İki gəncin görünməmiş sevgi hekayəsi

İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi
İki gəncin görünməmiş sevgi hekayəsi

23 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun işğal altındakı Papravənd kəndindəndir. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Tərtər rayonunun Küçərli kəndində yaşayır. Yaşının azlığına baxmayaraq, dünyanın hər üzünü görüb. Yaşadığı ağrı-acıya baxmayaraq, onu dünyanın xoşbəxt insanı hesab etmək olar. çünki o, həyatda ən qiymətli olan bir şeyi, sarsılmaz, haqqında əfsanələr yarada biləcək məhəbbətini tapıb.

3 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kəndinə, xalasigilə qonaq gedən Abdulla burada qonşuluqda yaşayan Nərgiz adlı qızı görür və aşiq olur. Elə həmin gündən də 2 gənc arasında yalnız filmlərdə rastlaşa biləcəyimiz “Sevgi hekayəsi”başlayır.

Nərgizi görmək bəhanəsiylə tez-tez xalasıgilə qonaq gedən Abdulla səfərlərindən birində otlaq sahəsindəki heyvanları gətirərkən özü də bilmədən minalanmış sahəyə girir.

“Atı çəkdim, at gəlmədi, bir az çəkdim, gördüm gəlmir, üzüm ata tərəf idi. At dayanmışdı. Demək ki, at hiss edirmiş ki, ayağının altında mina var. Atı bir də çəkəndə ayağını qaldırdı, ondan sonrası yadımda deyil”, söyləyən Abdulla Qurbanov həyatda sağlamlığını itirsə də, həyatından da qiymətli olan sevgisini itirmir.

Minaya düşüb üzü parçalansa, gözləri tutulsa da sevgilisi onu atmır

Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən Abdullanın üzü tamamilə parçalanıb. Cərrahiyyə əməliyyatlarından sonra üzü qismən bərpa olunsa da, o gündən Abdulla dünya işığına məhrum qalıb. Ancaq çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürməyib. Əvvəl tərəddüt etsə də, xəstəxanadan çıxdıqdan bir müddət sonra Nərgizi axtarmaq qərarına gəlib.

“Nərgizi tapanda o mənə dedi ki, səni minaya düşməmişdən qabaq sevmişəm, indi mənə sənin necə olmağın lazım deyil. Mənə sənin üzün yox, təmiz ürəyin lazımdır. Əsas üz, göz deyil, əsas təmiz ürək, təmiz sevgi, təmiz məhəbbətdir”, – deyə Abdulla Qurbanov bildirdi.

Özünün dediyinə görə, bu, həyatında ən xoşbəxt günüdür. Sevgilisi “Hə” desə də, dəfələrlə Nərgizgilin qapısını döyən valideynləri “Yox” cavabı alıb.

Elçilərin gətirdiyi “Bəd xəbər”dən ən çox sarsılan Nərgiz olub. Valideynlərinin inadının qırılmadığını görən Nərgiz günlərin birində Abdullaya zəng edərək, gəlib onu aparmasını istəyib. O gündən Nərgiz valideynlərini, doğmalarını bir daha görməyib.

Artıq bu sevginin bəhrəsi də var. 6 ay əvvəl onların 1 oğlu dünyaya gəlib. Adını Ömər qoyublar. İndi Nərgiz Abdullanın ailəsilə birlikdə Bərdə-Ağdam yolunun kənarında, palçıq və qarğıdan tikilən 2 otaqlı komada yaşayır. Onlar bütün çətinliklərə dözməyə hazır olduqlarını deyirlər. çünki sevərək və sevilərək yaşayırlar.

mR_bAkiNec

Şərhlər:

  1. ZoRRo_BaKu dedi ki:
    ay da super vxeber ucun saolunuz )

    ay esl sevgi bu du(((

  2. Yasaksin_kalbime dedi ki:

    cox gozel hekayedi.esl sevgi budu

  3. s_y_a_m_a dedi ki:

    cox maraqli ve ibretamiz hekayedi

  4. new girl dedi ki:

    cooox gozel xeberdi tewekkur

  5. Pî§KøpÂT dedi ki:

    tewekkurler

  6. _TaNeM_ dedi ki:

    Uzuydum empathy Coxsagoy dosi

  7. HeYaTiM dedi ki:

    he bunu gormuwdum ureyim agridi ee(

  8. mR_bAkiNec dedi ki:

    BəyənənLər SağoLSuNLaR…((

  9. Sweet_Love dedi ki:

    Bax esl sevgi buna diyerem ))

  10. Ninaska dedi ki:

    supeer xeber twk girl_cray ama oglanin uzune gore pis oldum

  11. ASKO dedi ki:

    gozel xeber ucun thank you bye bye beyendim

  12. Angel-Feride dedi ki:

    Ay Allah kovreldim ee,Allah onlari xosbext etsin,sevgileri de daimi olsun insallah…….