Körpənin sağlamlığı üçün əsas amillər

GiGiYENA
Uşaq bezlərini hər 3 saatdan bir dəyişmək lazımdır. Hər yumada uşaq sabunlarından istifadə edin. Bezi dəyişdikdən sonra onu sabunsuz yumaq və ya nəm salfetlə silmək də olar. Bezi geyindirməzdən qabaq körpənin yanına mütləq xüsusi krem çəkin.

DIRNAQLARIN KƏSİLMƏSİ
Vaxtında doğulan körpələrin hamısının əl – ayaqlarında uzun, elastik və yumşaq dırnaqlar olur. Onları kəsmək üçün xüsusi qayçıdan istifadə etməlisiniz. Qabaqcadan qayçını spirtlə yaxşıca silmək lazımdır.

GÖBƏYƏ QULLUQ
1 ay ərzində, ana uşağa qulluq edərkən göbəyin vəziyyətinə diqqət yetirməlidir. Bir qayda olaraq, göbək qapanmış, təmiz və quru olmalıdır. Doğulduqdan sonra 7 – 8 gün ərzində, amma artıq olmayaraq, göbəkdən ifrazat gələ bilər.
Birinci ay gündə 2 dəfə səhər və axşam göbəyə qulluq etmək lazımdır. Göbəyə qulluğa başlamamazdan qabaq əllərinizi tərtəmiz yumalı, pambıq çubuqları, 3% – li peroksid – hidrogen və “zelenka” adlı spirt məhlulu hazırlamalısınız. Bir əlinizlə göbəyin kənarlarını ehtiyatla elə ayırın ki, dibi görünsün. Birinci mərhələdə göbəyi peroksid – hidrogen məhlulunda isladılmlş pambıq çubuqla – çox ehtiyatla, körpənin zərif dərisinə zərər yetirmədən – silirsiniz. Sonra məhlulun qalıqlarını quru pambıq çubuğu ilə təmizləyirsiniz. Sonda yaşıl spirtlə (“zelenka”) göbəyi silib proseduru bitirirsiniz. Yaşıl spirtdən istifadə edərkən körpənin qarnını bulaşdırmayın. Bu, iltihab olarsa, qarın ətrafı dərinin rəngini seçə bilməniz üçündür. İltihab zamanı (omfalit) dərinin bu sahəsi qızarır.

GÖZLƏRİN YUYULMASI
Körpənin gözlərini səhərlər qaynadılmış suda isladılmış steril pambıq tamponu vasitəsilə təmizləmək lazımdır. Hər göz üçün ayrı tampon olmalıdır. Ehtiyatla gicgahdan burun tərəfə hərəkət edərək körpənin gözlərini silin.

BURNUN TƏMİZLƏNMƏSİ
Əgər körpənin burnunda qabıq varsa, 1 – 2 damcı fizioloji məhluldan burnuna damcıladaraq pambıq vasitəsilə təmizləyin.

GEYİM
Hər bir ananı körpəni necə geyindirmək sualı düşündürür: görəsən, düz geyindirirəm, ona soyuq olmaz ki? Görəsən, uşağı bələyim, yoxsa azad geyimdə saxlayım?
Bələmək məsələsi individualdır. Əgər körpə sakitdirsə, o, özünü kombinezonda çox gözəl hiss edəcək. Narahat körpə isə bələkdə daha rahat yatacaq. Bu zaman onu möhkəm bələmək lazım deyil.
Əgər otağın istiliyi 22 C, körpəyə bodi, üstündən də kombinezon geyindirmək olar. Körpəni çimizdirəndən sonra, 20 – 30 dəqiqəlik başına ləçək bağlayın. Yatarkən üstünə yüngül yun şal salmaq lazımdır.

hearts

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    cox saol Dosi )

  2. _TaNeM_ dedi ki:

    Hmm Vaxtinda lazim olacaq

  3. HeYaTiM dedi ki:

    Maraqli xeberdi cox saq ol …

  4. Hilary Duff dedi ki:

    TEWEKKURLER

  5. ASKO dedi ki:

    xeber ucun thank you saoll dosiiii

  6. merry-girl dedi ki:

    eziyyetcun tesekkur

  7. Pestimist... dedi ki:

    xebere gore minnetdaram

  8. kuckuck dedi ki:

    teshekkurler….. bunlari men bilirdim…))))

  9. MURAD_X dedi ki:

    Lazimli xeberdir..

  10. Optimist... dedi ki:

    sekildeki usaq ne sirindi? bu arada xeber de maraqlidi tesekkurler

  11. mR_bAkiNec dedi ki:
    Sagol yaxwidi )
  12. Sweet_Love dedi ki:

    tewekkurler………