Ayrılıqdan sonrakı 24 saat

Aşiq idin, gözlərin heç bir şey görmürdü? amma hər gözəl şey kimi o da bitdi.
Yaxşı, bəs indi? Budur, ayrılıqdan sonra edilməsi lazım olanlar…

7:00

Ağla


Kədəri gizləməyə çalış. Otağına bağlan, hətta yorğanın altında gizlən və ağlaya bildiyin qədər ağla. Ayrılma səbəbini anlamaq və məntiqli bir səbəb tapmaq üçün tamamilə duyğularının əsiri ol.

8:00

Əsəbiləş


Kifayət qədər ağladıqdan sonra, bir az daha sakit/sakin olub düşünməyə başlaya bilərsən. ”Bunu necə edər?”, ‘Bütün bunları haqq edəcək nə etdin ki?’ ‘Yalnız sevdin onu!’ ‘Onunsa bütün söylədikləri yalanmış!’ Göz yaşlarını boşaltdıqdan sonra sıra sinirini boşaltmaqda. Onun haqqındakı bütün mənfilikləri düşün və ona qız, əsəbiləş!

9:00

Baş şişir.


Yoldaşların oyanmışdır. Yatırsalar belə çox əhəmiyyətli deyil. Sən əzab çəkərkən, onların mışıl-mışıl yatmaqları lazım deyil. Ən yaxın yoldaşına zəng vur, olanları və özünü nə qədər pis hiss etdiyini izah et. Sənə mənəvi dəstək verməsini gözlə.

11:00

Şikayət et.


Anlayışsız ol və bunun dadını çıxar! Bu vəziyyətdə necə olsa kimsə üstünə gələ bilməz, səni daha çox üzə bilməz. Dərslərdən, qardaşından, suların kəsilməsindən, alınının ortasında çıxan sızanaqdan, hər şeydən şikayət et. İçinə atdıqlarını qus. Hazır bəhanən də var.

12:00

Alış-veriş
Yanına bir yoldaşını da götürüb ticarət mərkəzinin yolunu tut. Alver hər kəsi rahatlaşdırar. Alacağın kiçik bir qələm də olsa, əhvalını bir az olsun düzəldəcək.

14:00

Huşunu itir.


Küçədə gedən sevgililərə ah çəkərək bax. Birlikdə getməyi planladığınız film afişasının qarşısında donub qal. Onunla əlaqədar ağlında qalan son qırıntıları düşün. Təxirə salmadan düşün ki, bu vəziyyəti bir an əvvəl sovuşdurasan.

15:00

Mahnı oxu


Bir az hərəkətli mahnıar dinləməyə çalış. Cəld mahnılara ruhun ”xeyr” desə də, bədənin dözə bilməz, bir baxmısan ayaqların ritm tutdurmağa çalışır…

17:00

Özünə bax.


Aynanın qarşısına keçmək vaxtı gəldi. Bütün gecə yatmadığın və bütün səhər ağladığın üçün gözlərin qan çanağı kimi görür hə? Saç baş bir yerdə, belə olmaz! Canlan bir az, duşa gir, təmizlən, çıxınca qoxulu kremlərlə bədənini mükafatlandır. Onun üzündən özünü buraxmağına ehtiyac yoxdur, yalnız onu və onunla əlaqədar düşüncələri buraxmağın yetər!

18:00

Makiyaj et.


İndi sıra üzünə bir az rəng verməyə gəldi. Bir az ənlik, mükəmməl qıvrım kirpiklər, parlayan dodaqlar. İndi köhnə halına daha çox bənzəyir və daha gözəl görünürsən.

19:00

çölə çıx.


Artıq zəng çalan qarnını doyurmaq vaxtı gəldi. Yoldaşlarınla xoş məkanda özünə bir ziyafət et. Hətta bu yeməyi səni xoşlayan simpatik uşaqla belə yeyə bilərsən. Necə olsa artıq bunu səhv anlayacaq və qısqanacaq biri yoxdur.

21:00

Yat.


Bir stəkan süd içib tez yat. Dünən gecəki yuxusuzluğunu üzərindən atmaq lazımdır. çünki sabah yeni bir gün, yeni bir həyat səni gözləyir, baxaq nələr gətirəcək?

Sensiz_Qocaldim

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    sabah yeni bir gün, yeni bir həyat səni gözləyir, baxaq nələr gətirəcək? Tewekkur

  2. Sweet_Love dedi ki:

    ayriliqa nifret edirem cry

  3. Gunes dedi ki:

    tesekurler eziyete gore

  4. merry-girl dedi ki:

    tesekkur xebere gore

  5. _TaNeM_ dedi ki:

    Suuuuper cooox xowuma geldi…

  6. ASKO dedi ki:

    ela xeberdi tewkuler duzlukler var mence minedtrram

  7. Saka M-va dedi ki:

    Allax xe4kime ayriliq yawatmasin((( sac sac sac cry

  8. Pestimist... dedi ki:

    xebere gore tesekkurler

  9. su_perisi dedi ki:

    xm ayriliqdan sonraki ilk iw mence unutmaq olmalidir.

  10. Sensiz_Qocaldim dedi ki:

    Allah hec kime ayriliq qismet etmesin!

  11. ...::EMERALD::... dedi ki:

    Allah hec kime gostermesin…