“Mini yubka”nın tarixi

1959-cu ilin yanvarında gənc ingilis dizayneri Meri Kuantın ağlına cox maraqlı bir fikir gəldi.
Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb fikirləşdi:
“Bu cür ətəyi niyə öz kolleksiyama daxil etməyim?”

Bu vaxtdan podiumlarda yeni bir tendensiya yarandı, qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başladılar.

Yenilik bazara da yeni müvəffəqiyyət gətirdi. Kolleksiyanın buraxıldığı ildə “qısaldılmış modeldə” 200 mindən çox ətək satıldı.
Kuant bu uğura sadə izahat verdi: “Mən vulqarlığa pərəstiş edirəm”.
Ona görə də milyonlarla qadın mənim ideyamı qəbul etdi. Məncə, mini ətəyin yaranması qadınlara 2 qat cazibədarlıq bəxş etdi”.

Meri Kuant bele qeyd etmişdir: “Qadının dizləri necə görünürsə, onun o qədər yaşı var”. Alimlərin fikrinə görə, soyuq havada mini ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır.

Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellulitin yaranmasına səbəb olur.

Amma el arasında yayılan bir fikir də var ki, “gözəllik qurban tələb edir”.

hearts

Şərhlər:

  1. HeYaTiM dedi ki:
    maraqli idi mini geyinmeyi sevirem
  2. _TaNeM_ dedi ki:

    Tewekkur beyendim…

  3. mR_bAkiNec dedi ki:

    Sağol lap yaxşı

  4. Pestimist... dedi ki:

    xanimlar ucun)

  5. ZakonLubvi dedi ki:

    men xowdayiram telefon

  6. Sweet_Love dedi ki:

    ____________

    twk