İbrətamiz hekayə

Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:
-Nə edim, mənə məsləhət verin. Mən həmişə hamıya kömək etməyə,heç kimi
incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq
əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər.
Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.
Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:
-çılpaq soyun, şəhərin küçələrini belə gəz.
-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.
Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:
-Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.
Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?
Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.
Sənin qəlbin güzgü kimi əks etdirir.
Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.
Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır.
Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.
-Bəs mən nə edim?
-Gedək, mən sənə öz bağımı göstərim.
Müdrik adam qızı bağa apararaq dedi:
-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm.
Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm.
Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.
Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç.
Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, kimi sənin
xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir.

Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır:
zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə.

ASKO

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:
    Allah Razi Olsun ))) Qardaw ))
  2. CooL_Man dedi ki:

    Xəbərə görə twk

  3. Pî§KøpÂT dedi ki:

    cox sagol dostik

  4. kilipton dedi ki:

    sag ollllllllllllllluuuuuunnnnnnn cox yaxsidi

  5. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun Minetdaram…

  6. HeYaTiM dedi ki:

    Allah Razi Olsun

  7. Sweet_Love dedi ki:

    Allah razi olsun cox maraqli idi

  8. Ninaska dedi ki:

    Allah Razi Olsun !

  9. ASKO dedi ki:

    erler gore thank you ZoRRo_BaKu,
    sende saq ol qardaw

  10. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…