Xoca / Xocalı Soyqırımına həsr olunmuş film
ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin bu günlərdə ölkə ekranlarına çıxacaq, Xocalı soyqırımından bəhs edən “Xoca” bədii filmi artıq nümayiş üçün hazırdır.
Premyerası fevralın 26-a nəzərdə tutulan filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdə arxası məqamlarını ön plana çəkib.
Filmin hazırlıq və çəkiliş prosesi 2010-cu ildən başlamışdı.
Təkcə onu qeyd edək ki, filmin çəkilişlərinə 2000-ə yaxın insan cəlb edilib. Kütləvi səhnələri və döyüş epizodlarının geniş yer aldığı “Xoca” bədii filmi müasir kinematqorafın ən son nailiyyətləri əsasında lentə alınıb.
QISA MƏZMUNU:
İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda – Xocalıya qayıdır.
Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir…
Ssenari müəllifi: Vahid Naxış
Quruluşçu rejissor: Vahid Mustafayev
Baş prodüser: Mir Şahin
Prodüser: Eyyub Danişvər
Bəstəkar: Yaşar Baxış
Səs rejissoru: Məsud Behnam
Yenilənib:
mezmunu tesirlidi yqini gozel film olar
Ugurlar Yarawar ((
gorsem, baxacam..
Tewkurlerr gozel xeber ucun hemde tesirli inwaallah qismet olsa baxariq
tesekkurler mezmunu maraqlıdı
Tewekkur…inaniram yaxwi olacaq…
Tewekkurler…
bizim millet hele indi ayilir
TSK …..
gorsem bexacam… 100% baxacam
thanks