313 Nəfərdən biri olmaq eşqi

313 nəfər səhabə

Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o Həzrətin zühuru zamanında 313 nəfər səhabənin Kə`bə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif tə᾽birli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (ə.c.) onların intizarı ilə yaşayır. Onlar, əsrin imamı ilə bey᾽ət edən ilk insanlardır. Həmin məqamda həzrət Mehdinin (ə.c.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzündə o həzrət tərəfindən tə᾽yin olunmuş hakimlər olacaqlar.
Bu yerdə mətləbin daha maraqlı olması üçün bir İslam tədqiqatçısının apardığı dialoqdan istifadə edək.

Tədqiqatçı:

–Həzrət Mehdinin (ə.c.) 313 nəfər əshabı haqqında olan hədisi nəql etməyinizi xahiş edərdim.
–Əvvəla deyim ki, bu barədə olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. Rəvayətlərə baxsaq görərik ki, 313 nəfər haqqında onlarla hədis nəql edilmişdir. Bu, onlar barədə danışılanların haqq olmasına bir dəlildir. Keçək nümunə ayələrə:

«Hud» surəsinin səkkizinci ayəsində belə buyurulur:

«Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: «Ey kaş, sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı. Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim.»

İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:

«Bu ayədəki «qüvvət» kələməsindən məqsəd, həzrət Mehdi (ə.c.), «rükni-şədid» kələməsindən məqsəd isə, o Həzrətin 313 nəfər əshabıdır.»

Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:

«O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır.»
–313 nəfərin sayı hələ düzəlməyibdir ki, İmam zühur etsin?
–Onlar rəvayətlərə əsasən, bir sıra xüsusiyyətlərə malikdir. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək aydın olar ki, analar hələ belə oğullar doğmayıbdır.

–Məgər onlar hansı xüsusiyyətlərə malikdirlər?

–Məsələn, imam Səccad (ə) buyurur:

«İmam Mehdi (ə.c.) Məkkə şəhərində ətrafına cəmləşmiş böyük bir cəmiyyət qarşısında özünü təqdim edərkən və xalqı ona birləşməyə də᾽vət edərkən, bir qrup Həzrəti qətlə yetirmək üçün irəli çıxacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (ə.c.) onların təhlükəsindən qoruyacaq və onların qarşısını alacaq.»
Bir çox rəvayətlərdə onların tə᾽rifi haqqında belə qeyd olunmuşdur: «Allah-taala onları, payız buludlarının parçaları kimi, Məkkə şəhərində bir yerə toplayacaq (yə᾽ni, onlar yüksək sür᾽ətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki, Həzrət Mehdini (ə.c.) Kufə minbərinin üzərində 313 nəfər dostları ətrafında toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanlara hakimdirlər.»

Bu hədisə əsasən, bu 313 nəfər kamil şücaət və elmi cəhətdən elə bir səviyyədə malik olmalıdırlar ki, əgər yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.

Tədqiqatçı:

-Həqiqətən də yer üzündə hələ bu cür xüsusiyyətlərə malik olan 313 nəfər şəxs yoxdur. Gərək, müxtəlif sahələrdə dərin və geniş şərait əmələ gəlsin ki, dünya Həzrət Mehdinin (ə.c.) zühuruna hazır olsun. Peyğəmbərlərin öz müqəddəs hədəflərini inkişaf etdirməkdə şücaətli və agah dostlara ehtiyacları olduğu kimi, Həzrət Mehdinin (ə.c.) də bu cür dostlara ehtiyacı vardır. İstərdim ki, 313 nəfərin xüsusiyyətləri haqqında daha geniş bəhs edəsiniz.

–«Bəqərə» surəsinin 148-ci ayəsində oxuyuruq:
«Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq.»

İmam Sadiq (ə) bu ayəni oxuduqdan sonra buyurdu:

«Bu ayədə Həzrət Mehdinin (ə.c.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (surədə buyurulan) «ümməti-mə᾽dudə»dən məqsəd hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payızın bulud parçaları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar.»

Onların xüsusiyyətlərindən bir neçəsini sadalayaq:

–Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (ə.c.) Məkkə şəhərindən beş-altı kilometr kənarda dayanıb, 313 nəfərin gəlişini gözləyəcək ki, onlarla birlikdə Kə`bə evinin ətrafına gəlsin. 313 nəfər Həzrət Mehdi (ə.c.) ilə bey᾽ət edən ilk insanlardır.

–Onlar həzrət Mehdinin (ə.c.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq.

Necə ki, İmam Səccad (ə) buyurmuşdur:

«Sanki həzrət Mehdini (ə.c.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allahın Rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə onlar həlak olurlar.»

ASKO

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZİ OLSUN DOSİ

  2. ASKO dedi ki:

    reylere gore thank you minedtrram dostlar

  3. Gunes dedi ki:

    Allah razi olsun

  4. Sweet_Love dedi ki:

    Allah razi olsun……!

  5. MURAD_X dedi ki:
    ..ALLAH RAZI OLSUN..
  6. Pestimist... dedi ki:

    ALLAH razi olsun

  7. hearts dedi ki:

    ALLAH RAZI OLSUN

  8. kuckuck dedi ki:

    teshekkur ……

  9. mR_bAkiNec dedi ki:

    Sagol xebere gore yaxwidi

  10. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…