Yalnız `Sən` sev məni, ey, Rəbbim..

Yalnız `Sən` sev məni..
Rəhman və rəhimli olan Sən!

Bütün dərdlərə, ağrılara dərmansan Sən ..
Dərdliyəm, dərman dilənənəm mən ..

Qarşılıqsız min bir nemət verən Sən`dən, xəcalətlə əfv diləyən, mən`i sevməndir diləyim..

Səcdəyə başlayınca dinclik tapan mən, əfvi sonsuz olan Sən`dən bağışlanma diləyirəm….

Hər şeyi yoxdan, var edənsən Sən .. Bezmədən etdiyimiz günahları, bağışlayansan Sən..

Hər şeyi bilən, görən, bacaransan Sən ..
Var olan, tək gerçək, haqqsan Sən..
Varlığı açıq-aşkar dəlillərlə zahir olansan Sən..

Günahını, gözyaşıyla yuyanam Mən ..
Eşqimə qibləsən, `tək sevdamsan` deyənəm mən..
Ey Tanrım dostluğuna möhtac bir qulam Mən..

Zindanım olan yalan dünyada, qəlbi `sevdana həsrət` qalmışam Mən ..

Elm və qüdrətinlə, hər şeyə şahidsən Sən ..
Eşqimə şahid ol, yolunda şəhid olsam Mən ..

Hər şeyə hökm edən, hakimsən Sən, nə olar hökm et ürəyimə..

ürəyimdəki eşqinin düşməni olan şeytan və onun yoldaşlarından Sən`ə sığınaram Mən….

Zəngin olan, zəngin edənsən Sən ..
İnşallah ki, sevginin, eşqinin zəngini olum Mən ..

Bəndəni çox sevən, ən sevimlisən Sən ..
Sevgindən bəslənib, nəfəs alan, meftununam Mən..

Heç kim sevməsin Məni ..
Yetər ki Sən sev Məni..

hearts

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    ALLAH razı olsun

  2. merry-girl dedi ki:

    GOZEL YAZIDI ELLERINE SAGLIQ

  3. YaZ_YaGmuRu dedi ki:

    sagol eladi Allah razi olsun

  4. kuckuck dedi ki:

    supeeeeeeeeeeer ellerin derd gormesin…. Allah sevsin seni ..

    Elm və qüdrətinlə, hər şeyə şahidsən Sən ..
    Eşqimə şahid ol, yolunda şəhid olsam Mən ..

  5. _TaNeM_ dedi ki:

    coooooooox beyendim super super super

  6. Pestimist... dedi ki:

    ALLAH cumlemizden razi olsun

  7. venera7 dedi ki:

    chox gozel, Allah razi olsun

  8. ASKO dedi ki:

    ALLAH razi olsun ela xeberid xosuma geldi beyendim tewkulerr

  9. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…