Səni nə qədər sevdiyimi biləydin kaş…

Səni nə qədər sevdiyimi biləydin kaş...

Ağır bir roman idi yoxluğun.
Yavaş-yavaş öyrəşmişdi ruhum…
Vaxt erkən idi, çox idi. Keçmək bilmirdi zaman…
İztirab müzəffər ədasıyla dolanırdı içimdə.
üzərində dayandığım torpaq belə qana doymuşdu…

Səni nə qədər sevdiyimi biləydin kaş...

Bir tək köhnəlmiş gözyaşılarımın yaş izləri qalmışdı üzümdə.
Gözümdə zülmət üstünə zülmət…
Həyat isə mənasız hərflərin ağrılı mənalarla görüşdüyü cümlələrlə dolu idi.
Həmişə pis səslər, insafsız pıçıltılar gəlirdi qulağıma.

Səni nə qədər sevdiyimi biləydin kaş...

Nə vaxt qalxsam yerimdən, səni axtarsam, itirdim.
Tellərə, tikanlara ilişirdi ruhum.
Bədənim qırğılara yem olurdu.
Bilərək və gedərək azalırdım.
Gedərək daha çox istəyirdim ölümü.
Hər gün eyni dua içində tükənib bitirdim.

Səni nə qədər sevdiyimi biləydin kaş...

Geri dönülməz bir yoxluğa təslim olduğum bir qaranlıq andı səni gördüyüm.

Tanış olmayan hisslərlə tərləmişdi ruhum.
Sonra günəş doğulmuşdu qərbdən, hər şey rənginə qovuşmuşdu.
Mən sənə qovuşmamışdım.
Bütün çirkin rənglər silinmişdi gözümdən, xatirələrimdən ağrıdan xatirələr getmişdi bir anda.

Səni nə qədər sevdiyimi biləydin kaş...

Və əllərimə toxundun o an.
Qanayan, yaralı və keçmişin çirkli izlərini saxlayan əllərimə…
üzümə baxıb, bizdən əvvəl yazılmış qədərimə ağladın və oxumağa başladın gələcəyi gözlərimdə.
Anladım və susdum cümlələrinin bitməsini.
Hər sözündə çoxaldı xoşbəxtliyim, hər səsində bir addım yüksəldim göyə.
Dünyanın ən gözəl ləfzini eşidənə qədər çıxışım ərşə doğru və
“Səni sevirəm” dediyin an yıxıldı mənliyim, qürurum yox oldu.
Alaşağı düşdüm yerin sənə ən yaxın üzünə.

Səni nə qədər sevdiyimi biləydin kaş...

Buraxdım əllərinə qədərimi və əllərinə sarıldım ümidlə.
“Məni buraxma” deyə yalvardım içimdə.
Eşitmiş kimi baxdın üzümə, öpdün gözlərimdən.
O an ağladım ilk dəfə.
Sanki quruyan göz mənbələrim yaşıllaşdı, ürəyimdə cücərən ümidlərlə birlikdə.
O an ilk dəfə xoşbəxtlikdən ağladım.
Hər damlasında “səni sevirəm” deyə qışqırdım.
Süzüldüm üzümdən səssizcə, düşdüm ürəyinə.
“Səni sevirəm” deyə deyə…

mR_bAkiNec

Şərhlər:

  1. hearts dedi ki:

    ela yazidi.cox sagol>

  2. ZoRRo_BaKu dedi ki:

    pis gundedi

  3. Pestimist... dedi ki:

    xebere gore tesekkurler

  4. sevinc ADU dedi ki:

    superdi sag olun… yerivar

  5. Sweet_Love dedi ki:

    Ağır bir roman idi yoxluğun.
    Yavaş-yavaş öyrəşmişdi ruhum…

    twk

  6. ...::EMERALD::... dedi ki:

    ELLERİNE SAGLİK

  7. Optimist... dedi ki:

    super yazidi tesekkurler

  8. su_perisi dedi ki:

    maraqli idi dosi ellerive saqliq

  9. Pestimist... dedi ki:

    superrrrrrrrrrrrr

  10. merry-girl dedi ki:

    coxxx gozellldi cox beyendimmm

  11. Gunes dedi ki:

    maraqli ve gozel yazidi

  12. YaZ_YaGmuRu dedi ki:

    yo yaxwisan)suppa halaldi

  13. mR_bAkiNec dedi ki:

    LadyGirl,
    Xahişiniz qəbul olunmuşdu )
    YaZ_YaGmuRu,
    Uşaq olarsan)

  14. ASKO dedi ki:

    sekillerle yazi superr cox gozel dizayndi quruib xeber tewkulerr beyendim

  15. _Sia_ dedi ki:

    Gozel dusunceniz var.