Yaxşı ki, həyatımdan gec olmadan getdin..


Sonunun gəlməsindən qorxduğum romanın sonunu özüm gətirdim. Oxuyarkən suallarla başlayan, vergüllərlə davam edən, nöqtəsini isə özüm gətirdiyim əsər idin. Könül evimin ta başında durarkən indi isə səni o evin qapısının kəndarında görürəm. Ən yüksəkdə ikən ən aşağılara enməyi sən seçdin.

Bunu necə bacardın bilmirəm. Sən…bir zaman gəzdiyin torpaqda yeriyən mən. İndi isə o yerlərdə sürünən sən. Bir vaxtlar o gözlərdə ölüm belə şirin ikən, indi şirin olan həyatda mənasızdı. Düşünürəm də Sənmiydin məni incidən, yoxsa mənəm özümü incidən.

Sənmiydin məni həyatdan bezdirən, yoxsa mənmiydim mənasız həyatdan getmək üçün səni bəhanə edən. Sənmiydin mənə dünyanı ağ-qara görsədən, yoxsa mənmiydim rəngli dünyanı ağ-qara görən. Sənmiydin gündüzlərimi gecə eyləyən, yoxsa mənmiydim gecələri sevdiyim üçün gündüzləri görməyən. Bilmirəm sənmiydin, yoxsa mən, mənə hər şeydən əl üzdürən.
Amma çox sağ ol, sağ ol ki, sən içimdəki səni məndən də tez öldürdün. Və səndən son istəyim geriyə dönmə, mənim üçün ölmüsən bir daha ölmə. Ah bilirsən canım mənim böyük sevgim o sənlik deyil, sənin kimisini bağışlamaq buda mənlik deyil.

Sonda sən yoxluğunda var olan, varlığında unudulan biri idin. Yaxşı ki, həyatımdan gec olmadan getdin.

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. merry-girl dedi ki:

    Esl sevgi sevdiyini yari yolda buraxmaz gedenin axrasinca baxmazlar elaaaaaa ellerine sagliq

  2. su_perisi dedi ki:

    ellerine saqliq geden getmidir getdiyin gun bitmisdir

  3. ASKO dedi ki:

    maraqli ve gozel yazi ucun tewkulerr

  4. _TaNeM_ dedi ki:

    coooooooooooooooox xowuma geldi….

  5. mR_bAkiNec dedi ki:

    Getdim Gələrəm Problem No) Thanks

  6. ♥ReinE♥ dedi ki:

    Sitat: merry-girl
    Esl sevgi sevdiyini yari yolda buraxmaz gedenin axrasinca baxmazlar elaaaaaa ellerine sagliq


    Sonda sən yoxluğunda var olan, varlığında unudulan biri idin.

  7. kuckuck dedi ki:

    teshekkurler super yazi idi

  8. emo15 dedi ki:

    THANK YOU THANK YOU twk

  9. _Sia_ dedi ki:

    Derin menali kelmelerle yazilmis hekayedir.
    Gozel nitqiniz var.