İbrətamiz hekayə

ƏSGƏR

Bir gün böyük alman sərkərdəsi Bissmark döyüşdə qəhrəmancasına vuruşmuş

əsgərlərdən birini yanına çağırıb deyir.

Bissmark: Əsgər döyüşdə göstərdiyin şücaətə görə bu Medalı

istəyirsən yoxsa 100 qızıl?

Əsgər: Medalın qiyməti nə qədərdir?

Bissmark: Hazırlanmasına üç qızıl xərclənib..

Əsgər: Elə isə bu medalı bir də 97 qızıl istərdim

.


BƏRBƏR

Adamın biri hər zamankı kimi saçını kəsdirmək üçün bərbərə getdi.

Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik

mövzular haqqında danışdılar. Birdən ALLAHLA əlaqədar mövzu

açıldı…

Bərbər: “Mən sənin söylədiyin kimi ALLAHIN varlığına inanmıram”.

Adam: “Yaxşı bəs niyə belə düşünürsən?”

Bərbər: “Bunu başa salmaq çox asandı. Bunu görmək üçün çölə çıx, ətrafa

bax. Mənə söylə, əgər ALLAH olsaydı, bu qədər çox xəstə insan olardımı

, tərk edilmiş uşaqlar olardımı?!.. ALLAH olsaydı, heç

kəs əziyyət çəkməzdi. ALLAH olsaydı, bunlar olmazdı…”

Adam bir an dayandı və düşündü, amma gərəksiz bir mövzuya

girmək istəmədiyi üçün cavab vermədi. Saçını kəsdirdikdən sonra

çıxdı. Tam o anda prospektdə uzun saçlı bir adam gördü.

Adam pinti görünürdü, saçı-saqqalı uzanmışdı.

Adam bərbərin dükanına geri gəldi.

Adam: “Bilirsənmi nə var, məncə bərbər deyə bir şey yoxdur”.

Bərbər: “Bu necə ola bilər ki? Mən buradayam, bərbərəm”.

Adam: “Yox, yoxdur, çünki olsaydı, prospektdə gedən saçlı

və saqqallı adamlar olmazdı”.

Bərbər: “Hmmm… Bərbər deyə bir şey var, amma onlar mənə

gəlmirlərsə, mən nə edə bilərəm ki?!..”

Adam: “çox doğrudur! Məsələ də burdadır! ALLAH insanlar ona getmirsə,

o nə edə bilər ki? Bax dünyada acı və kədər olmasının səbəbi də budur!”

ENDİRİM

Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki

bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan,

idman ayaqqabılarına rəğbət çox idi. Əslində mallar lüks sayılmazdı

amma, kiçik bir dükan üçün uyğun idi. Onların ən gözəlini ön tərəfə

qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir

qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə…

Adam ona bir daha nəzər saldı. üstündəki şalvarın sol qismi, dizinin

alt qismindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın

baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət

elə dayandı. Daldığı xülyadan çıxıb yola qoyulduğunda, adam

dükandan çölə atılıb:

– Balaca!… deyə səsləndi. Ayaqqabı almağı düşündünmü?

Bu ilki modellər bir möcüzədir!…

Uşaq, ona dönərək:

Heqiqeten cox gozeldiler!…deye tesebessum etdi.Amma

mənim bir qıçım doğuşdan əskikdir.

– Məncə əhəmiyyətli deyil!… deyə, atıldı adam. Bu dünyada tam

insan yoxdur ki!… Kiminin əli əskik, kiminin də qıçı, kiminin

də ağılı ya da imanı. Kiçik uşaq bir şey söyləmirdi. Adam

isə danışmağı davam etdirdi:

– Kaş ki imanımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.

Uşağın ağlı yaxşıca qarışmışdı. Bu səfər adama doğru yaxınlaşıb:

– Anlaya bilmədim!… dedi. Niyə elə olsun ki?

– çox sadə!… dedi, adam. Əgər imanımız yoxsa, cənnətə girə bilmərik.

Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orda bütün

əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə,

daha çox mükafat görəcəklər…

Kiçik uşaq, bir dəfə daha təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar,

yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:

– Baxdığın ayaqqabı, sənə yaraşar!… dedi. Sınamaq istərsənmi?

Uşaq, başını yanlara yelləyib:

– üzərində 30 manat yazır, dedi. Almağım mümkün deyil ki!…
– Endirim mövsümünü, sənin üçün bir az önə alaram!… dedi adam.

Bu halda 20 manata düşər. Onsuz da sən bir təkini alacaqsan, o da 10

manat edər.

Uşaq bir az düşünüb:

– Ayaqqabının digər təki işə yaramaz!… dedi. Onu kim alacaq ki?

– Amma uzatdın ha!… deyə güldü adam. Onu da, sağ ayağı əskik olan

bir uşağa sataram.

Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:

– üstəlik də şagirdsən deyilmi? deyə soruşdu.
– İkiyə gedirəm!… deyə atıldı uşaq. üçə keçdim sayılır.

– Lap yaxşı!… dedi adam. 5 manat da şagird endirimi etsək, geri qalar

5 manat. O da bazarlıq payı olar. Bu vəziyyətdə ayaqqabı sənindir,

satdım getdi!…

Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi.

İçəridəki rəflər, onun bəyəndiyi modelin eynisi ilə dolu idi. Amma adam,

vitrində olanı çıxartdı. Bir taburetka götürüb döndükdən sonra, uşağı

oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:

– Mənim satış əməliyyatım bitdi!… dedi. Sən də mənə, bunu

satsan məmnun olaram.


– Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq – onun dabanı deşilmək

üzrədir, köhnə bir ayaqqabı, pul edərmi?

– Sən çox cahil qalmısan ay yoldaş…. dedi, adam. Antikvar əşyalardan

xəbərin yoxdur hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul

məbləği edər. Bu yüzdən ayaqqabın, məncə ən az 30-40 manat edər.

Kiçik uşaq, ard-arda yaşadığı şokları, üzərindən ata bilmiş deyildi.

Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu.

Adamın, həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız pullara göz

gəzdirdikdən sonra, 10 manatlıq banknotu geri verərək:

– Mənə görə 20 manat bəsdir… dedi. Endirim mövsümünü başlatdınız axı!…

Adam onu qıra bilməyib pulu götürdü. Və bu vaxt yanağına bir

öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir

gündə satsa, belə bir xoşbəxtliyi tapa bilməzdi. Uşaq, yavaşca

yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə

təşəkkür edib:

– Atam haqlıymış!… dedi. Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac

yoxdur!… demişdi…

kuckuck

Şərhlər:

  1. ASKO dedi ki:

    tewkulerr maraqli didi minedtrram cox saq olll dostikkkk

  2. HeYaTiM dedi ki:

    LadyGirl,
    ASKO,

    sizinle raziyam gozel hekayeler idi

  3. merry-girl dedi ki:

    menali hekayelerdi ellerine sagliq

  4. yAgmurlar dedi ki:

    cox gozel ve ibretamiz hekayelerdir tewekkurler xeyal