Məzəli Atalar Sözləri

 Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.

Soğan yeməmisənsə niyə it iyi verirsən?

Od olmayan yerdə kabab bişirmək olmaz.

Anasına bax qızını al, atasına bax maşınını.

Torpaq deyər- öldürmə məni, firla məni balalarının başına. . .

Kasıb öləndə molla məzuniyyətdə olar

Ayı qandı-kürd qandı.

Pişik balasını acından yeyər.

İt itin ayağını pedikür eləməz.

Qarğa, məndə kakos var.

Ətini yesəm də, kartofunu sənə saxlayacam.

Su meymunun boğazına qədər qalxanda akvalanq paltarı geyinər.

Meymun baxdı güzgüyə, makiyaj elədi.

Cəhənnəmə gedən özü ilə kondisioner aparır.

Tələsən tıxaca düşər.

Qudurasan qurbağa, başlayasan saçlarını burmağa.

İgid ölər bankda pulu qalar.

Təzə ay çıxanda köhnəni ulduzlarla barter edərlər.

Ağa Nəzərəm, Mersedesdə gəzərəm.

Yaxşı dost ad günündə tanınar.

Stomatoloq verən atın dişinə baxmazlar.

Yaxşı at özünə tatiurovka döydürməz.

Borclu borclunun mobil telefonunu əlindən alar.

Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.

İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.

İlan vuran kabeldən qorxar.

Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.

Karın könlündəki, korun qulağındakı.

Dərə xəlbət, tülkü makler.

Bala “baunty”dən şirindi.

Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.

Yaxtan olunca bəxtin olsun.

Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.

İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.

Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.

Tutulmadınsa, rüşvətxor deyilsən.

İt itin ayağını basmaz. Pedikürü pozular.

Gözələ baxarlar. Yanında oğlanı olmasa.

Salam aldın, çek tələb et.

Bir oğlan bir oğlanındı. Tbilisi prospektində

Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.

Qozbeli aerobika düzəldər.

Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

R_O_S_H_K_A

Şərhlər:

  1. MILAQROS dedi ki:

    Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

    caaann menim EHMEDLIM,ehmedli ile ishiniz olmasina suspect men axmedlinkayam

  2. KinG ArthuR dedi ki:

    bir sozle super-muper

  3. ADMIRAL-711 dedi ki:

    superrrrrrrrr

  4. SuZaN dedi ki:

    tskr… superdir… bizim milletden ne desen cixar…:)))

  5. Avtosh_227 dedi ki:

    super.cox sagol.

  6. R_O_S_H_K_A dedi ki:

    Sizler Sasg Olun !!!

  7. memi_ dedi ki:

    ay da xoshuma geldi cox sag ol,bilmediklerimizi de oyrendik[b] Kasıb öləndə molla məzuniyyətdə olar[/b

  8. Badi_Seba dedi ki:

    eladi dostik sukani bele saxla…. ok

  9. Lindsay_Lohan dedi ki:

    eladi tesekkur yeri var

  10. VeFaSiz_Giz dedi ki:

    Gцzələ baxarlar. Yanında oğlanı olmasa.

    goodgood eziyyete gore cox saqolun,

  11. Black_Boy dedi ki:

    Sitat: vefasiz_giz
    Gцzələ baxarlar. Yanında oğlanı olmasa.

    sen indi demek isteyirsenki sen gozelsen ?

  12. aznetin_gozeli dedi ki:

    her seyi basa dusdum amma

    Nizami Gnecevinin seklinin yerinde o sekli basa dusmedim, daha dogrusu qebul etmek istemedim

  13. Angelocka dedi ki:

    MILAQROS,
    Cannn menim baciwkam hemde qonwum mosking Gelecem size yaxin gunlerde)))

    Cooxxx sagol Turan maraqli idi..

  14. nurlana77 dedi ki:

    gulmeliydi twk