Allah

ALLAH.

Bu bahar ömrümə bir sazaq düşüb,
Qışmı yaşayıram,baharmı Allah?
Ayrıldıq araya bir ocaq düşüb,
Mənmi alışıram,o yarmı Allah?

Özüm öz içimdə əriyən mənəm,
Ağlayıb,sızlayıb,göynəyən mənəm,
Min yükü çiynimə götürən mənəm,
Haqmı daşıyıram,nahaqmı Allah?

Səhərin dan yeri açılan deyil,
Yoluma bir işıq saçılan deyil,
Yazılan yazılıb pozulan deyil,
Ağmı yaşayıra,qaramı Allah?

Elə bir yerdəyəm gəl apar mən,
Tikansız bir güləm dər qopar məni,
Haraya getsəmdə dərd tapar məni,
Dərdmi xoşlayıram,vüqarmı Allah?

Həsrətin əlindən əldən düşmüşəm,
Ağızdan düşmüşəm,dildən düşmüşəm,
Deyəsən mən yerə göydən düşmüşəm,
Düzmü danışıram,yalanmı Allah?

ASKO

Şərhlər:

  1. MURAD_X dedi ki:

    ALLAH RAZI OLSUN.. twk

  2. ELIK28 dedi ki:

    ALLAH RAZI OLSUN

  3. .::Miss Sladka::. dedi ki:

    Allah razi olsun cox xowuma geldi

  4. kilipton dedi ki:

    zordu ellerine saliq

  5. Sweet_Love dedi ki:

    Elaaaaaaaaaaaaa applause

  6. _TaNeM_ dedi ki:

    Allah Razi Olsun!!!

  7. gulben dedi ki:

    ASKO,
    kim yazib?

  8. ASKO dedi ki:

    siz saq olun dosiler minedtrram

  9. Slatkaya dedi ki:

    super elaaaaaaaa cox sag ol dosi

  10. ASKO dedi ki:

    Reyeler gore thank you

  11. SEBERT dedi ki:

    tesekkurler super seirdi

  12. KiSS Me dedi ki:
    suuupa tesekkurler
  13. HeYaTiM dedi ki:
    super seir beyendim tesekkurler
  14. gulben dedi ki:

    coooooooxxxxx maraqliydi……..ALLAH razi olsun………….

  15. Ninaska dedi ki:

    Allah Razi olsun!
    cox sagol

  16. CooL_Man dedi ki:

    Super. Cox sağ olun!

  17. Miss_KaPRizZ of_cAdI dedi ki:

    Allah razi olsun gozel weirdi

  18. _Sia_ dedi ki:

    Deyerli kelmelerle yazilmis seirdir.

    Heqiqeten de gozel nitqiniz ve dusunceniz var.