Həkim məsləhəti olmadan pəhriz saxlamaq, dərman qəbul etmək təhlükəlidir

“Ekspress” qəzeti yazır ki, gün ərzində bizi arıqlamağa çağıran onlarla reklamla rastlaşırıq. Arıqlamağa və pəhrizlərə, artıq çəkidən azad olmaq üçün plastik əməliyyatlara həsr olunan məqalələr, verilişlər də tükənmək bilmir. Psixoloqların fikrincə, bütün bu amillər əsasən də xanımlarda arıqlamaq istəyini yaradır. Bəzən isə bu istək patoloji xarakter alır.
Ortayaşlı Solmaz Tağıyevanın sözlərinə görə, 13 yaşlı qızı həddindən artıq arıqlayıb. “Qorxuram ki, səhhətində ciddi problemlər yaranar. 160 sm boyu olan qızımın çəkisi 75 kq-dan 55-ə düşüb. O isə bununla kifayətlənmir. Daha da arıqlamaq istədiyini bildirib”, – deyən ana qızının bütün gün, demək olar ki, heç nə yemədiyini bildirir. Dediyinə görə, qızının tez-tez başı hərlənir: “Onu həkimə aparmaq istəyirəm. O isə razı olmur”.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, artıq çəki xarici görünüşü pozmaqla yanaşı, bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eləcə də artıq çəkidən əziyyət çəkənlər depressiyaya tez-tez məruz qalırlar. Piylənmə şəxsi həyatda və işdə də problemlər yaradır. “Bunun üçün də insanların artıq çəkidən azad olmaq istəyi təbiidir. Lakin bu istək heç də həmişə yaxşı nəticələnmir və çoxları düzgün saxlanılmayan dietaların, uğursuz plastik əməliyyatların qurbanına çevrilirlər”.
Psixoloq bildirib ki, arıqlamaq dəbinin dalınca yeniyetmələr daha çox qaçırlar. “Buna həm televiziya verilişlərində təbliğ olunan gözəllik etalonları, artıq çəkidən azad olmağa həsr olunan reklamlar, həm də həmyaşıdlarının onları lağa qoymağı səbəb olur. çox vaxt məktəbdə artıq çəkidən əziyyət çəkənlər gülüş hədəfinə çevrilirlər. Əgər yeniyetmə həqiqətən də piylənmədən əziyyət çəkirsə, bununla mübarizə aparmaq lazımdır. Yaxşı olar ki, bu zaman valideynlər mütəxəssis köməyindən istifadə etsinlər. çünki bəzi hallarda arıqlamaq istəyi o həddə çatır ki, anoreksiya kimi xəstəliyə də səbəb olur”.

Yeniyetmələrdə psixoloji problemlərin artdığını deyən A.Qurbanovanın sözlərinə görə, valideynlər bu dövrdə uşaqlarına qarşı daha diqqətli olmalıdırlar. “Əgər uşağınızın getdikcə daha çox arıqladığını, buna baxmayaraq yenə də arıqlamaq istədiyini müşahidə edirsinizsə, ehtiyatlı olun. Ola bilsin ki, onda anoreksiyanın əlamətləri özünü göstərməyə başlayır. Anoreksiya zamanı xəstə çox zəiflədiyindən idmanla da az məşğul olmalıdır. ümumiyyətlə, bu halda həkimə müraciət etmək lazımdır. İdman hərəkətləri də həkim tərəfindən tövsiyə olunmalı və tədricən xəstənin səhhəti müsbətə doğru dəyişdikcə çoxaldılmalıdır. Təmiz havada olmaq, parka, təbiət qoynuna getmək də yaxşı nəticə verə bilər”.

Müsahibim bildirib ki, anoreksiya düzgün qidalanmadıqda yaranan psixoloji xəstəlikdir. “Bu zaman xəstələrdə patoloji arıqlamaq istəyi müşahidə olunur. Anoreksiya xəstəliyinə tutulan xəstələr piylənmədən çox qorxurlar. Xəstə arıq olduğu halda da yanlış olaraq özünü kök təsəvvür edir. çəkisi artmadığı halda da ona elə gəlir ki, getdikcə kökəlir. Belə adamlara öz rəsmlərini çəkməyi təklif edəndə kök bir obraz təsvir edirlər. Onlarda kökəlməyə, artıq çəkiyə nifrət hissi müşahidə olunur”.
Həmsöhbətimin dediyinə görə, adətən bu xəstəlikdən əziyyət çəkənlər arıqlamağa çalışırlar. “Bunun üçün müxtəlif yollara əl atırlar. Belə xəstələr arasında ən geniş yayılan arıqlamaq üsulu dieta saxlamaqdır. Anoreksiyanın qurbanı çox az qida qəbul edərək özünü arıqladır. çox vaxt belə adam az qida qəbul etmək üçün ayaqüstü və tələ qidalanır. Getdikcə xəstə iştahasını itirir. üstəlik, pəhriz ilə yanaşı, fiziki məşğələlərlə də həddindən artıq çox məşğul olmağa başlayır. Anoreksiyalılar mədənin yuyulması, qida qəbulundan sonra süni qusma nəticəsində də özlərini arıqlatmağa müvəffəq olurlar. Ən təhlükəlisi isə həkim göstərişi və nəzarəti olmadan arıqlamaq üçün xüsusi həblərin qəbul edilməsidir. Belə həbləri qəbul etmədən əvvəl mütləq həkimə müraciət etmək lazımdır”.

Sensiz_Qocaldim

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:

    saol dosim ellerive saglik

  2. MURAD_X dedi ki:
    bunu hami bilir, amma, hec kim emel etmir.. twk
  3. Ninaska dedi ki:

    hee…
    xebercun twkk twk

  4. _TaNeM_ dedi ki:

    Ellerine sagliq twk….

  5. Pestimist... dedi ki:

    twk twk twk minnetdaram

  6. ASKO dedi ki:

    saoooll dosi maraqli ve deyerli melumat ucun bye bye

  7. Yeni urek dedi ki:

    Tewekkur ederim.cok guzel olmuw.elleriniz dert gormesin inwallah. twk

  8. YaZ_YaGmuRu dedi ki:

    ))sagol xebere gore men hekimler qulagima doul)

  9. _Aynur_ dedi ki:

    Tewekkurler…

  10. mR_bAkiNec dedi ki:

    Tewekkurler