Dünyadan maraqlı faktlar

8 əkiz uşaq doğaraq super anaya çevrildi..
14 – Uşaqlı ana pul qazanmağın ən asan yolunu tapıb..

Amerikada 6 uşaq anası Nadya Süleyman tanımadığı birinin sperması ilə süni şəkildə yenidən hamilə qaldı və nə az, nə çox – düz səkkiz uşaq dünyaya gətirdi.
Altıuşaqlı bir ananı süni şəkildə yenidən hamilə vəziyyətinə gətirən klinika əməkdaşları tənqid atəşinə tutulduğu bir vaxtda, 14 uşaqlı ana körpələrini doyuzdurmaq üçün internetdə sayt yaradaraq, istifadəçilərdən pul toplamağa başlayıb.
Doğumdan 8 gün əvvəl çəkdirdiyi fotoların yayımlanması üçün Süleymanın nə qədər pul aldığıda sirr olaraq
saxlanılır. Heç vaxt işləməyən, dövlətdən uşaqları üçün aldığı pulla normal həyat tərzi sürən qəhrəman ana uşaqpullarının sayını beləcə, artırmış oldu.
Yeddi il boyunca süni döllənmə ilə ana olmaq istəyən Nadya əvvəlcə 6, sonradan isə 8 əkiz uşaq doğaraq super anaya çevrildi. Səkkizlərin bu günə kimi atalarıyla görüşmədiyini bildirən bu xanım indi doğru zaman olduğunu açıqlayıb.

Dünyadan maraqlı faktlar

Amerikalı “kişi” ikinci uşağını doğdu..

O, özünü dünyaya gətirdiyi uşaqların atası sayır.
Cinsiyyətini dəyişdikdən sonra kişiyə çevrilən Tomas Beati ikinci dəfə “ana” oldu.
Bu dəfə o, oğlan uşağını dünyaya gətirib. “Beverli-Hills” klinikasının həkimi Liza Masterson
bildirib ki, belə şəxslər cinsiyyətlərini dəyişsələr belə, dünyaya uşaq gətirə bilərlər: “çünki
onlarda qadınlarda olduğu kimi, daxilində uşaq doğma orqanları var”.
35 yaşlı Tomas Beati hamilə şəkillərinin yayılmasından sonra məşhurlaşıb. 2008-ci ildə ilk
körpəsini (qız) doğan Tomas onu Syuzan adlandırıb.
Daha sonra noyabr ayında da ikinci dəfə hamilə qaldığını öyrənib. O bildirib ki, ilk
doğuşdan sonra kişi hormonlarının qəbul edilməsini bərpa etməyib və bu səbəbdən də
yenidən uşağa qalıb: “Mən digər qadınlardan onunla fərqlənirəm ki, uşağımı döşümlə
əmizdirmirəm. Amma müasir dövrdə bir çox qadınlar bunu etmirlər.”
35 yaşlı Tomas Beati cinsiyyətini dəyişdirdikdən sonra Nensi adlı qadınla evlənib.
Və onlar özlərini heteroseksual ailə hesab edirlər: “Mən öz uşağımın atasıyam”.

Dünyadan maraqlı faktlar

11 Yaşlı uşaq universitet bitirdi..


Istedadlı uşaq çox gözəl piano çalmaqla
yanaşı, Şərq döyüşləri üzrə onlarla medalın sahibi olub.
1998-ci il təvəllüdlü Moşe Kay Kavalin özündən yaşca xeyli böyük tələbəlrlə
birlikdə Las-Veqas Universitetinin astronomiya-fizika şöbəsinin məzunu olub.
üstəlik o, bu günə kimi universiteti ən yüksək balla bitirən tələbə kimi tarixə düşüb.
Moşe 1 yaşında hərfləri öyrənib, 3 yaşında oxuyub-yazıb, 8 yaşında isə universitetə
qəbul olub. Hətta universiteti 3 ildə bitirməyə müvəffəq olub.
Dahi uşaq yaşıdlarından fərqli olaraq boş vaxtlarında kompüter arxasında və s. oturmur.
Onun ən böyük xəyalı məşhur film ulduzu olmaqdır. çox yaxşı piano çalmağı bacaran
Moşe yaxınlarda konsert verməyi və həyatına dair kitab yazmağı da düşünür.

Optimist...

Şərhlər:

  1. merry-girl dedi ki:

    mraqlidi eziyyete gore tesekkur

  2. YaZ_YaGmuRu dedi ki:

    oxumuwdum maraqlidi tewekkur

  3. SEBERT dedi ki:

    heqiqetende maraqlidi super tewekkurler

  4. ...::EMERALD::... dedi ki:

    COX SAG OL DOSİ

  5. sevinc ADU dedi ki:

    thank you maraql melumatlar idi wekil

  6. _TaNeM_ dedi ki:

    Maragli xeberlerdi…

    Maragli melumatdi

  7. kuckuck dedi ki:

    cox maraqlidi… goresen evlenmeyi nece yashinda planlashdirir bu 221 yashli ushaq… ushaqliqdan qocaldi o….

  8. _Aynur_ dedi ki:

    Maraqli faktlardi tewekkur…

  9. BEACH dedi ki:

    Dehsetdi Dunyanin axiridi

  10. Miss_KaPRizZ of_cAdI dedi ki:

    vay vayy delirmiw bunlar

  11. ASKO dedi ki:

    Birinci xeber lap meni dehsete getirdi ha coox maraqli xeberdir eziyyete gore thank you

  12. Pestimist... dedi ki:

    tesekkurler…

  13. Sweet_Love dedi ki:

    11 yawli uwaq lap cox maraqli geldi mene ) uwaq olasan bele maraqli xeber ucun cox saqol