Bizi birləşdirən dəyər

Nöqtə – cümləni bitirmək üçün işlədilən durğu işarəsidir. Bunu unutmayaq ki, nöqtə kiçikdir amma cümlə bitirir. Bəzi insanlar nöqtə olmaq istərlər. Bitirməyi, son sözü deyib getməyi sevərlər. Nöqtələr adi bir durğu işarəsi deyil əslində. Onların da dili var, onlar da danışar.. Bəzən bir sözdən, cümlədən də çox şey ifadə edər anlayana..
Sözlər bitdiyində nöqtə qoyulur. Bəzən bu nöqtəni qoymaq olduqca çətin gəlir insana. Bir şeyi bitirmək kimi.. Bəzən də bu nöqtənin qoyulması insanı rahatladır, ona digər cümlələr qurmaqda köməkçi olur. Nöqtə sondur.

Vergül – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir. Belə insanlar bitirməzlər. Dedikləri sözlərin davamın gəlməsini istərlər. Bitdi deyərlər amma bitirməzlər, ümid edərlər. Vergül nəfəsi göstərir bizə. Yazının biraz durub nəfəs almasıdır. Vergül olmadan yazı oksigensiz qalar. Hər şey qarışıb bir anlamsızlığa varar. Nəfəs almayan insan öldüyü kimi, vergül olmadan yazının mənası, ruhu ölür. Buna görə də ən önəmli həyat damarlarındandır vergül yazının.

Sual – sual vermək məqsədi ilə işlədilən durğu işarəsidir. Özlərini sual kimi gömək istəyən insanlar isə hər zaman tərəddüd edərlər. Hər şeyə inamsız yanaşarlar.

Nida – nida cümlələrində daha çox istifadə olunar. Bu tip insanlar daha çox əmr verməyi sevərlər. İnsanları asılı etməyi sevərlər.

P.S: Bəs siz özünüzü hansı durğu işarəsi kimi görmək istərdiniz?

HeYaTiM

Şərhlər:

  1. Miss_KaPRizZ of_cAdI dedi ki:

    men nida hm yada noqte

  2. _TaNeM_ dedi ki:

    Mem nida yada noqte…twk

  3. gulben dedi ki:

    coxxxx saqolun NIDa

  4. Slatkaya dedi ki:

    xebere gore twk NOKTE

  5. ASKO dedi ki:

    Gozel ve maraqli xeberdi beyendim men noqteeeee

  6. KiSS Me dedi ki:

    HeYaTiM,

    superrrrrrrrrrrrrrrrr xeberdi

  7. HeYaTiM dedi ki:

    beyendiyinize sevindim

  8. Ninaska dedi ki:

    nida nokte girl_cool
    xebercunde twkk twk

  9. CooL_Man dedi ki:

    "Dırnaq" işarəsi – Xüsusi olmağı göstərər…

  10. Sweet_Love dedi ki:

    indi sual kimiyem )) ne olmaq isterdim bilmirem

    tewekkurler …