Bu Gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov`un Doğum Günüdür!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də
Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
1994-2005-ci illərdə Əliabad kənd orta məktəbində təhsil alıb.
2005-ci ildə Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə hərbi xidmətə başlayıb. 2007-ci ildə hərbi xidməti başa vurandan sonra bir müddət mülki işlərdə işləyib.
2009-cu ilin avqustunda öz arzusu ilə yenidən hərbi xidmətə gedib.
2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində İbrahimov əməliyyat zamanı 1 kilometrlik neytral məsafəni (minalanmış sahəni) tək keçib, düşmənin əsgər və zabitini məhv edib.
19 iyun 2010-cu il tarixində Ermənistan hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub.
Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib.
İbrahimovun meyiti ötən il noyabrın 6-da Azərbaycana təhvil verilib, noyabrın 7-də II Fəxri xiyabanda dəfn olunub.
Yenilənib:
Allah qeni qeni rehmet elesinnn Amin!!!!
Şəhidlər ölməz..!Məkanın Cənnət Olsun
Allah rehmet elesin….
ALLAH rehmet elsin xebere gore tewkulerr
ALLAH rehmet elesin
Allah Rehmat Etsin Mezari cennet olsun…
Allah rehbet elesin …
Allah Rehmet Elesin!
Allah Rehmet elesin! (((
ALLAH REHMET ELESIN..
Allah rəhmət eləsin