sevg hekayesi

Bu hadisə Bakının bir kəndində 2003-ci ildə bir qızın başına gəlmişdir. Bir gün qız universitetdən çıxıb avtobus dayanacağında avtobusunu gözləyirmiş. Bərk yağış yağırdı. Qızın qarşısında bir maşın

dayandı. Çox səliqəli geyimdə gözəl bir oğlan maşından düşüb qıza yaxınlaşdı:
-Xanım qız.., Bərk yağış yağır. Gəlin oturun maşına sizi evinizə qədər aparım… Məndə tələbə olmuşam, yağışın altında o qədər avtobus gözləmişəmki…
Qız biraz düşündükdən sonra oğlanın səmimi sözlərinə inanıb maşına oturur… Yolda ordan-burdan söhbət edirlər… Bir birilərindən xoşları gəlir. Hətta telefon nömrələrini belə bir birinə verirlər. Qızı

evə düşürdən oğlan sağollaşıb gedir… Qızın oğlandan o qədər xoşu gəlmişdiki, hər dəqiqə onun zəngini gözləməyə başlayır. Hər zəngdə ümidlə telefon nömrəsinə baxır… Lakin hər dəfə də məyus

olur… Bir gün qız dözməyərək özü onun nömrəsini yığır. Bəlkə nömrəmi itirmişdir deyərək zəng edir.

Telefona bir qadın cavab verir. Ağlaya-ağlaya onun anası olduğunu söyləyərək oğlunun bir həftə

qabaq qəzada həlak olduğunu deyir. Qız dəhşətə gəlir. Ağlayır, sızlayır… Ünvanlarını öyrənib səhəri gün yasda iştirak etmək üçün ora yollanır. Yasda ürəyini ağlamaqla boşaltdıqdan sonra anasından

oğlu haqqında soruşmağa başlayır. Anası hər dəfə oğlanın həyatını… Onun vərdişlərini… Onun sevdiyi yeməklər barədə danışdıqca qızın gözlərindən yaş axır. Anasının dediyinə görə oğlu bir həftə

öncə axşamüstü qəzaya düşüb. Qız dəhşətə gəlir… Həmin gün!!! oğlanla görüşdükləri gün!!! Demək ki, oğlan evə qayıdarkən ölüb. Qız özünü günahlandırır. Kaş ki, o günü oğlanı evə qədər

gətirməzdi… Nəhayət evlərinə dönmək istəyəndə oğlanın anasından bir yadigar istəyir. Anası da qıza oğlanın həmin qəzada həlak olduğu zaman geydiyi köynəyi yadigar verir. Hətta köynəyin üstündə

qan ləkələri də qalmışdı. Qız köynəyi götürüb evə qayıdır.

Onu yuyub balışının altına qoyub oğlan barədə fikirləşərək yatır. Səhər duranda o qədə

 
 

r ağlamışdı ki, başı ağrıyırdı. Köynək yadına düşdü.

Balışını qaldıranda köynəyi qan içində gördü. Axı qızın yadında idi, dünən tər-təmiz yuyub qoymuşdu. Amma bəlkə də çox ağladıgından fikir verməmişdi. Ləkələri yəyqin getməyib. Yenə yuyub

qoydu. Səhəri yenə qanlar içində idi. Bu bir neçə gün belə davam etdi. Artıq bu sir onu narahat etməyə, qorxuzmağa başlamışdı. Burda nə isə var idi…
Nəhayət bir bilici qocanın yanına getməyə qərar verdi. Yaxın məhəllələrin birində çox agıllı qoca yaşarmış… Getdi və qocaya hər şeyi danışdı.
-Babacan, axi mən hər gün onu tər-təmiz yuyub qurulayıb qoyurdum… Necə ola bilər bu..? Burda nə isə bir sir var…
Qoca bir qədər düşünmüş və nəhayət diqqətlə qıza baxaraq söyləmiş…
-Ay mənim axmaq qızım, adi tozla qan ləkəsini çıxarmaq olarmı? Sən həm rəngli həm də ağ paltarlar üçün təzə çixan Ariel istifadə etməlisən!!!

KENAN_M

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cox esebleshdim duzu, demey bu zarafatdir((((((((,bu cur qemli bir hadiseden sonra belede shey olar((((((evvelni cox beyendim AMMA AXIRININ BELE OLMASINI HEC YERI YOX IDI!!!

  2. Badi_Seba dedi ki:

    3 saatdir oxuyuram deyirem gorum axirinda ne baw verecek…sen Allah bunun axirina baxee…oldim gulmekden.. xaxa
    maraqliydi tewekkur…

  3. KENAN_M dedi ki:

    bundan romantik ne olsun??

  4. Angelocka dedi ki:

    KENAN_M,
    Cox sagolun..Ellerinize sagliq..Amma axirini niye bele etmisiniz? Yoxsa bu xeberi bele tapmisiniz? Axiri hec xowuma gelmedi..Bawliqiq cox maraqli idi..Yenede sagolun..

  5. memi_ dedi ki:

    seviyye oz sozunu deyib menim nese yazmagima demek olar ki ehtiyac qalmayib,xebere gore cox sag ol

  6. KENAN_M dedi ki:

    MEMI NEYNEMILYDI GEREK DEYERDIKI VANISHLE YU????KIM YUYUCU TOZU BEYENMEYIBSE DEYISDIRE BILER