Sene Son Sozum..

Acı çəkmənin sonu yox imiş anladım.
Yaran bir yerdə yenidən qanayır.
Yaralı olan haralarım varsa hamısı qışqırır acıyla “yardım et” deyə.
Heçbir şey edə bilmirəm. Əlim qolum bağlı.
Eyniylə ayrılığımıza mane ola bilmədiyim zamankı kimi.
Heçbir şey söyləmədən gedilməzdi amma əslində,
Sən getdin!
Bəlkə də bu idi doğru olan.
Bir şeylər söyləyib getsən nə dəyişəcəkdiki?
Son və mənasız bir neçə cümlə.
Olmadı, edə bilmədim ya da sənə layiq olmuram kimi acıma duz basacaq
bir neçə cümlə.
Yaxşı oldu.
Yaxşıki heçbir şey demədən getdin.
Beləcə daha dəyərli hiss etdim özümü.
Qıya bilmədi dedim.
Cəsarəti qırılsın istəmədi dedim.
Gozlərimə baxa-baxa gedə bilməzdi,
bəlkə fikrini dəyişib qalardı, qalinca da bacarmazdı dedim.
Bəlkə daha böyük anlaşılmazlıqlar, incikliklər yaşayardıq,
bəlkə də nifrət edərdik bir gün bir-birimizdən,
düşmən olardıq,
yaxşı oldu belə dedim.
Haqlı idi dedim.
Sevginin zirvədə olduğu bir anda çıxıb getdi,
sevgimiz heç bitməyəcək dedim.
Ovutdum özümü.
Dönməyin üçün ümid yığdım könlümdə.
Bir gün heçbir sey söyləmədən dönəcəksən deyə hər gün bir az daha umid etdim.
Xəyal edib yaşaya bilmədiyimiz minlərlə xəyalın həsrətiylə dönəcəksən bir gün mənə.
Birlikdə ağlaya bilmədik.
Qaça bilmədik əl-ələ sahillərdə.
İzləyə bilmədik günəşin doğuşunu, batışını.
Yağmurda islana bilmədik.
Birlikdə yata bilmədik, oyana bilmədik.
Elə çox şey edə bilmədik, elə əskik qaldıq ki həsrət doluyuq.
Yaşamaq kimi ölmək də səninlə olmalı.
Sənsiz yaşamağa məhkum etsən də məni,
sənsiz ölməyəcəyəm.
Heç olmazsa səninlə ölmək üçün gözləyirəm səni.
Bax, bunun üçün dönəcəksən bir gün geri…

Miss_KaPRizZ of_cAdI

Şərhlər:

  1. Sensiz_Qocaldim dedi ki:

    yazmaga soz tapmadim cry

  2. mR_bAkiNec dedi ki:

    BəH BəH ))

  3. ...::EMERALD::... dedi ki:

    ELLERİNE SAGLİK…

  4. hearts dedi ki:

    superdi.cox sagol

  5. Pestimist... dedi ki:

    Sensiz_Qocaldim,
    aynen this

  6. Gunes dedi ki:

    eladi tesekurler

  7. ASKO dedi ki:

    son szoleri hqeqiqeten ea idi tewkuler yer i var beyendim

  8. kuckuck dedi ki:

    Heç olmazsa səninlə ölmək üçün gözləyirəm səni.
    Bax, bunun üçün dönəcəksən bir gün geri…

    super idi teshekkurler

  9. _TaNeM_ dedi ki:

    Suuuper Suuuper Suuuper twk…

  10. merry-girl dedi ki:

    sON SOZU DEMEK İSTEMİREM QESENG SEİRDİ TESEKKUR

    sON SOZU DEMEK İSTEMİREM QESENG SEİRDİ TESEKKUR

  11. Zerishka dedi ki:

    Heç olmazsa səninlə ölmək üçün gözləyirəm səni.
    Bax, bunun üçün dönəcəksən bir gün geri…