Ermənilər Bakıya gəlməkdən qorxur

“Eurovision 2012”-də iştirak edəcək 43 ölkədən 25-i artıq təmsilçisini seçib. Modern.az saytı xəbər verir ki, bu ölkələrdən 19-u təmsilçisi ilə yanaşı, müsabiqədəki mahnısını da müəyyənləşdirib. Təmsilçisini və Bakı səhnəsində ifa olunacaq mahnısını seçən ölkələr sırasında Albaniya, Kipr, Danimarka, Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya, Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna, Almaniya və Fransa var. Yalnız təmsilçilərini müəyyənləşdirən ölkələr isə Azərbaycan, Belarus, Serbiya, İtaliya, İspaniya və Belçikadır.

Bir neçə ölkə fevralın sonlarında və mart ayında öz təmsilçini, eləcə də “Eurovision-2012” mahnısını seçəcəklərini açıqlayıb.

Avstriya və İrlandiya fevralın 24-də, Finlandiya 25-də Niderland, Sloveniya fevralın 26-da, Bolqarıstan, Makedoniya isə fevralın 29-da təmsilçilərini müəyyən edəcək.

Martın 1-də Slovakiya, 3-də Estoniya, İspaniya, Litva, martın 7-də Rusiya, 10-da İsveç, Portuqaliya, Moldova, Rumıniya “Eurovision-2012” təmsilçi və mahnısının seçimi üçün Milli Final konserti keçirəcəklərini açıqlayıblar.

Ermənistanın isə 20-dən çox müğənnisi bu ilin may ayında Bakıda keçiriləcək mahnı yarışmasında iştirakdan imtinaya çağıran bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, onlar Bakıda keçiriləcək beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edirlər:

“Azərbaycan erməninin qanını axıtmaq üçün istənilən vasitədən istifadə edəcək. Açıq şəkildə bəyan edirik ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakla bağlı bizə ciddi təhlükə var. Biz erməniləri kütləvi surətdə çapıb-talayan ölkədə mahnı oxumaqdan imtina edirik”.

Bəyanat müəllifləri Ermənistanın İctimai Televiziyasını “Eurovision-2012”yə iştirakçısı göndərməkdən imtina etməyə çağırıblar

ELIK28

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Biz onları çapıb talayırıq onlar bizi??? aze

  2. ELIK28 dedi ki:

    ASKO,
    BUYUR XOSDU

  3. ELIK28 dedi ki:

    serhlerecun tesekur

  4. Sweet_Love dedi ki:

    qorxmamiw ne edecekler e ))

  5. gulben dedi ki:

    Ninaska,
    heee ninis vallahhhhhhhh. bash

  6. Slatkaya dedi ki:

    qorxaqlar qoy ele qorxsunlar qoxmalari yaxwidi dance2

  7. .::Miss Sladka::. dedi ki:

    bele qorxarsuz))

  8. ASKO dedi ki:

    Ehh nese soz deyerdim e ermenilere duxlari catir gelsin gelib gorub……gedecekler saq ol xeber ucun

  9. Pokemon dedi ki:

    maraqlidi goresen Ermenistanda Eurovison kecirilse bizimkiler geder??))) happy

  10. KiSS Me dedi ki:

    bele de olmali idi ))))

  11. HeYaTiM dedi ki:

    hele onlar bizden cox qorxacaqlar xa xa

  12. Miss_KaPRizZ of_cAdI dedi ki:

    kul bawuvuza

  13. Ninaska dedi ki:

    xaxa qorxaxlaar sizdende bunu gozdurduk ele xaxa

  14. _SAFURA_ dedi ki:

    qorxaqlar shock