Heç bir zaman böyüməyəcəyini göstərən 5 işarə
Kişi yoldaşınız uşaqca bir ruhamı sahibdir?
Qadınlar ərköyün olmağı, yaşlarından kiçik davranmağı və uşaqlaşmağı sevərlər. Hətta bəzən uşaqca danışmağa da çalışarlar. (Təbii kişilər bu vəziyyətdən nifrət edər!) Qadınlar hər nə qədər ərköyün davranışlar sərgiləsə də kişilərin hər şeyə gülməsinə, uşaqca davranmasına dözə bilməzlər. Təəssüf ki, bəziləri heç böyümür.
Kişilərin heç böyümədiyini göstərən 5 işarə:
Əyləncələrdən ayrıla bilmir?
Hamımız çölə çıxıb əylənməyi sevirik. Ancaq kişi yoldaşınız 30 yaşını keçmiş və dörd gündə bir çölə çıxmağa davam edir, səhərə qədər yoldaşlarıyla içirsə bir problem var deməkdir. Böyümək ictimai ətrafdan və ya ictimailəşməkdən uzaqlaşmaq mənasına gəlmir. Sağlam bir həyat tərziylə əylənməyi birləşdirməyi öyrənmək mənasına gəlir. Yəni məsuliyyət sahibi olmaq… “10 il əvvəl necə davranırsa indi də elə davranır” deyirsinizsə. Bu uşaq xarakterinin heç dəyişməyəcəyini göstərir.
Bunun nəyi pis deyirsizinsə; siz məsuliyyətlərin çərçivəsində ev-iş arası məşğul olarkən, o əylənməyə istiqamətli planlar edəcək. Heç bir ciddi işin altına girməyəcək. Buna görə yolun əvvəlindəykən geri dönün!
Keçmişi və ya gələcəyi düşünmürmü?
Yaşadığımız anın dəyərini bilmək əhəmiyyətlidir, amma sabahı planlamaq məcburiyyətindəyik. Gənckən yaşamaq daha asandır; məktəb illərində rahatca pul qazanar, pul qazanarkən də əylənərik. Lakin böyüməyə başlayınca bir addım atmaq məcburiyyətində qalırıq. Şəxsiyyət mövzusunda da, kariyera mövzusunda da “qızıl” addımlar atmaq lazımdır. Qarşısına hədəflər qoymayan insan , yetkinliyi rədd edən adamdır.
Harası pis deyirsinizsə; özünü daha yaxşı mövqedə görməyi arzulamayan biri üçün zaman itirmiş olacaqsınız.
Oyunlar hobbilərinin təməlini meydana gətirir
Oyunlar kişilər arasında məşhur bir əyləncə formasıdır. Lakin bəzi kişilər bunu şişirdib həyatının və sizin üzərinizdə tuta bilir! Ətrafda çox yetkin və oyun asılısı kişi var. Ancaq bu vəziyyət səyahət etmənin, səyyahın və ictimailəşmənin qabağına kəçirsə “dayan” deməlisiniz! Onun hobbiləri xarakteri haqqında məlumat verər. Bütün dünyası oyun səviyyələrini keçmək üçün səy sərf etməkdən ibarətsə uzaq durun!
Harası pis deyirsinizsə; bir müddət sonra danışa bilməz hala gələcəksiniz. Hətta onu çölə çıxmağa razı salmaqda da çətinlik çəkəcəksiniz. Belə bir əlaqə də sizi sıxacaq!
Yalnız özünümü düşünür?
İnsan biri üçün əhəmiyyətli olduğunu hiss etmək və ya birinin özünü əhəmiyyətli hiss etdirməsini istər. Sevgili kişi yoldaşınız davamlı özünü düşünürsə bu zaman içərisində sizi köhnəltməyə başlar. çünki bu tiplər eqoistdir, həyatlarının mərkəz nöqtələri özləridir, özləri üçün hərəkət edərlər.
Harası pis deyirsinizsə; həyatını öz doğruları və mənfəətləri üzərinə qurmuş bir kişi özünüzü dəyərsiz hiss etmənizi təmin edər.
Hələ də öz ailəsi ilə birgə yaşayır?
Yetkin amma hələ ailəsiylə eyni evdəmi yaşayır? Əgər elədirsə, həmişə uşaq olaraq qalmağı istəyir deməkdir. Ailəsindən uzaq qaldığı zamanlarda edə bilməyib, geri dönmək istəyirsə; heç bir zaman öz ayaqları üstündə dayana bilməyəcək.
Harasımı pisdir?! Hər an ailəsinə bağlı, onlarsız ayaqda dayana bilməyən bir kişi necə evinin rəisi ola bilər ki!
Yenilənib:
Maraqliydi tewekkur
xebercun twkkk
Maraqli xxeber ucun thank you
Maragli xeberdi xowuma geldi tewekkur…
xowuma geldi gozel xeberdi
TESEKUR
ela xeberdir..
Xəbərə görə təşəkkür!