Namazin Əhəmiyyəti və namazı tərk etmək

NAMAZIN ƏHƏMİYYƏTI

Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.” [Məryəm, 31]

İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.
Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.” [İbrahim, 37]

Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.” [Bihar, c.81]
Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı. [Nəhcül-bəlağə, 237. hikmət]

Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər. [Vəsail, c.3, səh.13]
Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.

Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.” [Hud, 114]

NAMAZI TƏRK ETMƏK

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” [Müdəssir, 42]

Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.” [Maun, 4-5]

Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” [Muhəccətul-bəyza, c.1, səh.301]
“Namazın tərki İslamla küfr arasında sərhəddir.” [Nəhcül-fəsahə, 1098. cümlə]

MURAD_X

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Xəbərə görə təşəkkürlər!

  2. KiSS Me dedi ki:

    Allah razi olsun

  3. HeYaTiM dedi ki:

    tesekkurler gozel ve deyerli xeber idi

  4. ASKO dedi ki:

    tewkurrler gozel xeber ucun

  5. Sweet_Love dedi ki:

    Allah razi olsun. . . .!!!!!!

  6. ...::EMERALD::... dedi ki:

    ALLAH HAMIYA QISMET ELESIN

  7. Slatkaya dedi ki:

    ALLAH razi olsun xeyal

  8. .::Miss Sladka::. dedi ki:

    twk oxudum

  9. mR_bAkiNec dedi ki:

    Namaz Qılmaq Çox Gözəl Duyğudur Həqiqətən