Sən bir sözsən
Sən bir sözsən..
Boğazımda düyümlənib qalar oldun..
Boğdu məni qəhər,kədər..
Bir söz qədər yaxın ikən,
Bir söz qədər uzaq oldun..
Gözlərimdən damla-damla axar oldun..
Sənsizlikdən cayır-cayır yanan qəlbə..
Sən ruh oldun,həyat oldun..
“Bitdi”– deyib duran yerdə
“Davam” oldun,
Sən yol oldun..
Mələkmisən,şeytanmısan bilməz oldum..
Gülərmisən,ağlarmısan duymaz oldum..
Yollarına baxa-baxa mən kor oldum..
Mələyim ol,gül üzümə,aç gözümü..
Bu dünyada səndən başqa görməz oldum..
Sən..
Kimsən axı söylə mənə,
Kimsən mənim həyatımda ?!
Gecələri yuxularda,
Gündüzləri xəyalımda yaşar oldun.
Sinəmdə çırpınan ürək..
Damarımda qanım oldun..
Xəbərin var ? – Sən,Mən oldun…
Yenilənib: Noyabr 30, -0001
superrr twk
TSK
Super
twk
Bir sozle suuuuuuper dosi twk…
Qardawim bax neye desen and iceremki gorduyum en gozel sevgi xeberlerindendir Cahana yazacam baxaq ne deyir coooox saq ol qardawim superrrrr
twkk
super tesekkurler