər insan doğulduğu və yaşadığı üçün, “İnsan doğular, yaşayar…” qisimini onsuz da qeydsiz bir şəkildə bilməkdədir. Burada tək problemli termin “ölmək“-dir əslində. Ən maraq çəkəni də budur. Ölümə qədər olan və ya ola biləcək şeylər onsuz da məhdud olduğu üçün, ölümdən sonrakı insanların marağını çox daha çox çəkər, çəkməlidir, çəkir də.

Əvvəlcə, ölümdən sonrası üçün – ən inanılan – informasiyanı verən dinləri araşdıraq. İslam dininə görə, öldükdən sonra ruh bədəndən ayrılaraq, axirətə, yəni o biri dünyaya səfər edəcək. Qiyamət qopub, dünya həyatı tamamilə sonra çatdıqdan sonra, qiyamət gününə qədər yaşamış nə qədər insan varsa bir meydanda toplanacaq. Daha sonra hər kəs dünyada etdiyi yaxşılıq və pisliklərdən məsul olacaq. Əgər yaxşılıqları çox isə cənnətə, pislikləri çox isə cəhənnəmə gedəcək. Cəhənnəmdə atəşlər içərisində yanaraq borcunu ödədikdən sonra sonsuz cənnətə addım atacaq və kef edəcək

Təbii bir də bu cür kitablara iman gətirməyən insanlar var. Onlara görə isə ölümün çox fərqli nəticələri olacaq.
Bir qisim öldükdən sonra yox olacağımızı müdafiə edərkən, digər bir qisim isə başqa bir bədəndə ruhumuzun təkrar həyat tapacağı fikrindədir.
İndi gələk sualımızın cavabına. Ölüm yox olmaqdırmı? Yoxsa sonsuza qədər yaşamaqdır? Bir düşünün, öldükdən sonra yox olacağınızı və bir daha əsla təkrar yaşaya bilməsəydiniz, nə edərdiniz? Təbii öldükdən sonra öldüyünüzün belə fərqində olmayacağınızı da bilməniz lazımdır. çünki əgər öldükdən sonra yox olacağıqsa, necə ola bilər ki, öldüyümüzü anlayaq? Nə qədər qorxuncdur, deyilmi?

Mən öz sualıma özüm cavab vermək istəyirəm. Əgər mən öldükdən sonra yox olacağımı bilsəydim (baxın: inanmaq ilə bilmək arasındakı fərq) həqiqətən də insanlara zərər verməmək şərti ilə həyatın dadını sonuna qədər çıxardardım. Təbii, bir də pis niyyətli və insanlara zərər vermək kimi bir qayğısı olmayan insanlar da çıxacaq.

O cür insanlar bu dünyada bir şeylər əldə etmək üçün əllərindən gələni edirlər. Hər cür pislik, hər cür azğınlıq, hər cür hiylə, cinayət kimi hərəkətləri bu insanlar edə bilər. Elə buna görə dinlər həqiqətən də insan üzərindəki ən yaxşı təmkin mexanizmidir.

ZoRRo_BaKu

Şərhlər:

  1. kuckuck dedi ki:

    insanlar olmurler ve yoxa cixmirlar ….. onlarin sadece cismi olur…. ruhu yashayir… h'yatin dadini cixarmaq ne demekdir???? Insan Allaha yaxin olsa olumen qorxmaz… olumu arzulayar ))) teshekkirler paylashdiqina gore

  2. merry-girl dedi ki:

    Duzdu insanlar olmurler dunyasini deyisirler o biri dunyada yasayirlar Tesekkur qaqas

  3. ASKO dedi ki:

    duz sohbetdi her clini sonu var nece ki bawlangici oldugu kimi tewkulerr

  4. Sweet_Love dedi ki:

    tewekkur ))

  5. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Tewekurler maraqli xeberdi

  6. ...::EMERALD::... dedi ki:

    ELİNE SAGLİK

  7. gulben dedi ki:

    yoxx insan olmurrr sadece cismi our ruhu iseeee yasayir

  8. _TaNeM_ dedi ki:

    Insan dogulur yawayir ve olur…beli twk…beyendim