Avropa donur

Bu həftə ərzində Avropada şaxtalı havadan ölənlərin sayı artıq 250 nəfəri ötüb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, şaxtalı hava Avropada həyatı iflic edib.
Belə ki, Rumıniyada 24 nəfər soyuq havanın qurbanı olub. Burada havanın tempraturu -34 dərəcəyə düşüb. Şiddətli şaxta üzündən Rumıniyanın Konstansa sahillərində Qara dəniz tamamilə donub. Hətta iş o yerə çatıb ki, insanlar donmuş dənizin üstü ilə hərəkət edir.

Şaxtalı hava Ukraynanı da çıxılmaz vəziyyətə salıb. Burada 122 nəfər soyuqdan donaraq ölüb. Ölkədə addımbaşı donmuş insan cəsədlərinə rast gəlmək olur. Gərəkli tədbirlər görməməkdə günahlandırılan Ukraynanın fövqəladə hallar naziri Viktor Boloqa soyuqdan qorunmaq üçün çoxlu idman etməyi məsləhət görüb. “Səhər tezdən oyanın, idman edin və işləyin. Səhər 8-10 km qaçın və soyuq su ilə yuyunun”.

Polşada isə 27 dərəcə şaxta qeydə alınıb. Burada soyuqdan ölənlərin sayı 45 nəfərə çatıb.
Sibirdə isə güclü qar yağışından 11 min kəndli evlərində köməksiz vəziyyətdə qalıb.
Almaniyanın cənubunda rekord drəcədə şaxta müşahidə olunub. Burada havanın tempraturu -27,3 dərəcəyə düşüb.

İtaliyanın paytaxtı Romaya isə son 27 ilin ən şiddətli qarı yağıb. Burada 5 nəfər donaraq ölüb.

Qonşu Türkiyədə də soyuq və qarlı hava şəraiti davam edir. Ölkənin Balıkəsir bölgəsində 355 kəndin yolu tamamilə bağlanıb və kəndlər təcrid olunub. Yerli hakimiyyət vətəndaşlara müraciət edərək ehtiyatlı olmağa, xüsusilə kömür sobaları və elektriklə diqqətli davranmağa çağırıb. Ölkənin Zonquldağ bölgəsində isə son 30 ilin ən soyuq havası, mənfi 13 dərəcə şaxta qeydə alınıb. Ölkənin əsas şəhərlərində qarlı və şaxtalı hava nəqliyyatın hərəkətini çətinləşdirib.

Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur
Avropa donur

mR_bAkiNec

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    Vay Vay Allah Ozu Komek Olsun Inwallah Xebere Gore TwKr

  2. Sweet_Love dedi ki:

    Allah ozu onlara komek etsin….

  3. _TaNeM_ dedi ki:

    ne coxdu ama superdi

  4. HeYaTiM dedi ki:

    vay vay Liviyaya da qar yagdi dehwettttttt

  5. BEACH dedi ki:

    Burda da o soyuqlar ozunu biruze verir tek Avropada deyil

  6. mR_bAkiNec dedi ki:

    ASKO,
    Qaqaş o mümkünsüzdür )) Qiyamətə onsuzda hamı gedəcək Gec Ya Tez Hava qarda olsa yağışda olsa istidə olsa bunun fərqi yoxdu….Sən "Dünyanın Sonu" Deyə bilərsən onuda deyə bilmərsən tək biri bilir… "ALLAH" İ Vse….Mənim xəbərlərimdə belə mövzulardan açma.."QAR"-ı da yeri göyü yaradan,yaradıb…Hər yaratdığında bir xeyr var…

  7. SENSIZ HEYAT dedi ki:

    uyda bu nedi bizde hele yaxshidi

  8. ASKO dedi ki:

    Qiyametin elametlerindedir tewkulerr xeber ucun Allah haminin komeyi olsun soyuq coox pisdi e

  9. Ninaska dedi ki:

    girl_impossible vaaay yajiiixlaaaaar nece qar yagib bakiya belesi yagsa dewet olar ee hele bele qara doze bilmirik mosking
    pencere

  10. merry-girl dedi ki:

    axxxxxx bu qarrr qarrrrrrrr

  11. Pestimist... dedi ki:

    vah zavallilar

  12. kuckuck dedi ki:

    Allah komeyimiz olasun… AMIN!

  13. MURAD_X dedi ki:

    VAY VAY VAY.. bu qar bakida olsa olacig AFRIKANSKI TAYFALARDAN qaz olmuyacag, isiq olmuyacag sular donacag ve s.