Kokteylin tarixi

Heç kim kokteyllərin haradan yarandığını dəqiq bilmir. Amma xalqlar arasında üç əfsanə var ki, ola bilsin bunlardan biri həqiqətə söykənib.

1. Əfsanələrdən ən romantiki 1770-ci ilə təsadüf edir. Deyilənə görə həmin dövrdə Nyu-york yaxınlığında bir bar sahibinin sevimli xoruzu itir. Bar sahibinin gözəl bir qızı da olur. O, bütün ətrafa bəyan edir ki, kim onun xoruzunu tapıb gətirsə qızını ona ərə verəcək. Bir müddər keçdikdən sonra bir müfəttiş kişinin xoruzunu tapıb gətirir. Amma itdiyi dövrdə naməlum başına gələnlərə görə quyruğunu itirmiş bir halda gətirir. Bar sahibinin bütün bardakı insanlara gözlənilən toy barədə bəyan verməsindən başqa çıxış yolu qalmır. Bar sahibinin qızı da elə atasının yanında işləyirmiş və həyəcandan bütün içkiləri bir-birinə qatıb-qarışdırır. Bununla da cock tail ( xoruz quyruğu ) mənasını verən kokteyl sözü meydana gəlir.

2. Deyilənlərə görə artıq 15-ci əsrdə Fransada müxtəlif içkiləri bir-birinə qatıb içirlərmiş. Həmin spirtli içkilərin qarışığına da coquetelk ( kokteyl ) adını veriblərmiş. Bundan da kokteyl meydana gəlibmiş.

3. Deyilənə görə kokteyl ilk dəfə İngiltərədə yaranıb. Lakin kokteyl sözü at yarışı həvəskarlarının dilindən, lekasından doğuran kəlmədir. Belə ki, calaq atlar quyruqlarını xoruz kimi yellədiklərinə görə həmin atlara cock tail ( kokteyl ) adı verilmişdir. Səbəbi isə qanlarının calaq olub qarışıq qan olması imiş.

Elmi tədqiqatçıların araşdırmaları görə isə kokteylin meydana gəlməsi 19-cu əsrlə bağlıdır. Həmin dövrdə bu günümüzdə şırın tamı ilə seçilən və Gin adı ilə tanıdığımız kokteyl mövcud imiş.
Digər bütün kokteyllər isə ötən əsrin 20-30-cu illərinə təsadüf edir. Həmin vaxtlarda bu gün içdiyimiz kokteyllərin çoxu icad olunub.
Parisdə 1921-ci ildə Bloody Mary, 1924-cü ildə isə Side car adlı kokteyllər icad olundu. Sonradan digər ölkələrdə də artıq Gin Fizz, Americano, John Collins, Manhattan və başqa kokteyllər geniş yayılmağa başladı. Amerikanın ən məşhur kokteylləri isə Daiquiri və Cuba Libre hesab olunur.

Sensiz_Qocaldim

Şərhlər:

  1. Sensiz_Qocaldim dedi ki:

    kokteylin delisiyem sarcasti

  2. Miss_KaPRizZ of_cAdI dedi ki:

    hmm maraqli xeberdi tewekkur

  3. merry-girl dedi ki:

    MAAQLİDİ EZİYYETCUN TESEKKUR

  4. _TaNeM_ dedi ki:

    Melumat ucun twk…

  5. ASKO dedi ki:

    mraqli melumat idi tewkulerr bye bye

  6. Gunes dedi ki:

    tesekurler melumat ucun

  7. Pestimist... dedi ki:

    qarisiq koktele bayilirimmmmmmmmm

  8. ...::EMERALD::... dedi ki:

    MELUMATA GORE SAG OL

  9. mR_bAkiNec dedi ki:

    Maraqlı Tşk