Sevgi – ölümsüzlük məktəbinin məzunu olmaqdır…

Sevgi – Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi – Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi – Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi, – Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi – Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi – Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi.
Sevgi – Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı.
Sevgi – Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir.
Sevgi – Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı.
Sevgi – Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.
Sevgi – Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi.
Sevgi – Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı.
Sevgi – Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir.
Sevgi – Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi. çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir.
Sevgi – Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
Sevgi – Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.
Sevgi – Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir.
Sevgi – Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.
Sevgi – Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər…
Sevgi – şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.
Sevgi – ölümsüzlük məktəbinin məzunu olmaqdır…

ASKO

Şərhlər:

  1. ASKO dedi ki:

    Reylere gore indiden tewkulrlerrr cox saq olun dosiler

  2. s_y_a_m_a dedi ki:

    Sevgi – Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi, – Atəş qarşısına İMAN çıxartmaqdı.

  3. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun…Cox beyendim…

  4. Slatkaya dedi ki:

    Cox sag ol dosi ela idi

  5. _Sia_ dedi ki:

    Sevgi – Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
    Sevgi – Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi, – Atəş qarşısına İMAN çıxartmaqdı.
    Sevgi – şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.
    Sevgi – ölümsüzlük məktəbinin məzunu olmaqdır…

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…