Sevdiyiniz insana sevginizi hiss etdirin

Yoxsa,siz də “sevgilimi çox sevirəm,ancaq sevgimi göstərə bilmirəm”,-deyənlərdənsiniz?.Əgər belədirsə,oxumağa dəyər…
Sevgini artırmaq istəyirsinizsə,sevginizi sevdiyiniz adama hiss etdirməlisiniz.Çünki insan sevgisini hiss etdirdikcə bu,qarşı tərəfə də müsbət təsir göstərir və qarşı tərəfdə də sevginin artmasına səbəb olur.Üstəlik,bu “sevgi mebadiləsi” davam etdikcə münasibətiniz daha da möhkəmlənir.Təbii ki,burada münasibətiniz üçün yeganə amilin sevgi olduğunu demək olmaz.Münasibətlərinizdə sevgi nə qədər vacibdirsə,hörmət,etibar,sədaqət də bir o qədər vacibdir.

Elə isə sevgini necə hiss etdirmək olar? Hər şeydən əvvəl deyək ki,”mən ürəyimdə sevirəm” sözünü ağlınızdan çıxarmalısınız.Çünki sevdiyiniz insan sevginizi hiss edə bilmirsə,deməli,bu sevgiyə etimad da etməyəcək.Sevginizi hiss etdirmək üçün ən yaxşı yol sevdiyiniz adamı tanımaqdır.Bunun üçün əvvəlcə onun daha çox nədən xoşlandığını müəyyən etməlsiniz.Məsələn,bəziləri sevginin onlara şifahi ifadə edilməsini,bəziləri müəyyən vasitələrlə hiss etdirilməsini,bəziləri bu məsələdə hərəkətlərin əsas olduğunu ,bəziləri isə sevginin hədiyyələrlə büruzə verilməsini istəyə bilərlər.

Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı bir üsuldan istifadə edərək sevginizi hiss etdirə bilərsiniz.Təbii ki,bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız.Bu “sevgi mübadiləsi” get-gedə sevdiyiniz insanın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgidən kənarda qalmayacaq.Digər tərəfdən,bu ,münasibətinizdə olan atmosferə də müsbət təsir göstərəcək

MILAQROS

Şərhlər:

  1. R_O_S_H_K_A dedi ki:

    Chox Sag OL !!!Bunlarin Hamisini bilirem !!!))))))))))))

  2. MILAQROS dedi ki:

    Sitat: R_O_S_H_K_A
    Chox Sag OL !!!Bunlarin Hamisini bilirem !!!))))))))))))

    lap yaxshi teki bilesen,deymez

  3. MILAQROS dedi ki:

    Sitat: Lindsay_Lohan
    hm

    welcome uyda

  4. )(akker dedi ki:

    xebere gore tewekur

  5. MILAQROS dedi ki:

    )(akker,

    sen sagol

  6. Angelocka dedi ki:

    MILAQROS,
    Aaa super cox sagol meleyim coxxx maraqli idi bunlari bilmek..Irelide lazim olar mosking

  7. MILAQROS dedi ki:

    Angelocka,buyur

  8. Бакинка dedi ki:

    kor ko r gor gor bawa duwen ne disen bawa duwcey=) saol djanaa