(Quran)-Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir

Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir

Qur`an İslam Peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir.
Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axığı olması və yetiriciliyi cəhətindən deyil,
həqiqətdə müxtəlif cəhətlərdən Qur`ani-kərim möcüzə sayılır
(Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).

Maraqlıdır ki, heç kəs, Qur`an kimi bir kitab yarada bilməmişdir.
Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır.
14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Qur`an kimi bir
kitab yaratmağa qadir deyildirlər. halbuki, Qur`an 14 əsrə yaxındır ki,
bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır.

İsra surəsi, 88-ci ayədə buyurulur:
“De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Qur`anın tayını (mislini)
gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.”

Yaxud başqa bir ayədə buyurulur:
“Öz bəndəmizə nazil etdiyimiz Qur`ana şübhə edirsinizsə, siz də buna bənzər
bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan sahiblərinizi də, çağırın!”
(Bəqərə, 23)

Biz etiqadlıyıq ki, Qur`ani-kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə,
bəşərin istedadı yüksəldikcə Qur`ani-kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır.

İmam Sadiq (ə) buyurur:
“Allah-təala Qur`anı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir.
Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin)
yanında qiyamət gününədək daha da, təravətlidir!”
(“Biharül-ənvar”, c. 2, s. 280, hədis 44)

Pestimist...

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    Allah Razi Olsun ))

  2. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun!!!

  3. HeYaTiM dedi ki:

    Maraqli xeberdi cox saq ol …Allah razi olsun

  4. Arabesk Rap dedi ki:

    Allah razi olsun

  5. ASKO dedi ki:

    Allah razi olsun gozel xebe rucun tewkulerr men oxuyuram Quran ALLAH hamiya qismet elesin Amin

  6. merry-girl dedi ki:

    Allah razi olsun

  7. Pestimist... dedi ki:

    kuckuck,
    menim gozlerim uste

  8. kuckuck dedi ki:

    Allah razi olsun…. bele xeberlerden tez-tez yaz

  9. MURAD_X dedi ki:

    ALLAH RAZI OLSUN..

  10. mR_bAkiNec dedi ki:

    Tewekkur…

  11. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…